t s

» » Mərkəzi Kitabxana “Səyyar kitabxana” layihəsi çərçivəsində kitab təqdimatı keçirdi - FOTOLAR

Mərkəzi Kitabxana “Səyyar kitabxana” layihəsi çərçivəsində kitab təqdimatı keçirdi - FOTOLAR

24-08-2016, 15:10 Yazar:  Məmməd Məmmədov Baxılıb: 326 Çap et
Mərkəzi Kitabxana “Səyyar kitabxana” layihəsi çərçivəsində kitab təqdimatı keçirdi - FOTOLAR
Qazax rayon Mərkəzi Kitabxanası Səməd Vurğun adına parkda “Səyyar kitabxana” layihəsi çərçivəsində Xalq şairi Vaqif Səmədoğlunun “Sandıq şeirləri” və şair, AYB-nin Qazax zona filialının sədri, “ “Əməkdar incəsənət xadimi” Barat Vüsalın ikicildlik “Seçilmiş əsərləri” kitablarının təqdimatını keçirdi.

Mediaxeberleri.az
xəbər verir ki, tədbirdə “Bir adım var: Fövqəlbəşər”, “Qədim Ozanyurdu-Qazax”, “Qazaxın Turizm potensialı”, “Unutmaz bu oba, bu mahal məni” (Səməd Vurğun), “Milli Qəhrəmanlar Zirvəsi: Qeyrət rəmzi”, “Turan Mübarizi”, “Vətən mənə “OĞUL” dedi!” , Dilimiz milli varlığımızdır”, “2016-cı il Multikulturalizm ilidir” və s. başlıqlarda 700 nüsxədən artıq ədəbiyyat nümayiş etdirildi.

Tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq qeyd etdi ki, bu aksiyaya tək Mərkəzi Kitabxana deyil, bütün kənd kitabxana filialları da qoşulub.

Tədbirə dəvət edilən qonaqlardan Gülnar Səma (Tovuz)- gənc yazar, Prezident təqaüdçüsü, AYB-nin üzvü, Şəhanə Könül-şairə, Prezident təqaüdçüsü (Ağstafa), Rüfət Axundlu- şair, Prezident təqaüdçüsü, AYB-nin üzvü (Ağstafa) , şair Barat Vüsal, Mustafa Rasimoğlu -AYB-nin ədəbi məsləhətçisi, Bilal Qoca-şair, AYB-nin üzvü, Kazım Kazımlı- şair, AYB-nin üzvü, Taleh Mansur- gənc yazar, Prezident təqaüdçüsü, AYB-nin üzvü, şairə Asimə Hüseyn, fəal oxucular, rayon ictimaiyyəti və mədəniyyət işçiləri iştirak etdilər. Qonaqlar çıxış etdi və fəal oxucular şairlərin şeirlərini söylədilər. Vaqif Səmədoğlunun “Sandıq şeirləri”, Barat Vüsalın ikicildlik “Seçilmiş əsərləri”, eyni zamanda Gülnar Səma və Asimə Hüseyn şeirlər kitablarını Mərkəzi kitabxanaya hədiyyə etdilər. Sonda sərgiyə baxış keçirildi.


Mərkəzi Kitabxana “Səyyar kitabxana” layihəsi çərçivəsində kitab təqdimatı keçirdi - FOTOLAR
Mərkəzi Kitabxana “Səyyar kitabxana” layihəsi çərçivəsində kitab təqdimatı keçirdi - FOTOLAR
Mərkəzi Kitabxana “Səyyar kitabxana” layihəsi çərçivəsində kitab təqdimatı keçirdi - FOTOLAR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:34 Məktəblini intihara aparan yol: 17 yaşlı Vüsal niyə ölümü seçdi? – Təfərrüat, Cəlilabad rayonunun Seyidbazar kəndində 10-cu sinif şagirdi olan 17 yaşlı Vüsal Mirzəyev mayın 11-də yaşadıqları evin həyətində intihar etmişdi. Məktəblinin intiharı ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, əsas səbəb kimi məktəbdə başına gələn olaylar göstərilir. Evin tək övladı olan
18:30 İlham Əliyev nazirliyin rayon şöbələrini ləğv etdi Prezident sərəncam imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
00:54 Qonşusu tərəfindən zorlanan körpənin faciəsi Cəmi bir neçə gün əvvəl iki mehriban qonşu qadının ağlına belə gəlməzdi ki, qısa müddət sonra əbədi düşmənə çevriləcəklər. Səma otuz iki illik ömründə ilk dəfə idi ki, aşiq olmuşdu. Gözü Vüsaldan başqa heç kimi görmürdü. Onu Vüsala cəzb edən oğlanın yaraşığından çox, xarakteri, mərdliyi idi. Vüsal
01:12 Qonşusu tərəfindən zorlanan körpənin faciəsi Milli.Az-ın “Ağır cəza” lahiyəsi növbəti insan vəhşiliyinin qurbanı kiçik Nəzrinin həyat hekayətini təqdim edir. Cəmi bir neçə gün əvvəl iki mehriban qonşu qadının ağlına belə gəlməzdi ki, qısa müddət sonra əbədi düşmənə çevriləcəklər. Səma otuz iki illik ömründə ilk dəfə idi ki, aşiq olmuşdu.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az