t s

» » Azərbaycan büdcəsində 519 milyon manatdan çox kəsir yaranıb

Azərbaycan büdcəsində 519 milyon manatdan çox kəsir yaranıb

14-10-2016, 15:44 Yazar:  Nuhu Baxılıb: 358 Çap et
 Azərbaycan büdcəsində 519 milyon manatdan çox kəsir yaranıb2016-cı ilin doqquz ayında Azərbaycan dövlət büdcəsinin mədaxili 10103,1 mln. manat, xərcləri 10622,2 mln. manat olub, 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Mediaxeberleri.az xəbər verir ki, Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı doqquz ayında dövlət büdcəsinin mədaxili 12098,3 mln. manat proqnoza qarşı 10103,1 mln. manat və ya 16,5 faiz az icra olub.

Azərbaycan Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 4926,3 mln. manat vəsait təmin edilib.

Həmin vəsaitin 78,0 faizi (ötən ilin eyni dövrünə nisbətən 9,6 faiz-bənd çox) və ya 3843,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 374,6 mln. manat və ya 10,8 faiz çoxdur.

2016-cı ilin doqquz ayında Azərbaycan Dövlət Gömrük Komitəsi proqnoza 125,6 faiz əməl edərək dövlət büdcəsinə 1653,8 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 529,6 mln. manat və ya 47,1 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 3260,0 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 2370,5 mln. manat və ya 42,1 faiz azdır.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 192,9 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 70,1 mln. manat vəsait daxil olub. 2016-cı ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili 3969,3 mln. manat icra olunub.

2016-cı ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,5 faiz və ya 10622,2 mln. manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4514,0 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 406,6 mln. manat və ya 9,9 faiz çoxdur.

Cari ilin altl ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 212,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 1151,7 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 29,0 mln. manat vəsait yönəldilib.

2016-cı ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 3800,7 mln. manat icra olunub.

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14951,0 mln. manat, icmal büdcənin xərcləri isə 12623,4 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 2327,6 mln. manat təşkil edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:11 Fikrət Yusifov: Büdcədəki kəsir nə qədər qorxuludur? Maliyyə nazirliyi bu günllərdə Dövlət Büdcəsinin 2016-cı ilin birinci yarısında icrası barədə hesabat açıqlayıb. Hesabata əsasən yarım il ərzində Dövlət Büdcəsinə proqnozla nəzərdə tutulduğundan 21.1% və ya 687,7 milyon manat az vəsait daxil olub. Nazirliyin açıqladığı hesabatdan sonra büdcənin
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
16:29 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan reallıqları Sosial təyinatlı xərclərin artımı ölkə rəhbərliyinin bu məsələlərə ciddi diqqət ayırdığının göstəricisidir Neftin qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən bütün hasilat ölkələri kimi Azərbaycanın da gəlirləri azalacaq. Yaranmış vəziyyətdə Azərbaycan hökumətinin başlıca vəzifəsi növbəti ilə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az