t s

» » Rusiya həbsxanalarındakı azərbaycanlıların sayı açıqlandı

Rusiya həbsxanalarındakı azərbaycanlıların sayı açıqlandı

17-02-2015, 09:04 Yazar:  Aygün Baxılıb: 739 Çap et
Rusiya həbsxanalarındakı azərbaycanlıların sayı açıqlandıRusiya həbsxanalarında cəza çəkən əcnəbilərin sayı hər il artır. Musavat.com "İzvestiya"ya istinadən xəbər verir ki, 2013-cü ildə Rusiya Cəzaların İcrası Federal Xidmətinin cəzaçəkmə müəssisələrində 26,6 min əcnəbi olub. 2014-cü ildə isə məhkum əcnəbilərin sayı 28,5 min nəfərədək artıb. Məlumata görə, hər üç əcnəbi məhkumdan biri daxili rejim qaydalarının kobud pozucusu kimi qeydiyyatdadır.

Cəzaların İcrası Federal Xidmətindən "İzvestiya" qəzetinə bildirilib ki, hazırda Rusiyanın cəzaçıkmə müəssisələrində 28 496 əcnəbi məhkum var.

Məhkum əcnəbilərin sayına görə Tacikistan vətəndaşları ilk yerdədirlər. Bu ölkənin 7786 vətəndaşı həbsxanadadır. İkinci yerdə 6746 məhkum vətəndaşla Özbəkistan, üçüncü yerdə 2964 vətəndaşının məhkum olunduğu Ukraynadır. O ki, qaldı, Rusiya həbsxanalarındakı Azərbaycan vətəndaşlarının sayına, ölkəmiz bu göstəriciyə görə beşinci sıradadır. 2846 azərbaycanlı Rusiyada məhkumluq həyatı yaşayır.

Musavat.com




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:06 Lamiyənin ata evi satışa çıxarıldı Həbsdə uşaq doğan Lamiyə Quliyevanın evi satışa çıxarılıb. Mediaxeberleri.az xəbər verir ki, axar.az-ın əldə etdiyi məlumata görə, məhkumun anası Kifayət Quliyeva Şəmkirdə bacısı ilə birgə yaşadığı evi satır. Lamiyənin valideyni satacağı evin pulunu bacısı ilə şərik böləcək. Quliyevlər ailəsinin
19:24 Putin Qarabağı bizə qaytarır (FOTO) Hazırda münaqişənin qısa müddətdə həll olunması üzrə işlər gedir Rusiya qısa müddətdə Dağlıq Qarabağ münaqişəsini həll etmək barədə düşünür. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitənin sədrinin 1-ci müavini Vladimir
12:18 Ətimizi yeyən klinikalar Cərrahi əməliyyatların qiyməti və keyfiyyəti ürək ağrıdır Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin
11:21 Ukrayna hökumətində azərbaycanlı Nazirlər Kabineti beş əcnəbinin namizədliyini təsdiqlədi. Ukrayna Nazirlər Kabineti “İqtisadiyyat üçün xüsusi əhəmiyyətli müəssisələrə rəhbər təyin etmə üzrə Komitə”nin tərkibinə daxil olacaq beş əcnəbinin namizədliyini təsdiqlədi, Ukrayna hökumətinin sərəncamında qeyd edilib. Mediaxeberleri.az

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az