t s

» » Bir günə gözdən düşən yerli məşhurlar

Bir günə gözdən düşən yerli məşhurlar

15-08-2016, 19:40 Yazar:  Nuhu Baxılıb: 405 Çap et
Bir günə gözdən düşən yerli məşhurlarAzərbaycanda tanınmışlar illər ərzində qazandığı məşhurluğu bəzən bir hərəkətlərinə görə gözdən salırlar. Dəfələrlə şou-biznes nümayəndələri işlətdikləri ifadələrə görə etirazlarla üzləşiblər. Bəzən haqlı, bəzən isə haqsız şəkildə xalqın hədəfinə tuş gəliblər.

Mediaxeberleri.az Qafqazinfo-ya istinadla bu məqamda bir gündə gözdən düşən məşhurların siyahısını təqdim edir:

Bir hadisə ilə xalqın gözündən düşən məşhur sırasında ilk yeri teleaparıcı Mətanət Əliverdiyeva tutub.
Mətanət “Gündəlik” verilişini aparan zaman canlı efirdə “şpaqat” açmışdı, paltarı cırılmışdı. Mətanətin “şou”sunu xalq sözün əsl mənasında topa tutmuşdu, “biabırçılıq” adlandırmışdı. Xüsusən sosial şəbəkələrdə tənqid atəşinə tutulan verilişə, hətta ziyalılar da sərt münasibət bildirmişdi.

Teleaparıcının ikinci addımı isə onu xalqın “qara siyahı”sına düşməyə vadar etdi. Əliverdiyevanın Binəqədəi rayonu ərazisindəki binanın yanması ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkəni ayağa qaldırdı.

“Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”,- deyən aparıcı təndiq və təhqirlərə məruz qaldı.

Əksər sosial şəbəkə istifadəçilərini qıcıqlandıran aparıcılardan biri də Elnarə Təhməzovadır. Aaparıcının bir müddət əvvəl hicablı xanımlarla bağlı səsləndirdiyi fikirlər dindarları ayağa qaldırmışdı.
“İncə maraqlar” verilişində aparıcı E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu “İncə Maraqlar” və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi.

Tez-tez verdiyi açıqlamaları ilə gündəmə gələn, hər fikri böyük müzakirələrə səbəb olan Səidə Sultan da sevilməyən məşhurlar sırasındadır.

Onun Space TV-də yayımlanan “Əsl şou” verilişində başına iş gəlmişdi. Şou verilişinin aparıcısı, müğənni Səidə Sultan rəqs edən zaman sinəsi açılmışdı.

“Eurovision 2011”in qalibi Eldar Qasımovun cəbhədə baş verən gərginliklə bağlı paylaşdığı status birmənalı qarşılanmamışdı.

Eldarın “Sülh şəraitində yaşamaq istəyirik”- statusuna yerli idmançılar, şou nümayəndələri etirazını bildirdi, onun “Eurovision”dakı qalibiyyəti unuduldu, “xalq düşməni” damğası vuruldu.
Daha bir “Eurovision” təmsilçimiz Səmra Rəhimli isə bir müddət əvvəl ölkənin əsas gündəmini zəbt etmişdi. Səmranın hər addımı sosial şəbəkə istifadəçilərini qıcıqlandırır, müzakirələrə səbəb olurdu.
Səmranın “Eurovision – 2016”nın açılış mərasimində sinə dekolteli geyimi etiraz qığılcımlarını daha da alovlandırdı. Müğənninin Niderland təmsilçisi Douve Bobun qucağında şəkil çəkdirməsi müzakirələrə səbəb olmuş, ifaçıya qarşı sosial şəbəkələrdə təhqir və tənqidlər olunmuşdu.

Səmra Rəhimli isə status paylaşaraq tənqidləri və rəyləri vecinə almadığını söyləmişdi.
Müğənni Xatirə İslam da sosial şəbəkədə sevilməyən məşhurlar arasındadır. Sənətçinin hər bir paylaşımı böyük müzakirələrə səbəb olur, Xatirə tənqidlərə məruz qalırdı. Son dövrdə X.İslamın ən çox “gözdən düşmə”sinə səbəb isə dolların bahalaşması ilə bağlı yayımladığı status idi. İstifadəçilər Xatirənin onları təhqir etdiyini iddia etmişdi:

“Burda bəzi səviyyəsizlər, sözləriniziə fikir verin. Ay savadsızlar, sizin ağlınız yoxdur, ona prezident neyləsin?! Ay tupoylar, dollar qalxan kimi doluşdunuz marketlərə. Ona görə də sizin o hərəkətlərinizi görüb qiymətləri qaldırdılar. Hər şeyi özünüz etdiniz, qaraçılar. Burda prezidentin nə günahı var? Ağzınıza gələni yazmayın, sizi blok edəcəm”.

Son günlər instaqramda izləyicisini təhqir edən daha bir müdğənni Vasif Məhərrəmlidir.

Vasif Məhərrəmli İnstaqram hesabında paylaşdığı fotoya gələn rəyə əsəbiləşmişdi və həmin şəxsi təhqir etmişdi. Belə ki, müğənninin paylaşdığı fotonun altına bir istifadəçi kəmərinin zövqlü olmadığını bildirmişdi. Bundan hirslənən Vasif Məhərrəmli həmin şəxsə kəmərin “Stefano Ricci” markası olduğunu bildirəndən sonra “çuşka” deyərək təhqir etmişdi. Həmçinin müğənni kəmərin 1000 dollar olduğunu vurğulamağı da unutmamışdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az