t s

» » Rauf Arifoğlu AXCP-nin İctimai Fikir Akademiyasında: “Ölkədə siyasi proses var ki, mən yazmıram?”

Rauf Arifoğlu AXCP-nin İctimai Fikir Akademiyasında: “Ölkədə siyasi proses var ki, mən yazmıram?”

12-08-2016, 15:36 Yazar:  Nuhu Baxılıb: 383 Çap et
Rauf Arifoğlu AXCP-nin İctimai Fikir Akademiyasında: “Ölkədə siyasi proses var ki, mən yazmıram?”
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) bu gün yeni müzakirəsini təşkil edib.

Mediaxeberleri.az
xəbər verir ki, İFA-nın növbəti tədbirinin qonaq eksperti “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu olub. Tədbirdə “Siyasətin və siyasətçilərin formalaşmasında medianın rolu” mövzusu ətrafında müzakirələr aparılıb. Müzakirə olunan əsas mövzular “Medianın siyasi proseslərdə rolu”, “Siyasətçilər mediadan necə yararlanmalıdır ?”, “İctimai fikrin formalaşmasında medianın mövqeyi - dünən və bu gün”, “Hökumətə təsir mexanizimində media hansı mövqeydə olmalıdır ?”, “Media və radikallıq” olub.

İctimai müzakirədə bildirilib ki, bu gün Azərbaycanda azad fikirdən qorxan siyasətçilərin idarəetmə mexanizmi ilk olaraq mətbuatı öz əsarəti altına salmaqdan keçir. Çünkü siyasi sistemdə total düşüncəyə hakim olmaq istəyənlər cəmiyyəti bir-birinə qarşı qaldırmaq üçün ən təsirli silah olan mətbuatdan istifadə edirlər. Bəzən bu davada bir qayda olaraq əxlaq sərhədlərini aşa bilməyənlər uduzurlar. Müstəqil qalmaq istəyən və tərəf tutmayanlar isə “ilk gülləyə” tuş gələnlər olurlar. Ona görə də günümüzdə mətbuatın siyasətçilərin formalaşmasında müstəsna rolu var.

Jurnalistin “qızıl qaydası”

Rauf Arifoğlu öz çıxışında mətbuatdakı təcrübəsini bölüşüb:”27 ildir mətbuat sahəsində, 28 ildir siyasətdəyəm. Həm siyasətdə, həm mətbuatda olmaq bu mövzu ətrafında danışmağa imkan verir. “Bütün siyasətçiləri biz yetişdirmişik” demək insafsızlıq olar. Ancaq beynəlxalq aləmdə də hamı bilir ki, burada medianın rolu nə qədərdir. Müasir siyasət mediasız mümkün deyil. Media quruluşlarını çıxsaq, siyasi prosesin gedişatı, inkişafı mümkünsüz olar. Məhz bu üstünlüyünə görə mətbuat siyasətin, hakimiyyətin, cəmiyyətin üstündədir. Media heç zaman mübarizə aparmaz, ancaq siyasi mübarizə aparan hakimiyyətin, xalqın mövqeyini dərc edir. Jurnalistin “qızıl qaydası” var. Jurnalist partiyalı olmamalıdır. Azərbaycanda niyə belə deyil? Çünki bizdə kommunist rejimi idi və media quruluşları da rejimə alternativ olaraq yaradılmışdı. “Yeni Müsavat” qəzeti də həmin partiyanın orqanı kimi yaradıldı. Digər partiyaların mətbu orqanları belə ərsəyə gəldi. Amma həmin zamanlarda belə mətbuat müstəqil idi. Bu fərqi biz çox çətinliklə yaratdıq. Çünki Azərbaycanda jurnalistlərə basqı yapan hakimiyyət var”.

