t s

» » AXCP sədrindən Arif Hacılıya: “Gedin Əli Kərimlinin müavini olun"

AXCP sədrindən Arif Hacılıya: “Gedin Əli Kərimlinin müavini olun"

3-08-2016, 18:35 Yazar:  Məmməd Məmmədov Baxılıb: 230 Çap et
AXCP sədrindən Arif Hacılıya: “Gedin Əli Kərimlinin müavini olun"“Arif Hacılı və Rauf Arifoğlu davasına seyrçi qala bilmədim. Bəlkə də siyasətçi üçün nala-mıxa vurmaq moddur deyə, elə başımı birtəhər girələyə bilərdim. İstəmədim. Mövqe sərgiləmək, həqiqəti demək və haqsızlığa uğrayanı müdafiə etmək elə əsl siyasətçinin işidir. Mən Rauf Arifoğlunun yanında olduğumu, onu müdafiə etdiyimi bəyan edirəm. Hörmətli Arif Hacılının isə çox böyük haqsızlıq etdiyini, Rauf Arifogluya qarşı kinli və küsurətli davrandığını deyirəm”.

Mediaxeberleri.az xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib.

“Birmənalı olaraq inanmışam və inanıram ki, “Yeni Müsavat” qəzeti olmasaydı, Müsavat Partiyası da indiki qədər tarixi yol keçə bilməzdi. Hörmətli İsa Qəmbərin xarizmasının, ağırbatmanlığının və div səbrinin nə qədər rolu olubsa, “Yeni Müsavat” qəzetinin də rolu bir o qədər, ya da daha çox olub. Çünki İsa Qəmbərin də vuran qolu, danışan dili və ən böyük təbliğatçısı “Yeni Müsavat” qəzeti olub.

Hər zaman bu fikirdə olmuşam, Rauf Arifoğluna qarşı Əli Kərimli ilə bir yerdə olanda da fikrimi dəyişməmişəm, dəyişdirməyə də heç kimin gücü çatmayıb. Çünki Rauf Arifoğlunun ölüm təhlükəsi ilə üz-üzə Norveç səfiri Steinar Gilin evinə sığındığının, həbslərdə yatdığının və heç zaman yolundan dönmədiyinin şahidi olmuşam. “Yeni Müsavat” qəzeti Azərbaycanın canlı tarixi olub. Qatarı tək çəkib, bu qatarın sükanında isə Rauf Arifoğlu olub. Xoşumuz gəldi-gəlmədi, paxıllığa nə rəvac. Bu həqiqətdir”,- deyə AXCP sədri vurğulayıb.

Razi Nurullayevin sözlərinə görə, digər yandan bu gün Rauf Arifoğlu mövqeyində radikallığı atıbsa, siyasətini mətbuata qurban veribsə, İlham Əliyevin əlindən mükafat alıbsa, bunun birbaşa günahkarı elə Arif Hacılı və həmin nəsil siyasətçiləridir:

“Neçə ildir siyasətdəsiniz, hanı nəticəniz? Əli Kərimliyə sevgi izhar etməklə, onu tanımaqla iş bitmir, heç o, vecinə də almadı. Dediniz ki, haqqın yanındasınız. Haqq Əli Kərimlidirsə, gedin onun müavini olun! Müsavatı nə günə salmısınız? Öldürüb diri-diri basdırmısınız. Hakimiyyətə gələydiniz, yeni era quraydınız, mükafatı da siz paylayaydınız. Amma siz indi intriqa, dedi-qodu, fəlakət və haqsızlıq dağarcığı paylayırsınız. Düşdüyünüz duruma təəssüf edirəm.

Rauf Arifoğlunun fikri ilə razıyam. Bişmiş bir siyasətçi qaynar qazanda yanırsa, demək o, “çiy imiş”. Siz “bişmiş” siyasətçi olsaydınız, bir daha bişməyinizə ehtiyac duyulmazdı”.

AXCP sədri Əvəz Zeynallı məsələsinə də münasibət bildirib:

“Həqiqətdən danışsa da, həqiqəti görməyən adamdır. Tərəfkeşlik qanına hopub. Jurnalist fəaliyyəti də reketçiliyə daha yaxın olub. Bunu mənə deyən mənbəyə inanıram. Heç kim özünü aydan arı, sudan duru hesab etməsin. Çoxları arxalarınca kanalizasiya axıtdıqlarının fərqinə varsınlar.

Qubad İbadoglu ilə bağlı da fikirlərimi heç zaman aydın ifadə etməmişdim. Geciksəm də, eybi yox. Həqiqəti görmək heç vaxt gecikmiş sayılmaz. Qubad bəy mübarizəsində haqlı olub.

Bəlkə, bu gün başkan o olsaydı, Müsavat bu duruma düşməzdi. Müsavat Partiyasının Azərbaycan siyasətində dostu yoxdur. Arif Hacılı onu hamı ilə düşmən edib. Sonuncu nöqtəni Rauf Arifoğluna çamur ataraq qoydu. Çox təəssüf edirəm və əminəm ki, Əli Kərimli ilə bərabər həm də Arif Hacılı siyasətdən geri çəkilsə, udan xalq olar. Getməyə cəsarət etməsələr də, göndəriləcəklər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az