t s

» » Tural İrfan - Kaş olaydım Kərbəlada... (VİDEO)

Tural İrfan - Kaş olaydım Kərbəlada... (VİDEO)

8-10-2016, 20:57 Yazar:  Məmməd Məmmədov Baxılıb: 666 Çap et
Tural İrfan - Kaş olaydım Kərbəlada... (VİDEO)


Haqla nahaq savaşan gün,
Hüseyn qana bulaşan gün,
Haqqlar Haqqa qovuşan gün,
Kaş olaydım Kərbəlada...

Öpəydim qanlı üzləri,
Öpəydim qanlı izləri,
Əldə qılınc, mən gözləri
Yaş olaydım Kərbəlada.
Əyri qıranda düzləri,
Kaş olaydım Kərbəlada...

Hüseyn, deyib min həvəslə,
Haqq dilimdə-mən həvəslə,
At belində Əbülfəzlə
Qoşulaydım Kərbəlada,
Kaş olaydım Kərbəlada...

Fəratdan bircə damla su,
Əli Əsğərin son arzusu...
Gətirəydim ağzımda su,
Quş olaydım Kərbəlada,
Kaş olaydım Kərbəlada...

Qan olaydı sinə-yaxa,
Qalxıb qanım axa-axa,
Körpələrə dəyən oxa
Tuş olaydım Kərbəlada,
Kaş olaydım Kərbəlada...

Haqq üzülməz, nəzilər də,
Bir gün nahaq əzilər də.
O gün mən də nizələrdə
Baş olaydım Kərbəlada,
Kaş olaydım Kərbəlada...

Ələ qılınc alammasam,
Al qanıma bulanmasam,
Əgər şəhid olammasam,
Daş olaydım Kərbəlada,
Kaş olaydım Kərbəlada...


(Eyni adlı kitabımdan, 14 Oktyabr, 2012)






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:39 İslamda Ramazan orucu vacib olmamişdan əvvəl bu ayın ilk on günlüyü oruc tutulurdu - Tural Irfan İslam təqvimi olan Hicri-Qəməri tarixinin 1438 - ci il, Muhərramul- Həram ayının 1-i , 2016-cı ilin oktyabr ayının 1 nə uyğun gəlir. İslam dinində 4 haram ay vardır. Bu aylarda savaşmaq və qan tökmək haram edilib. Həmin aylardan birincisi Muhərram ayıdır. Bu ay əzəldən bəri əlamətdar hadisələrin
16:08 Tural İrfan - Haqqa -ədalətə əməl olunmur... Mediaxeberleri.az olaraq bu müqəddəs günlərdə, öz dini şeirləri ilə məşhur olan elimizin ağsaqqalı Zəki İslamla dəyərli gənc istedadımız Tural İrfanın deyişməsini Sizlərə təqdim etməyi təqdirə-şayan hesab etdik. TURAL İRFAN: Zəki İslam,niyə döndü bu dövran, İnsanlıq dünyadan zara gəlibdi ? Haqqa
23:15 Sabirabadda məmurlardan şəhid anasına biganə münasibət Oğlunu Vətənə qurban verən Kübra Xanlarova qəzalı evdə yaşayır Yaxa Dəllək kəndinin icra nümayəndəsi Qalib Mirzəyev şəhid anasının şikayətini niyə eşitmək istəmir? Ağır məşəqqət içərisində ömrünün son günlərini yaşayan şəhid anası Kübra Xanlarova «gundelik-baku.com» saytı vasitəsilə aidiyyəti
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:51 İstedadlı alim, böyük müəllim, xeyirxah insan - Hüseyin Çəndirli Biz keçmişimizi xatırlamasaq, gənclərimizə yaxşı nümunə olmarıq, üstəlik bizi də xatırlamazlar Həyatının və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamları ilə bağlı məlumatları hörmətli oxucularımızla paylaşdığımız fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İsgəndər oğlu Çəndirlinin anadan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az