t s

» » Oliqarxların vergi qorxusu - xəbər

Oliqarxların vergi qorxusu - xəbər

17-02-2015, 08:45 Yazar:  Məmməd Məmmədov Baxılıb: 1014 Çap et
Oliqarxların vergi qorxusu - xəbərFazil Məmmədova fövqəladə səlahiyyətlər verildi; Vergilər nazirinə tapşırılıb ki, məmur-oliqarxların nəzarətində olan bütün istehsal müəssisələri - fabriklər, zavodlar, restoranlar, hətta qaçqınların adına rəsmiləşdirdikləri köşklər belə istisnasız olaraq vergiyə cəlb edilsin; vergi borcunu ödəməyən iri şirkətlərin siyahısı tutulub və prezidentə təqdim edilmək üçün hazırlanır...
Neftin qiymətinin kəskin düşməsi Azərbaycan hakimiyyətini büdcəyə daha ciddi nəzarət etmək üçün hərəkətə keçirib. Prezident İlham Əliyevin hökumət üzvləri ilə ötən iki ayda iki müşavirə keçirərək həm büdcədən ayrılan pulların xərclənməsinə, həm vergilərin ödənilməsinə ciddi nəzarət ediləcəyi barədə xəbərdarlığı da buna sübutdur.

Qeyd edək ki, 2015-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə 7 milyard 112 milyon manat daxilolma proqnozlaşdırılır ki, bunun da 4 milyard 812 mln. manatı və ya 67,7 faizi qeyri-neft sektorunun, 2 milyard 300 mln. manatı və ya 32,3 faizi isə neft sektorunun payına düşür. Bu, 2014-cü ilin proqnozu ilə müqayisədə 10 milyon manat və ya 0,1 faiz çoxdur.

Hökumətin büdcə xərclərinə nəzarəti gücləndirməklə bərabər iri şirkətlərə nəzarət edən oliqarxların “kəmərlərindən” yapışacağı da gözlənilirdi ki, bu proses artıq bütün ölkəboyu başlayıb.

Bir neçə gün əvvəl Vergilər Nazirliyində struktur dəyişiklikləri edən prezident vergilər naziri Fazil Məmmədova 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verməsi barədə sərəncam imzaladı. Bu sərəncam Vergilər Nazirliyinin yaradılması ilə əlaqələndirilsə də, “Yeni Müsavat”ın xəbərinə görə, F.Məmmədova vergilərin toplanması ilə bağlı fövqəladə səlahiyyətlər verilib. Nazirə tapşırılıb ki, istisnasız olaraq məmur-oliqarxların nəzarətində olan bütün istehsal müəssisələri - fabrik-zavodlar, restoranlar, hətta qaçqın və məcburi köçkünlərin adına rəsmiləşdirdikləri köşklər belə vergiyə cəlb edilsin. Bu vergitoplama oliqarxların nəzarətində olan səhiyyə sahələrindən tutmuş iaşə obyektlərinədək tətbiq edilir. Üstəlik, əvvəllər əlbəttə ki, daha yuxarıların razılığı ilə iri müəssisələrini külli miqdarda vergidən yayındıran oliqarxlara deyilib ki, qapılarını və ciblərini vergi müfəttişlərinin üzünə açsınlar, əks təqdirdə, onları pis aqibət gözləyə bilər. Yeri gəlmişkən, xarici neft şirkətlərinin ödənişlərini çıxmaq şərti ilə büdcə daxilolmalarının əhəmiyyətli hissəsi iri dövlət və özəl müəssisələrin payına düşür.



Borclu dövlət müəssisələri ilə bağlı da xüsusi tədbirlər planı işə düşüb. Məsələn, dövlət büdcəsinə borclu olan “Azerenerji” rəhbəri Etibar Pirverdiyevin vəsaitlərin toplanması səlahiyyətlərinin əlindən alınması bu planın tərkib hissədir. Dövlətə külli miqdarda borcu olan bəzi komitələrə də artıq xəbərdarlıq gəlib ki, yaxın vaxtlarda maliyyə toplanması ilə bağlı vəziyyəti düzəldə bilməsələr, onların rəhbərlik etdikləri qurumları da müvafiq nazirliklərin içərisində “əridəcəklər”. Bir mənbəmizin iddiasına görə, ləğv edilən və ya səlahiyyətləri məhdudlaşdırılan məmurlar bununla canlarını qurtarmır, onlar da illərdir yığdıqları pullardan “əlavə ödənəyə” vəsait verməyə cəlb edilirlər...



