t s

» » “UÇUŞ ZOLAĞI” layihəsinə yekun vuruldu

“UÇUŞ ZOLAĞI” layihəsinə yekun vuruldu

19-08-2016, 18:07 Yazar:  Məmməd Məmmədov Baxılıb: 187 Çap et
“UÇUŞ ZOLAĞI”  layihəsinə yekun vuruldu
Valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud internat məzunlarının sosial adaptasiyasına ictimai dəstək verilir

Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “UÇUŞ ZOLAĞI” layihəsinə yekun vurdu. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud internat məzunlarının cəmiyyətə inteqrasiyası prosesinin asanlaşdırılması idi. Bu məqsədlə layihə çərçivəsində internat məktəbləri və uşaq evlərindən məzun olacaq valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin müstəqil həyata hazırlanması, uğurlu karyera qurmalarına istiqamətlidirilmələri, onlara peşə seçimində risklərin ölçülməsini, gələcəyin peşələrinin və məşğulluğun təmin olunması üçün müasir alətlərin öyrədilməsi, müstəqil həyatda qarşılaşa biləcəkləri psixoloji baryerləri aşmaq üçün psixoloji alətlərə yiyələnmələri, milli qanunvericiliyin onlara verdiyi hüquq və imtiyazlardan faydalana bilmələri üçün bu sahədə maarifləndirilmələri istiqamətində işlər aparılmışdır. Layihə çərçəvəsində Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 və 2 saylı internat məktəblərində, 11 saylı inteqrasiya təlimli internat məktəbində, sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı internat məktəbində, Sumqayıt şəhərində yerləşən G.Əsədov adına tam orta internat və fars-ingilis təmayüllü orta internat məktəblərində 2 günlük təlim kursları təşkil edildi. Təlimlərə ümumilikdə 180 gənc cəlb edilmişdi. Təlimlərin ilk günü sosial inteqrasiya, ikinci günü isə psixoloji inteqrasiya məsələlərini əhatə edirdi. Eyni zamanda gənclər milli qanunvericiliyin onlara verdiyi hüquq və vəzifələr barədə də geniş məlumatlar əldə etdilər.

Layihə çərçivəsində internat məktəblərindən məzun olan valideyn himayəsindən məhrum olmuş gənclər üçün buklətlər hazırlanaraq paylanılmışdır. Bukletlərdə belə gənclərə müstəqil həyatda qarşılaşacaqları problemləri aradan qaldırmaq üçün zəruri olan informasiyalar yer almışdır.

MƏTBUAT XİDMƏTİ




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:09 Azərbaycanda bir sıra təhsil müəssisələrinin adları dəyişdirildi Əmrin icrasına nəzarət Aparat rəhbəri Mətin Eynullayevə həvalə olunub. Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrinin adlarının dəyişdirilməsi barədə əmr imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Əmrə əsasən, Sumqayıt şəhər
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
12:18 “Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsi yekunlaşmaq üzrədir “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirdiyi “Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az