t s

» » Güləşçilərmiz erməni rəqiblərini məğlub etdi - VIDEO

Güləşçilərmiz erməni rəqiblərini məğlub etdi - VIDEO

19-07-2016, 21:29 Yazar:  Əsmər Baxılıb: 418 Çap et
Güləşçilərmiz erməni rəqiblərini məğlub etdi - VIDEOİsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk gün güləşçilərimiz üçün uğurlu sayıla bilər.


Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna bilər. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib.

İlk yarış günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşir.

42 kq çəki dərəcəsində mübarizə aparan hər iki güləşçimiz finala yüksəlib. Mahir Məmmədzadə Ermənistan, Moldova və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Finala qədər rəqiblərindən 32 xal qazanan güləşçimiz heç bir rəqibinə xal verməyib.

Maqomedsalix Abakarov isə Belarus, Gürcüstandan iki və Türkiyədən olan rəqiblərini üstələyib finala vəsiqə qazanıb.

50 kq çəki dərəcəsində mübarizə aparan İntiqam Vəlizadə və Vüsal Hüseynov yarımfinala qədər inamla güləşib. İntiqam Gürcüstan və Rusiyadan olan rəqiblərinə qalib gəlsə də yarımfinalda digər Rusiya təmsilçisinə uduzub. Vüsal isə Yunanıstan və Gürcüstandan olan rəqiblərini üstələyib. Ancaq yarımfinalda Türkiyə təmsilçisinə məğlub olub. Hər iki güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

58 kq çəkidə yarışan təmsilçimiz Daur Psardia Bolqarıstan və Ukraynadan olan rəqiblərini üstələsə də, 1/4 finalda məğlub olub. Rəqibin finala yüksəlməsi isə təsəlliverici görüşə qatılan Daur Macarıstan təmsilçisini mübarizədən kənarlaşdırıb və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə təmsilçimizin rəqibi Türkiyə idmançısı olacaq.

69 kq çəki dərəcəsində mübarizə aparan güləşçilərimizdən Abubakr Abakarov ardıcıl olaraq Estoniya, Ukrayna və Ermənistandan olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.

Abdulmuslim Məmmədov isə Moldova və Türkiyədən olan rəqiblərini üstələyib, 1/4 finalda Rusiya təmsilçisinə uduzub. İtaliya idmançısı ilə təsəlliverici görüşdən qalib ayrılan Abdulmuslim Məmmədov bürünc medal uğrunda görüşə haqq qazanıb. Bürünc medal görüşündə iki güləşçimiz qarşılaşacaqlar.

Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:52 Güləşçilərimiz 3 medal qazandılar İlk yarış günündə. Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. Mediaxeberleri.az xəbər verir ki, ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ilk yarış gününü 1 gümüş və 2 bürünc medalla başa
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
02:57 İkinci gündə daha 1 gümüş və 1 bürünc medal Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır. Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. 61 kq çəki dərəcəsində mübarizə aparan
21:28 Güləşçilərimizdən 2 medal: erməni rəqibini 12:0 yendi Azərbaycan idmançıları Polşada 23 yaşadək güləşçilər arasında keçirilən Avropa Çempionatının ilk günündə 2 medal qazanıblar Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. İlk dəfə keçirilən U-23

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az