t s

» » Yönüm Məmmədlər sarı mənə Qiblədi... - Çiçək Mahmudqızı

Yönüm Məmmədlər sarı mənə Qiblədi... - Çiçək Mahmudqızı

17-10-2016, 00:30 Yazar:  Məmməd Məmmədov Baxılıb: 755 Çap et
Yönüm Məmmədlər sarı mənə Qiblədi... - Çiçək Mahmudqızı
Yönüm Məmmədlər sarı mənə Qiblədi...Üzü Qibləyə insan nə desə,nə yazsa halal-hümmət olar, Məmməd haqqı...
Mənim ömür yolumdan dörd Məmməd keçdi-- Könlümün yaşıl işığında,qırmızı xətlə...


Dörd ulu, dörd qədim Kişi...
Dörd Böyük Şair...
Dörd Baba Dərviş.. .
Dörd Sofu Lələ..
Dörd Söz...
Dörd Saz--Dörd Məmməd...
Şərt deyin -
şərtimiz şərt olsun, neynək.
Lap belə bir az da
sərt olsun, neynək.
Üç Məmməd olmasin, dörd olsun, neynək.
Ürəyi ovcunda yaşayanların,
Dünyanı çiynində daşıyanların
Nolar ki,
Nolar ki, çox olsa sayı -
Mənə cərgənizdə bir yer ayırın,
Məmməd Araz,
Məmməd Aslan,
Məmməd İsmayil! -
Məmməd İlqar demişdi bu sözləri bir zaman...


Əvvəllər bəlkə də bu şeirin dərkinə varmırdım da...Məmməd İlqarın sadəcə böyük Ustadların cərgəsində özünə bir yer istəyi kimi boylanmışdım bu şeirə...
Ömrün Məmməd yaşına çatanda ətrafımdakı Məmmədləri yox, özümüsə boşəlli görəndə daha cox dərk elədim bu şeiri... Onda beş əllə yapışdıgım dostlarımın səfi pozulmuşdu artıq...Nə səsim yetəcək,nə məni duyacaq biri var idi...

Mənim ömür güzgümdən dörd Məmmədin boyu göründü...Hərəsindən bir cür Mövlam payı aldım.Necə deyəllər,Məmməd İlqar demiş elə--

Olub sözünüzdən söz götürmüşəm,
Ocaq çatıbsınız köz götürmüşəm,
Hər nə götürmüşəm,düz götürmüşəm
Əlim ürəyimsiz kəlmə yazmayıb--
Mənə bu yollarda bir yol göstərin...


--Məmməd İsmayıl,Məmməd İlqar...kimin əlindən tutum,kimin ətəyindən yapışım...Bir zamanlar halay pozan,tüp dagıdan çaglarınız vardı...Qalanızda,bürcünüzdə quş da səkəmməzdi...O zamanlar idi ki biz də sizə elə Pir kimi,Qiblə kimi baxırdıq.Hərəniz bir Baba Dərvişkən arxanızca düşüb, görəsən biz də bunlara yaxınlaşa bilərikmi,yanlarında bir kəlmə danışa bilərikimi, deyərdik...

Bizi arxanızca hara aparırdınız? Nəydi Sizdəki qüvvə ki,bizi yedəyinizdə yesir elləyirdiniz?...nə gözəl günlər ,nə əlcatmaz məqamlarıydı, Allah...
Özümü dərk edəndən,Sözü tanıyandan Məmməd Aslanı tanıdım.Tələbəlik illərimin ən qaynar günlərindən Məmməd Aslanın caglayan Söz çeşməsinin dadını daddım...Dərələrdən sel kimi,təpələrdən yel kimi,baqeyi-sərsər kimi dalınca dolandım.Cox,lap cox sevirdi məni Məmməd Aslan (indi istəməsin--deyəllər bizdə) Onu mənə,məni də ona baglayan bir Qaymaqlı gülü,çiçəyi vardı.Ömrünün son illərinəcən mənə Murovun ətəyindən nərgiz gülü yıgıb gətirərdi..ən gözəl şeirlərini ilk dəfə mənə oxuyar,ən maraqlı yazısını da mənim kitabıma yazmışdı...

Xeyli sonralar adı məclislərimizdə əfsanələşən Məmməd İlqarla bir toy məclisində tanışlıgım oldu.Necə deyəllər Sözün Maradonasının da dizinin dibində tökdüklərini döşürərək özümü ona sevdirdim...Ən böyük dəyəri mənə hər yerdə Məmməd İlqar verdi. Bu gün də mənim ona, onun da mənə olan sevgisinə ikinci bir kəs kölgə salamaz...Məmməd İlqar mənim ürəyimin özəyindən gözümün giləsinəcən durulub gələn və yanagımda silinməyən şerə dönən göz yaşlarımdır...cox müqəddəs göz yaşım...