Vergi borcları ictimai rəyin o qədər diqqət yetirmədiyi, ancaq yetərincə nəhəng bir korrupsiya layihəsidir. Oliqarxlar nəinki dövlət vəsaitini və əmlakını mənimsəyir, hətta dövlətin büdcəsinə çatacaq pulu belə oğurlayırlar. 100-200 manatlıq vergi borcuna görə kiçik müəssisələr haqda az qala cinayət işi qaldıran Vergilər Nazirliyi iri dövlət müəssisələrinin milyardlarla ölçülən borcuna görə susmağa məcbur idi. Amma indi məhz hakimiyyətin ən yuxarılarından gələn “vergiləri ödəyin” tapşırığı elə F.Məmmədovun himayəsində olan şirkətlərə də aiddir.

Məlumata görə, vergi borcunu ödəməyən oliqarxların şirkətlərinin siyahısı tutulub və prezidentə təqdim edilmək üçün hazırlanır. Bu səbəbdən də oliqarxlar ciddi təlaşa düşüblər. Onların bir qismi vergi borclarını tezliklə ödəməyə hazır olduqlarını bildirib, bəziləri külli miqdarda vəsaiti toplamaq üçün vaxt istəyiblər. Bir az aşağı ranqlı məmurlar (onların sırasında bir neçə deputat da var) isə tez-tələsik 100-120 nəfərlik müəssisələrini və restoranlarını “bankrot” adı ilə bağlamağa başlayıblar. Amma Vergilər Nazirliyinin müfəttişləri deyib ki, bu üsulla yaxalarını kənara çəkə bilməzlər, çünki prosesə dövlətin ən üst düzeyindən ciddi nəzarət var və Bakı Avropa Oyunlarına onlar öz töhfələrin vergiləri ödəməklə verməlidirlər. Vergilər nazirinin tapşırığı ilə vergi ödəyiciləri üçün post-terminalların sayı da artırılır. Hazırda respublikada 82 min quraşdırılmış və aktiv fəaliyyətdə olan post-terminal var. Avropa Oyunlarınadək isə onların sayının 95 minə çatdırılması planlaşdırılır ki, bu da vergilərin yığılması prosesini daha da tezləşdirməlidir.



Qaynağımız deyib ki, məmurların xüsusilə səhiyyə müəssisələrində ƏDV artırılıb ki, bu da özəl tibb ocaqlarında xidmət haqqının artırılmasına səbəb olacaq.

Seçki ilində əllərində milyardlarla manat cəmləşən oliqarxiyanı hakimiyyət özündən narazı salmaq istəməz. Amma aydındır ki, iqtisadiyyatın zəifləməsi, büdcənin boşalması, inflyasiya və bahalaşmanın sürətlənməsi oliqarxlar üçün daha təhlükəlidir...

Xəbər xidməti




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:33 "Yuxarı"dan nazirlərə qənaət təlimatı - İsrafçılar cəzalana bilər Bir qədər öncə istiqlal-az hakimiyyətdəki mənbəyə istinadən xəbər yaymışdı ki, rayon icra hakimiyyətlərinə ilin sonuna qədər büdcələrini 30 faiz azaltmaq tapşırılıb. Konkret desək, ilin sonunda rayon icra hakimiyyətlərinin büdcələrinin 30 faizi xərclənməmiş qalmalıdır. Mənbənin məlumatına görə,
23:12 Evi 3 ildən tez satanlardan vergi tutulacaq – RƏSMİ AÇIQLAMA Vergilər Nazirliyi daşınmaz əmlaka görə Əlavə Dəyər Verginin (ƏDV) tutulması qaydalarına aydınlıq gətirib. Xatırladaq ki, Nazirliyin son 3 ildə daşınmaz əmlak satan hüquqi və fiziki şəxslərdən Əlavə Dəyər Vergisi (ƏDV) ödənilməsini tələb etdiyi barədə xəbərlər yayılıb. Söhbət kommersiya obyektləri
23:07 “Kapital Bank”ın Füzuli filialında maxinasiyalar Camal Ocaqverdiyev dövlətin pullarını sələmə verir Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində “Kapital Bank”ın Füzuli filialının fəaliyyətində yer alan çeşidli nöqsanlara dair materiallar dərc olunmaqdadır. Bu xüsusda redaksiyamıza təqdim edilən məlumatlarda filialın müdiri Camal
12:18 Ətimizi yeyən klinikalar Cərrahi əməliyyatların qiyməti və keyfiyyəti ürək ağrıdır Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az