t s

» » Azərbaycanın Olimpiya yığmasının ümumilikdə 18 medal əldə etməsi çox gözəl nəticədir

Azərbaycanın Olimpiya yığmasının ümumilikdə 18 medal əldə etməsi çox gözəl nəticədir

27-08-2016, 23:06 Yazar:  Məmməd Məmmədov Baxılıb: 480 Çap et
Azərbaycanın Olimpiya yığmasının ümumilikdə 18 medal əldə etməsi çox gözəl nəticədirFirdovsi Umudov: Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib

Müsahibimiz Azərbaycanın sərbəst güləş üzrə milli komandasının böyük məşqçisi Firdovsi Umudovdur.

- Firdovsi müəllim, Azərbaycan idmançılarının XXXI Yay Olimpiya Oyunlarındakı qələbələri, əldə edilən nailiyyət hər bir vətəndaşımızda böyük qürur hissi yaratdı. İlk olaraq, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakımızla bağlı fikirlərinizi öyrənmək istərdik.

- Olimpiya Oyunları idman yarışları arasında ən yüksək zirvədir. Nəzərə almaq lazımdır ki, Olimpiya Oyunlarında iştirak etmək üçün hər bir idmançı bir neçə yüksək səviyyəli yarışda yüksək nəticələrə nail olmalıdır. Bu lisenziyanı əldə etmək üçün demək olar ki, bütün gücünü, bu sahədəki istedadını ortaya qoymalısan. Bu gün Azərbaycanın Olimpiya komandasının üzvlərinin sayının artması məhz idmançılarımızın dünya, Avropa və digər beynəlxalq miqyaslı yarışlarda əldə etdiyi nailiyyətlərin nəticələridir. O baxımdan, hər bir idmançımızın Olimpiya Oyunlarında iştirakı bir neçə mərhələdəki qalibiyyətimizin bəhrəsi sayılmalıdır. İkinci bir tərəfdən, ötən Olimpiya Oyunlarındakı nəticələrlə son nəticələri müqayisə edək. Birincisi, iştirakçıların sayının artması ölkəmizdə idman siyasətinin uğurlarından, idmançılarımızın dünya arenasındakı qələbələrindən xəbər verir. Medal sayının artımı, rekord saya çatması isə Azərbaycan Olimpiya yığmasının çıxışının yüksək səviyyəli olduğunu sübut edir. Sıralamaya baxanda bizdən geridə qalan bir sıra inkişaf etmiş, əhalisinin sayı dəfələrlə bizdən çox olan ölkələrin adına rast gəlirik. Bu uğurlar isə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən idman siyasətinin uğurlarıdır. Bu gün idmana dövlət səviyyəsində göstərilən qayğı, yaradılan şərait ölkəmizdə idmanın kütləviliyini təmin edib. Azərbaycanda güclü idmançıların yetişməsində rəqabət də öz sözünü deyir. Bu gün bütün idman növləri üzrə Azərbaycanda gənc, güclü idmançılar yetişir ki, bu da gələcək yarışlarda, mötəbər turnirlərdə ölkəmizin bayrağının daha çox dalğalanmasına, himnimizin daha çox səslənməsinə yol açacaq.

- Qeyd etdiyiniz kimi, ölkəmizdə idmana qayğı yüksək səviyyədədir və idmançılara yaradılan şərait hər zaman yüksək dəyərləndirilir. Bu, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında hansı rolu oynayır?

- Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. Hazırda respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. Bununla yanaşı, kiçiktutumlu məşq zalları, paytaxt və ona yaxın ərazilərdə böyük idman arenaları inşa olunub. Yaradılan şəraitlə paralel ölkəmizdə idmanın kütləviliyinə göstərilən diqqət olduqca böyükdür. Bu gün Olimpiya idman komplekslərimizin işi yüksək səviyyədə qurulub, uşaqlar, yeniyetmələr idman bölmələrində yeni standartlarla məşq edirlər. Bu baxımdan, bütün məsuliyyətimizlə Azərbaycanda idmanın yüksək sürətlə inkişaf etdiyini deyə bilərik. Yuxarıda da qeyd etdiyim kimi, bu inkişaf özünü qazanılan uğurlarda aşkar göstərir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında ölkəmizin Olimpiya hərəkatında əhəmiyyətli uğurlara imza atmasının da payı çox böyükdür. Hətta deyə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin Azərbaycan modeli var. Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib. 2015-ci ildə keçirilən birinci Avropa Oyunları bu mənada xüsusi yerə malikdir. Bir məqama toxunmaq istərdim ki, sonuncu Yay Olimpiya Oyunlarında Olimpiya kəndində yerləşən xarici idmançılar belə hələ də 2015-ci ildə Bakıda keçirilən o möhtəşəm yarışın yüksək təşkilatçılığından danışırdılar. Bir azərbaycanlı olaraq mən bundan xüsusi fərəh hissi duydum. Bu gün ölkəmizdə mühüm yarışlar keçirilir, Azərbaycan müxtəlif yüksək səviyyəli çempionatların final mərhələsinə ev sahibliyi edir. Təbii ki, bu səviyyəyə çatmaq üçün Azərbaycanda səbirlə, planlı şəkildə genişmiqyaslı işlər həyata keçirilib.

