t s

» » 22 yaşlı dünya çempionumuz niyə öldü? — Baş məşqçisindən ilginc açıqlama

22 yaşlı dünya çempionumuz niyə öldü? — Baş məşqçisindən ilginc açıqlama

27-07-2016, 18:46 Yazar:  Məmməd Məmmədov Baxılıb: 739 Çap et
22 yaşlı dünya çempionumuz niyə öldü? — Baş məşqçisindən ilginc açıqlama“Onu axırıncı dəfə zalda srağagün gördüm. Heç bir problem yox idi. Açığı, onu bir az danladım”.

Mediaxeberleri.az
xəbər verir ki, bu sözləri AzNews.az-a dünən qəfildən həyatını itirən 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionumuz Zərdüşt Həsrətovun məşqçisi Şəmsi Bayramov deyib.

Onun sözlərinə görə, idmançıda heç bir narahatlıq hiss etməyib: “Əhvalı yüksək idi. Açığı mən onu bir az danladım ki, çox ağır məşq eləmə. Sağ- salamat uşaq idi. Bu xəbəri eşidəndə şoka düşdüm. Ekspertin rəyinə görə ürək çatışmazlığından olub. İndi bilmirəm bu, nə dərəcədə doğrudur. Onu da bilmirəm ki, idmançımızın ürəyi nədən dayanıb?!”

Məşqçi onu da bildirib ki, Zərdüşt ata-anasından ayrı, tək yaşayırmış: “Zərdüştün ata-anası Maştağada olur, özü isə tək yaşayırdı. Təbriz küçəsindəki Əbu-Bəkir Məscidinin arxasındakı binada qalırdı. Hadisə deyilənə görə dünən səhər olub. Amma mənə günorta deyiblər. Bu, bir dəfə ağır yüklənmə məşqləri ilə olan deyil. Onun axırıncı məşqdə daha çox yükləndiyinə görə belə hadisənin başına gəlməsi mümkün deyil...”

Qeyd edək ki, Zərdüşt Həsrətov poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionu olub. İdmançı ötən gün ürəkçatışmazlığından həyatını itirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az