“Siyasətçilər deyir ki, mənim əvəzimdən döyüş”

R.Arifoğlu bildirib ki, siyasi təşkilatlar mətbuatı ya düşmən, ya da xidmətçi kimi görürlər: “Çox primitiv məsələlərlə üz-üzəyik. Bizdə siyasətçilər deyir ki, mən girirəm səngərə, sən mənim əvəzimdən döyüş, mən heç sənin yanına da gəlməyəcəyəm. Mən jurnalistikanın bütün çətinliklərini yaşamışam. Basqıcı iqtidar və təftişçi müxalifət var. Bir də görürsən ki, axşam araqdan içir, durur açıqlama verir ki, filakəs xaindir. Niyə? Biz sənə neylədik ki? Bu siyasi manevr edir, sənə xoş gəlmirsə, bu da olar. Çünki siyasətçi manevr etməlidir. Medianın önəmi o qədər yüksəkdir ki, Türkiyədə bir neçə saat hakimiyyət olmadı. Yalnız tanklar və çaşqın xalq oldu. Bütün münasibətlər məhv olmuşdu. Kim çıxartdı Türkiyəni bu vəziyyətdən? Təbii ki, media! Fasiləsiz işləyən yalnız media oldu. 90-cı illərdə də Rusiyanı çevrilişdən media qurtarmışdı. Azərbaycanda bu media varmı? Sabah Azərbaycanda bir problem olsa, hansı media məsuliyyəti öz üzərinə götürəcək? Bu yöndə vəziyyətimiz bərbaddır. Bir tərəfdən iqtidar, bir tərəfdən də müxalifət sıxır medianı. Televiziyanın da bu yöndə fəaliyyəti qənatbəxş deyil. Hər kəs çalışmalıdır ki, media inkişaf etsin”.

“Siyasi müxalifət iddialarından vaz keçdi”

Baş redaktor mətbuata qarşı tələblərdən də danışıb: “Mətbuatdan biz onu tələb edə bilərik ki, niyə baş verən hadisəni yazmırsan? Siyasi müxalifət iddia qoymuşdu ki, hakimiyyətə gələcəyik, onların hamısı iddialarından vaz keçdi. Yarısı çıxıb getdi, yarısı da digər işlərə başladı. Biz bu işə bir ömrü həsr etmişik. 28 il insan üçün böyük bir yoldur. Mən heç vaxt qəzetimdən dönmədim. Mənim işim budur və missiyamı qorumaqdır. Deyirlər dəyişmisiniz. Əlbəttə, dəyişmişik. Çünki heç siz də əvvəlki kimi danışmırsınız, yazmırsınız. Siz yazın, şəklinizlə sizi çap edək. Ancaq jurnalistmi yazmalıdır?”

“Biz həm söyülmək, həm təriflənmək üçünük”

Çıxışçının fikrincə, Azərbaycan siyasətində də ən önəmli yeri media tutur: “Mitinqləri keçirəndə belə mediaya istinad edirlər. İndi Facebook var, onun yaxşı, pis tərəfləri də var. Biz həm söyülmək, həm təriflənmək üçünük. Nəticədə millət xəbər yazmağı, paylaşmağı öyrənir. Biz yaza-yaza mətbuatla işləməyi öyrənirik. Azərbaycan siyasətinin 80 faizini Azadlıq Hərəkatı formalaşdırıb, qalanını da mətbuat. Bizim 5-6 nəfəri önə çıxarmaq üçün qurduğumuz layihə özünü doğruldub. Yaxşı danışan siyasətçi bir növ bizim iş yoldaşımızdır. Pis danışan siyasətçini isə heç kim sevmir. Yaxşı siyasətçinin dediklərini yazmağa mətbuat özündə ehtiyac hiss edir. Məsələn, Ərəstun Oruclu bu nümunələrin önündə gəlir. Ərəstun bəy media ilə işləməyi çox gözəl bacarır. Biz 23 ildir siyasətçiləri belimizdə daşıyırıq. İndi deyirik ki, düşün, belimiz ağrıyır, indi də onlar düşmürlər. Bir növ artıq öyrəncəli olublar. Dünyanın ən müxtəlif ölkələrində 50 milyon bizim xəbərlərin oxuma potensialı var. Yeni nəsil yetişdiririk. Xarici ölkələrdə təhsilə, burda təlimlərə önəm veririk, buna çalışırıq”.

“Ölkədə siyasi proses var ki, mən yazmıram?”

