t s

» » ASIF ATA. MÜTLƏQ FƏLSƏFƏSİ (“OLAN VƏ OLMAYAN” KITABINDAN)

ASIF ATA. MÜTLƏQ FƏLSƏFƏSİ (“OLAN VƏ OLMAYAN” KITABINDAN)

8-03-2015, 16:10 Yazar:  Məmməd Məmmədov Baxılıb: 667 Çap et
ASIF ATA. MÜTLƏQ FƏLSƏFƏSİ (“OLAN VƏ OLMAYAN” KITABINDAN)Din – Mütləqi uydurur. Dünyanı yaradan, insan taleyini müəyyən edən Allah – Yalandır.
İdealizm – Mütləqi Əqliyyətlə eyniləşdirir, əslində isə Əqliyyət Mütləq deyil, çünki Ruha, Əbədiyə, Sonsuza, Kamilə bərabər deyil.
Panteizm – Təbiəti Mütləqləşdirir; ancaq Təbiət Mütləqin özü yox, Təzahürüdür.
Materializm – Mütləqi görmür, Təzahürü – yəni nisbini, keçicini, sonlunu, qeyri-kamili görür.
Mütləqi yalnız Ruhani İdrak dərk etməyə qadirdir.

Ata Fəlsəfəsi – Mütləq Fəlsəfəsidir, Mütləqi dərk edən Fəlsəfədir.

Ata Fəlsəfəsi – həm də İnsan Fəlsəfəsidir, yəni İnsanın Mütləq Mahiyyəti haqqında təlimdir.

Ata Fəlsəfəsi – həm də Mənəviyyat Fəlsəfəsidir, İnsanın Özünə çatması haqqında təlimdir.

Ata Fəlsəfəsi – həm də İdrak Fəlsəfəsidir, Ruhani İdrak haqqında təlimdir.

Ata Fəlsəfəsi – həm də Cəmiyyət Fəlsəfəsidir, Ruhani Dövlət haqqında təlimdir.

Ata Fəlsəfəsi – nə materializmdir, nə də idealizm.

O, Dünyaya Ruhun gözüylə baxmaqdır.

Ruh anlayışında Xurafat yoxdur.

Ruh – Mütləqin İnsanda ifadəsidir.

Mənəviyyatın yaradıcısıdır, Həqiqətin, Ədalətin carçısıdır, həm də Zəkadan yüksək idrak növüdür; Mütləqi, Sonsuzu, Əbədini, Kamili dərk edən Qüdrətdir.

Din Ruhdan öz məqsədi üçün istifadə etməyə çalışır, ancaq Ruh – dinin məhsulu deyil!

Ruh – İnsaniliyin təsdiqidir.

Müasir hakim Fəlsəfə – Dini aradan qaldıra bilmir, çünki Mütləqi rədd edir, bu səbəbdən də Fəlsəfi İnam yarada bilmir.

Ata Fəlsəfəsi – Dini aradan qaldıra bilər, çünki Mütləqi təsdiq edir, Fəlsəfi İnam yaradır.

Müasir hakim Fəlsəfə – Mənəvi şəxsiyyət yarada bilmir. Çünki İnsanı maddiyyata pərçimləyir.

Ata Fəlsəfəsi – Mənəvi şəxsiyyət yaratmağa qadirdir, çünki İnsanı Ruhani xilqət sayır, onu Mütləq Mahiyyətə bərabər olmağa çağırır.

Müasir Hakim Fəlsəfə – əslində Həqiqət tanımır, çünki Mütləq tanımır.

Ata Fəlsəfəsi – Həqiqət tanıyır, çünki Mütləqlidir.

Müasir Hakim Fəlsəfə – İnsani cəmiyyət yarada bilmir, çünki maddi tərəqqidə İnsanı itirir.

Ata Fəlsəfəsi – İnsani cəmiyyət yaratmağa qadirdir, çünki tərəqqinin mənasını ruhaniliyin təsdiqində görür.

Ata Fəlsəfəsi – İdrak tarixindən təcrid deyil, ancaq onu – ən çox həyatın Tələbi yaratdı.

İnamsızlıq əvəzinə – İnam, insansızlıq əvəzinə – İnsan, mənəviyyatsızlıq əvəzinə –Mənəviyyat, idraksızlıq əvəzinə – İdrak, ədalətsizlik əvəzinə –Ədalət tələbi!

“Ata Fəlsəfəsi” sözündə inadkar bir niyyət də yaşayır: Ata Fəlsəfəsinin Övladlar Fəlsəfəsinə çevrilməsi!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:36 Günev Atalının “İnamlı İllərimin Harayı” kitabı çapdan çıxdı Ürəyinizdə Günəş olsun! Bu günlərdə Asif Ata Ocağının Evladı Günev Atalının “İnamlı İllərimin Harayı” kitabı çapdan çıxdı. Kitab bir yaşamın Əqidəyə bağlı ayrı-ayrı aşamalarını izhar edir. Kitab 500 sayda “Elm və Təhsil” nəşriyyatında basılmışdır. Yaxın günlərdə kitab evlərində və satış
14:04 Ana dilini yaşatmaq hünəri İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Dil – ruhaniliyin (insaniliyin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə dilimiz də ölüb gedərdi. Hər bir xalq öz adıyla bağlı olan dilin yaradıcısı,
15:58 Televiziya insana niyə yadlaşır? İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Çağdaş bəşərin həyatında onillərdir ki, televiziya mərhələsi başlayıb. İnsan əhvalları verilişləşir, konulaşır. Televiziya informasiyanın sürətlə, görüntülü yayımı deməkdir. Gəlin aydınlaşdıraq ki, televiziyanın başlıca hədəfi nədir, onun insana
11:53 Quranı oxumaq - ondan ibrət almaq, əmrlərə boyun əymək və əhkamlarına əməl etməkdir Quran Allahın insana əta etdiyi ən dəyərli nemətlərdəndir. Belə ki, Quran buyurur: “Rəhman (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur'anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə)
11:40 Bir daha İslam haqqında Endirilmiş din və Uydurulmuş din anlayışları ilə bağlı yazdığımız qısa bir status haqlı olaraq cəmiyyətin düşünən insanlarında müəyyən suallar doğurmuşdur. Xüsusilə də hörmətli Elçin Mirzəbəylinin ünvanımıza yönləndirdiyi sualları, ayrı-ayrı fərqli baxışları ifadə edən şərhlərin müəlliflərinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az