t s

» » Xanəmir Telmanoğlu: "su gülün harasında soyuyar"

Xanəmir Telmanoğlu: "su gülün harasında soyuyar"

20-09-2016, 13:56 Yazar:  Gülnarə İsrafil Baxılıb: 471 Çap et
Xanəmir Telmanoğlu: "su gülün harasında soyuyar"ey dadi bidad danəndə dəhan dərviş d…
gəlib dünyaya çatmayan
gəlsə ürəyi bədənini dolaşan uşaqları
cüyür mələrtisi məryəm təbəssümü doğmalı
suların bədəni güldür gül suyun axarı güldür gül
su gülün harasında soyuyar
gül solanda at ağlayır
dənizlər dəryalar azalır
su gülün harasında soyuyar
üzümə doğru böyüyər
gözümə baxar dersən soyuyar
divan tutar fələyə
gecədən keçməz ləçəyinə saldığı ulduzlardan ötməz
xətrini kitablar tutub
yolunu gözlər sözlər
qələm yıxılmağa gül istər
qələm uyumağa gülməkan istər
qələm gülə düşməkdən vaz keçməz
suya baxarsan güldür eyy gül day nə təhər olur
suyun qədəri güldür gül
su gülün harasında soyuyar
gülü bədənə qoymazlar
gül oğurlanar yaddaşdan
mən güldən dəstə bağlamaram
mən onu – gülü tək-tək dərərəm ərəm
su gülünən birgə soyuyar yar
su gülə soyuyar
su güldə soyuyar
su gülə uyar günün beş vaktini də su gülə bağlanıb uyar
saata baxar kimi baxaram gülə gülə
vaxt güldə gec ötər su gec ötər ötər
ömür güllə gec ötər tər tər gül tər tər
mən qayıtmadan gülün kölgəsində uşaq olaram
hətta qan tumurcuqları daşıya-daşıya
gələr qaranlıq taxtını tutar rəng
gülə baxaram sözə namərd olaram
sözün həsrətini xiffətini çəkib
uşaqların yuxusunu seyr edərəm
suyun axarı güldür gül
suyun axarı güldür gül gül suyun harasından açar
su gülün harasında soyuyar
ölüm olar bir ləçəyin alındadır dümalındadır
gecə gül çıxarar pişvaza
gecə ölümü güldə gizlədib gələr
bəzən gecə gülnən birgə gələr yalnızlığın atar
gülün vəfasını ayətlər qorur
suyun ruhu güldür gül suya qoşulan qoşqu güldür gül
su gülün harasında soyuyar
gül baharı gözləməz gül solmaz
ayı çəkib solar gül aynan dolar
kıpriklərin arxasına toxumun atar
mənə ölüm güldən qalar güldən gələr
su güldə qərar tutar su güldə
uyusa su güldə uyuyar su güldə
düşmən güldə uyku bulmaz
dost adı var güldə dost dost
suyun aynası güldür gül
su gülün harasında soyuyar
divanə dərviş danışar
sonra görər gül qaytarır bir az öncə söylədiyini
cana keçər dövran
söz əhli bais söz əhli
gülün bətni qizildəyər mələklərin yükündən
mələklər bu fanilikdə
gələr ancaq gülə enər gülə dönər
dərviş çığırar qaz kimi
su ürpərər göy dəbərər
yenə gül səbr edər səbr edər
suyun donması da güldür eyy gül
su gülün harasında soyuyar
mən Allahın adını çəkdim topraqda
allahın adını çəkdim yanında kitab yanında qələm
sonra bu topraq neçə cana sarıldı
mənə boclusunuz
mənə minnətdar olacaqsınız
mən Allahın adını çəkdim
sağında kitab solunda qələm
buz bulaqlar axar olar
gülün önündə hansı candır dayanar
lilli suyun ağrısı da güldür gül
su gülün harasında soyuyar harasından
sönük canlarınız dönük canlarınız oyana
dəryalar dağlar da haqqımı ödəyə bilməyəcək
mənim ölümüm güldədir
ölümüm əmanətdir güldə
gülü heç yormaq istəməzdim tərlətmək
durduğu yerə dönməsini istərdim
suyun şırıltısı güldür gül
su gülün harasında soyuyar
sevdiyim gül dağda bitər
binədən dağı yurd eylər
hörümcək örtər qoruyar
bülbül qonmamışdan hörümcək qonar gülə
torunu sərər üstünə hifz eylər
yalnızlığı göz yaşıyla birgə qoruyar
suyun ruhu güldür gül suyun suya qarışması güldür gül
su gülün harasında soyuyar
sevdiyim gül dağda bitər
gülün toxumu dağdadır
dağ o qədər məhrəmdir
bu qədər ki eşq qoxuyur
mən nə fələk balasıyam
bunun hamısı güldəndir
suyun canı güldür gül suyun çoxalması güldür gül
su gülün harasında soyuyar
suyun azalması güldür gül
suyun daşması yazlaması güldür gül
su gülün harasında soyuyar
yar yar
1999-cu il




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az