t s

» » “Sayğaclar iyulun 15-də oxunmayacaqsa, işıqpulu necə hesablanacaq?” – “Azərişıq”dan AÇIQLAMA

“Sayğaclar iyulun 15-də oxunmayacaqsa, işıqpulu necə hesablanacaq?” – “Azərişıq”dan AÇIQLAMA

15-07-2016, 18:35 Yazar:  Əsmər Baxılıb: 614 Çap et
“Sayğaclar iyulun 15-də oxunmayacaqsa, işıqpulu necə hesablanacaq?” – “Azərişıq”dan AÇIQLAMA14 iyulda Tarif (qiymət) Şurasının keçirdiyi növbəti iclasda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq, elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Qərara əsasən, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik olub.

Yeni tarifin bu gündən qüvvəyə mindiyini nəzərə alsaq, abonentlər ödənişləri necə həyata keçirəcək?

Mediaxeberleri.az xəbər verir ki, Modern.az saytının məsələ ilə bağlı suallarını “Azərışıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev cavablandırıb.

O deyib ki, tətbiq edilən yeni tarif dəyişiklikləri əsasında istehlakçılar istifadə edilən elektrik enerjisini 15 iyula qədər köhnə tariflə, 15 iyuldan isə yeni tariflə ödəyəcək:
“Bizim 2,5 milyondan çox abonentimiz var. Əməkdaşlarımızın sayğacların hamısını bir gündə oxunması fiziki olaraq mümkün deyil. Hazırda əməkdaşlarımız istər əhali, istərsə də qeyri-əhali istehlakçıların sayğaclarını maksimum sürətlə oxumağa çalışırlar ki, ödənişlərin tam dəqiqliyilə hesabatı aparılsın və bildirişi verilsin”.
Qurum rəsmisi “sayğac iyulun 15-də deyil, məsələn 20-dən sonra oxunacaqsa, ödənişlər necə hesablanacaq” sualına da aydınlıq gətirib:
“İyulun 20-də oxunacaq sayğacın ayın 15-nə qədər istifadə olunan elektrik enerjisini 6 qəpiklə, sonrakını isə 7 qəpiklə, əvvəlki və sonrakı dövr nəzərə alınmaqla günlük sərfiyyatla, tam dəqiqliyilə hesablanacaq”.

T.Mustafayev bildirib ki, elektrik enerjisinin tariflərinə yenidən baxılmasını zəruri edən amillər hazırda qurulan yüksək səviyyəli yenidənqurma işlərilə bağlıdır:
“Addım bu işləri davam etdirmək baxımından atıldı. Ən başlıcası paylayıcı elektrik şəbəkəsini olduğu kimi qoruyub saxlaması və həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlıdır. Regionlarda yaradılan yeni kənd təsərrüfatı müəssisələri, qeyri-neft sektorunun inkişafı ilə yaradılan müəssisələrə enerji tələbatını tam şəkildə ödəmək məqsədi daşıyır. Ən başlıcası isə abonentlərin fasiləsiz olaraq enerji təminatını təmin etməyə xidmət edir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
14:52 Etibar Pirverdiyev büdcə pullarını necə gəldi, xərcləyib Hesablama Palatası “Azərenerji” ASC-də aparılmış auditin nəticələrinə dair məlumat yayıb. Palatanın rəsmi saytında xəbər verilir ki, audit “Azərenerji”yə ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi pozuntular üzə çıxarıb. Aparılmış yoxlamalar üzə çıxarıb ki, “Azərenerji” ASC tərəfindən
08:35 “Azərenerji”də ciddi menecment qüsurları mövcuddur Pirverdiyev “Azərenerji”ni batırır... “Azərenerji” ASC-nin ötən ilk fəaliyyətinin auditi ölkənin elektrik enerjisi operatorunun maliyyə göstəricilərinin kəskin pisləşdiyini üzə çıxarıb. “Deloitte” şirkəti tərəfindən aparılan audit yoxlaması nəticəsində məlum olub ki, səhmdar cəmiyyətin ümumi
20:30 Mart ayı üçün bürclər nə vəd edir? QOÇ BÜRCÜ Ayın birinci yarısı: Yeni əlaqələr yaratmaq, sədaqətli dostlar əldə etmək üçün bu ərəfə kifayət qədər uğurlu olacaq. Həmkarlarınızla xırda soyuqluğu da başınızdan çıxarmağa çalışın. Martın 3-dən 11-nə qədər təmasda olduğunuz şəxslər ovqatınızın yüksəlməsinə xidmət edəcəklər. Amma

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az