İllər sonra şözün körpüsü məni Məmməd Dəmirciogluna rast gətirdi...Onun Gəncə həyatının sirdaşı oldum.Təklənəndə dərd ortağı,cəm olanda şeir,söz ortağı oldum.Dostlarımın başı, həm də əlcətmazı oldu Dəmirçioglu..İsaq-Musaq quşları da tək alın yazısını oxumaga gəlmişdi həyatıma...Səsinin rəngi,sözünün çaları ,sazının ətri hec kimdə olmayan Dəmircioglu...üc kitabının Gəncədə yazılmasının səbəbkarı və necə şeirinin ünvanı oldum...bu gün mənə yazılan şeirləri toplayanda gözüm bu şeirlərinə şataşdı...

El qızım

Sənsizləyib qəribsədi,
Damarda qanım, el qızım.
Fağır-fağır qəriblərə,
Arxa həyanım, el qızım.

Düşdüm eşqin məlalına
Dağlar ağladı halıma
Ölmüşəm gül camalına
Baxıb oyanım, el qızım.

Safsan ilahi söz kimi,
Tapdım sonumda ilkimi
Sinən üstündə köz kimi
Alışıb yanım, el qızım.

Qibləgahsan səcdə durum
Aydan arım, sudan durum
Gözümün ağında nurum
Canımda canım, el qızım.


El qızı

Yaman yadıma düşübsən,
Salam, el qızı, el qızı.
Bu gecədən o sabaha
Qalam, el qızı, el qızı.

Çatmamış vaxtım-macalım,
Yetişdi vaxtsız acalım.
Sökülür bürcüm, hasarım,
Qalam, el qızı, el qızı.

Bir yolçuyam yolum bağlı,
Sağım bağlı, solum bağlı.
Əlim bağlı, qolum bağlı
Qulam, el qızı, el qızı.


Bəli, bu gün əli baglı,qolu baglı sagı baglı,solu bağlı bu yolcunun yoluna baxıb onun uyuduğu torpağa bir addım da tez çatmaq arzusunnan əli qoynunda qalan diləklərimin bir zərrəsini bölüşdüm...

Allahın ziyası,nuru,özü boyda sirri olan Məmməd İsmayılı da hamının əzbər bildiyi çox məşhur şeirləri ilə tələbəlik illərindən tanıyırdım və tez-tez də yaradıcılıq gecələrinə gedərdik,dəyərlənərdik...Ancaq bu Şamanla yaxın və sıx görüşlərim tv-də çalışdıgım illərə təsadüf etdi. Üz-üzə, göz- gözə Sözünü bölüşmək, şeirini bölüşmək, uşaqlıq və analı xatirələrini bölüşmək və hətta necə televiziya verilişlərini bölüşmək ,agacdələnlərin bir xatirə toru hördüyü kimsəsiz yurdunun dərdini bölüşmək məni Məmməd İsmayıla cox,lap çox doğmalaşdırdı,yaxınlaşdırdı... Axdım...axdım...süzüldüm,Məmməd İsmayıl gözündən, duruluncayandək... Bütün bilgiləri,xatirələri,dogmalıgı,istiliyi,işığı, və ən sonda Şamanlığı ilə Məmməd İsmayıl mənim həyatımdan qırmızı xətlə keçənlərdən oldu...Bu gün də Məmməd əminin yolunu bir ovuc torpaq olub səpilmək,könül bağçasında bir əlçim çiçək tək bitmək eşqinnən gözləyirəm...

P.S.Mənə yanınızda bir yer ayırın,səfi pozulan Məmmədlər...Yönüm Qiblə sarı,üzüm sizədi...

Yönüm Məmmədlər sarı mənə Qiblədi... - Çiçək Mahmudqızı
Yönüm Məmmədlər sarı mənə Qiblədi... - Çiçək Mahmudqızı
Yönüm Məmmədlər sarı mənə Qiblədi... - Çiçək Mahmudqızı
Yönüm Məmmədlər sarı mənə Qiblədi... - Çiçək Mahmudqızı
Yönüm Məmmədlər sarı mənə Qiblədi... - Çiçək Mahmudqızı
Yönüm Məmmədlər sarı mənə Qiblədi... - Çiçək Mahmudqızı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az