R.Arifoğlunun sözlərinə görə, siyasətdən kənar media yaratmaq imkanı var, amma siyasətçi heç vaxt mediadan kənar inkişaf edə bilməz: “ Potensialı olan siyasətçilərə biz dəstək oluruq. Azərbaycanda baş verən nəhəng proseslər qəzetləri, partiyaları, siyasətçləri ortaya çıxardı. Qəzet baş verənlərin güzgüsüdür. Mən Qərbdə gördüm ki, ən tirajlı qəzet qeyri-siyasi qəzetlərdir. Bizim səhifələrimizin hər biri gənclərin üzünə daima açıqdır. Hətta məni təhqir edən siyasətçilərə belə yer vermişəm. Azərbaycan siyasətində kifayət qədər siyasətçi olub ki, biz onun üzə çıxmasına şərait yaratmışıq. Müstəqil mətbuat o deməkdir ki, kollektif özü qərar verir. Təhlükə var, manevr edirik, bağlayırlar, geri çəkilirik. İndi yarım saata televiziya bağlayırlar. Əgər media reklamından, satışından, tirajından özü qazanırsa, ancaq o müstəqildir. Azərbaycanda analitik janr axsayır. Çünki o sahə pul, yatırım istəyir. Redaktor 1 ayda 4 araşdırma materialı yazan jurnalisti maliyyələşdirmək gücündə deyil. Xaricdə o imkanlar var, amma bizdə yoxdur. Bu sahə bizdə ona görə bizdə inkişaf etmir ki, araşdırma yazan jurnalist ailə saxlamalıdır. Mədhiyyə jurnalistləri isə kifayət qədərdir. Tənqid yazanlar hər zaman olub, daim də olacaq. “Yeni Müsavat” qəzeti pik nöqtəsində tirajı 30 000 olub- 1998-2003-cü illərdə. Bu qəzeti Azərbaycan hakimiyyətinin dəyişməsində maraqlı olan insanlar alıb. Ölkədə gedən prosesləri yazan qəzetin tirajı az olarmı? İndi yoxdur. Siyasətin dərəcəsi aşağı olduğu üçün qəzetlərin də tirajı aşağı olub. Siz də məni söyürsünüz. Mən nə edim axı? Ölkədə siyasi proses var ki, mən yazmıram? Mən tanınan bir adamam. Həsdən sonra mənə müraciət edirdilər ki, gəl mühaciərətə. Ya da həbsdə olanda onu qoruyurlar, amma çıxandan sonra götürüb aparırlar. Mən gedə bilərdim və burda qalanlara yaza bilərdim ki, siz satqınsısız. Ancaq başa düşmürlər ki, burda qalanlar onların qorxub qaçdığı ölkədə yaşayır. Bu isə o deməkdir ki, onlar qəhrəmandır”.

“Mənə verilən mükafatı almasam, 4 media orqanı bağlanacaqdı”

R.Arifoğlu barəsində səsləndirilən bəzi fikirlərə də münasibət bildirib: “İndi mənə sual verirlər ki, siz prezidentdən niyə mükafat almısınız? Mənimlə bağlı öz partiyamda Divana qoyduqları ilk məsələ ölkə başçısına prezident yazmağım olub. Düşmənliçik olmaz. Siyasətdə qarşında olan gücü tanımalısan. İqtidara iqtidar kimi, müxalifətə müxalifət kimi hörmət etməyə borclusan. Mən bir addım atdım, mən medianı müxalifətdən çıxarmaq, ümumi bir media orqanı yaratmaq istədim. Mən Rauf Arifoğlu olaraq partiyadan ayrılanda hakimiyyətdə mənim çox sayda düşmənim var idi. Gözləyirdilər ki, bu qəzet müstəqil olsun, onu məhv edək. İlham Əliyev Azərbaycan Respublikasının prezidentidir. Mən də 28 ildir mediada tanınan bir adamam. Mənə verilən mükafatı almasam, 4 media orqanı bağlanacaqdı. Mən heç vaxt heç kimə yalvarmamışam- nə həbsdə olanda, nə də digər məsələlərdə”.

Daha sonra İctimai Fikir Akademiyasında mövzu ətrafında müzakirələr davam etdirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az