- “Rio 2016” Yay Olimpiya Oyunlarında qazanılan nailiyyətlər də bunun məntiqi davamıdır...

- Bəli. Vurğulayım ki, sərbəst güləş üzrə yığma komandamız yarışda 6 çəki dərəcəsi üzrə mübarizə aparırdı və 5 medal qazandıq. İdmançılarımızdan Toğrul Əsgərov və Xetaq Qazyumov gümüş, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov isə bürünc medal əldə ediblər. Azərbaycanın sərbəst güləşçiləri komanda hesabında birinci yerə çıxdı. Bu çox gözəl nəticədir. Biz komanda hesabında ABŞ, Rusiya, Kuba, Yaponiya, Türkiyə kimi tanınmış güləş ölkələrini qabaqlayaraq birinci olduq. Azərbaycanın Olimpiya yığmasının ümumilikdə 18 medal əldə etməsi çox gözəl nəticədir. 1996-cı ildə Atlanta Olimpiya Oyunlarında Azərbaycan olimpiyaçıları cəmi bir medal əldə etmişdisə, 20 ildən sonra Yay Olimpiya Oyunlarından 18 medalla qayıtmışıq. Bu uğura hər bir Azərbaycanı sevən, dövlətini, millətini sevən vətəndaşımız sevinir. Azərbaycan idmançıları bir daha öz güclərini, qüvvələrini bütün dünyaya sübut etdilər. Bir çox dövlətlər var idi ki, yarışlarda yüzlərlə idmançı ilə çıxış etməsinə baxmayaraq medal sayı az idi. Məsələn, yerli Braziliya komandası 500 iştirakçı ilə 19 medal qazandı. Azərbaycan komandasının isə 56 idmançı ilə 18 medal qazanması çox mətləblərdən xəbər verir.

- Firdovsi müəllim, Azərbaycan pəhləvanları qarşıdan gələn hansı yarışlara hazırlaşırlar?

- Biz artıq hazırlıq prosesinə start vermək üzrəyik. Noyabr ayında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Qızıl Qran-Pri turnirinin final mərhələsi baş tutacaq. Bu yarış Azərbaycan idmançıları üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Orada dünyanın ən güclü pəhləvanları, dünya reytinqində ilk yerləri tutan idmançılar çıxış edəcəklər. Noyabrın sonunda, dekabrın əvvəlində isə ölkə çempionatı keçiriləcək. Bu çempionatın nəticəsi həm də komandanın tərkibini müəyyən edir. Həmin komanda isə qarşıdan gələn 2017-ci ildə dünya, Avropa çempionatlarında, dünya kuboklarında çıxış edəcək.

Bundan başqa, idmançılarımız artıq qarşıdan gələn İslam Həmrəylik Oyunlarına hazırlaşırlar. Qarşıda bizim böyük hazırlıq prosesimiz olacaq. Bu gün güləşçilərimizə yaradılan şərait, eləcə də digər idman növləri üzrə maddi-texniki baza yüksək səviyyədədir. Bu gün federasiyalar, Gənclər və İdman Nazirliyi bütün güclərini idmançılarımızın nailiyyət qazanmasına yönəldiblər. Braziliyada da qələbələrə birgə sevinirdik. Məhz bu birlik Azərbaycanın mühüm qələbələr əldə etməsinə yardımçı oldu. Orada yaşanan hissləri təsvir etmək çox çətindir. Mən arzu edirəm ki, qarşıdan gələn yarışlarda da nəticələrimiz uğurlu olsun, Azərbaycan vətəndaşlarına sevinc bəxş edək. İdmançılarla da etdiyimiz söhbətlərin əsas mövzusu nəticələrin daha da yaxşılaşdırılması məsələsidir. Lakin bəzi insanlar var ki, ölkəmizin uğurlarından narahatlıq keçirir, əldə edilən qələbələrə qısqanclıqla yanaşırlar. Uğurlarımıza kölgə salmağa çalışan belələrinin özlərini azərbaycanlı adlandırmağa mənəvi haqları yoxdur. Yalan, şər-böhtan yaymaqla idmançıların uğurlarını qaralamaq istəyən belələri düşmənlərin dəyirmanına su tökürlər. Biz bu ilin aprel ayında Göygöldə təlim-məşq toplanışında olan dövrdə cəbhə xəttində qızğın döyüşlər başlamışdı. Biz hər zaman bəyan etmişik ki, səngərdə döyüşən qardaşlarımızla birgəyik. Əldə etdiyimiz qələbələri də Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla bütövlükdə ordumuza, əsgərlərimizə, igid oğullarımıza, həmçinin şəhidlərimizə həsr edirik.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az