t s

» » “Rio-2016”da uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar

“Rio-2016”da uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar

14-08-2016, 22:41 Yazar:  Məmməd Məmmədov Baxılıb: 626 Çap et
“Rio-2016”da uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında iştirak edən Azərbaycan idmançıları avqustun 14-də Vətənə qayıdıblar.

Mediaxeberleri.az
xəbər verir ki, mötəbər yarışın üçüncü günündə Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) ölkəmizə gümüş medal qazandırıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və azarkeşlər iştirak ediblər.

Milli musiqi sədaları altında təşkil olunan mərasimdə cüdoçulara gül dəstələri və çələnglər təqdim olunub.

XXXI Yay Olimpiya Oyunlarında yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunur.

Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüb.

Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunur. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edir.

XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.

“Rio-2016”da uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
“Rio-2016”da uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
“Rio-2016”da uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:04 Rio-2016: Cüdoçumuz 1/8 finala çıxdı Azərbaycan cüdoçusu Uşanqi Kokauri 100 kq-dan artıq çəki kateqoriyasında Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 1/8 finala çıxıb. Mediaxeberleri.az-ın məlumatına görə, həmyerlimiz 1/16 finalda latviyalı idmançı Arturs Nikiforenko üzərində qələbə qazanıb. Onun 1/8 finaldakı
14:17 Azərbaycanı "Bakı-2015" - də təmsil edəcək idmançıların adları açıqlanıb Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edəcək idmançıların adları açıqlanıb. Heyətdə həm yerli, həm də legioner idmançılar var. Azərbaycan badminton, suya tullanma və sinxron üzgüçülükdə ən az sayda - 2 idmançı ilə təmsil olunacaq. Təmsilçilərin sayı baxımından ateltikada mübarizə
00:02 İlham Əliyev ilk Avropa Oyunlarının məşəlini alovlandırdı (Video) Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa
17:17 Bakı-2015 - Avropa Oyunları - Azərbaycanı tarixə yazacaq hadisə Politoloq Rufiz Qonaqov və jurnalist Rəfail Becanov “Bakı-2015: 1-ci Avropa Oyunları” ilə bağlı geniş məqalə ilə çıxış ediblər. Azərbaycan Birinci Avropa Oyunlarına hazırlaşır. 2012-ci il dekabrin 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk
10:15 Mehriban Əliyeva “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında “Ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir”. Martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az