t s

» » Beyləqan səhiyyəsində «dərisoyma» əməliyyatı

Beyləqan səhiyyəsində «dərisoyma» əməliyyatı

10-07-2016, 19:56 Yazar:  Günel Baxılıb: 541 Çap et
Beyləqan səhiyyəsində «dərisoyma» əməliyyatıDoğum Evinin müdirəsi ataları, poliklinikanın rəhbəri vətəndaşları, baş həkim isə hər ikisini soymaqla məşğuldur

Oqtay Şirəliyevin səhiyyə sistemi artıq çat verməklə yanaşı, həm də nə qədər yarıtmaz olduğunu ortaya qoyub. Bir neçə gün əvvəl həkimin xəstənin xəstə deyil, sağlam ayağını kəsməsindən sonra ortaya çıxan mənzərə isə Azərbaycanda vətəndaşların can güvənliyinin təhlükə altında olduğunu təsdiq etməkdədir.

Bakıda yaşanan bu olayların fonunda əyalətlərin durumunun nə qədər ağır olduğunu təxmin etmək elə də çətin deyil. Məsələn, bu yaxınlarda Zaqatalada həkim səhlənkarlığı səbəbindən körpənin dünyasını dəyişməsi, habelə digər rayonlarda yenə həkim səhlənkarlığı üzündən ana və körpəsinin ölməsi faktları vəziyyətin dəhşətli olduğunu ortaya qoyur.

«Dərisi soyulan» atalar

Beyləqan səhiyyəsində isə xəstənin sağ deyil, sol ayağının kəsilməsi halları yaşanmasa da, vətəndaşların dərisinin «soyulması» adi hala çevrilib. Beyləqan Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədovun qurduğu «düzən» o qədər dəqiq və səlist işləyir ki, rayon camaatı onu «pul axan arx» adlandırır. Çünki baş həkimin hədəfində vətəndaşın sağlamlığı deyil, onun cibindəki pulun qalınlığı maraqlandırır.
Qeyd edək ki, Beyləqan Doğum Evinin baş həkimi Leyla Ağalarova «dərisoyanlar»dan biri hesab olunur. Beyləqandan verilən məlumatlara görə, xanım Ağalarova ata olanların «anasını ağlar qoymaq»da ad çıxarıb. Belə ki, uşaq dünyaya gətirən ananın əməliyyat xərci 700 manatdan başlayıb, 1000 manatda bitir. Palata pulu, dərman xərcləri, tibb işçilərini «görüm-baxım» etmək «adət-ənənələri» isə bir ayrı məsələdir. Camaatın dediyinə görə, bir uşağın dünyaya gəlməsi valideynlərə minimum 1500 manata başa gəlir.

Ayaz Orucovun qohumu olmağın «üstünlüyü»

Amma Leyla Ağalarovanın tək qazanc yeri doğumlar deyil, həm də abortlardır. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Doğum Evinin rəhbərinə müraciət edən qadınlardan 70-100 manat alınmadan onları ginekoloji masanın üzərinə çıxarmır. Və bütün bu prosesləri şəxsən özü həyata keçirir.
Qeyd edək ki, Leyla Ağalarovanın bu günə qədər Doğum Evində «ataman»lıq etməsinin səbəbi güvəndiyi adamlardır. Aparılan dəqiqləşdirmələrə görə, keçmiş deputat Ayaz Orucovla qohumluq əlaqələri Doğum Evi rəhbərini bir çox məsələlərdən əmin salıb. Elə bu səbəbdəndir ki, nə Səhiyyə Nazirliyinin, nə də digər qurumların onunla işi yoxdur.

Fəxrəddin Quliyevin ərizə «alveri»

Beyləqan səhiyyəsində Əli Məmmədovun qurduğu düzənin bir parçasıda poliklinikadır. Şəhər Poliklinikasının müdiri isə Fəxrəddin Quliyevdir. Baş həkimlə yola getməyən Quliyevin də ayrıca biznesi var.
Beyləqan Şəhər Poliklinikasında arayışın qiyməti 5 manatdan başlayıb, 20-30 manatda bitir. Rəqəmin dəyişməsi arayışın nə üçün lazım olmasından və onu kimin istəməsindən asılıdır. Yəni, imkanlı adam arayış almaq istəyirsə, bu zaman qiymət 50 manata qədər də arta bilər.
Bayaq qeyd edik ki, Fəxrəddin Quliyevlə Əli Məmmədov yola getmirlər. Bunun səbəbi isə Quliyevin Beyləqanın baş həkimi olmaq həvəsi və istəyidir. Hazırkı baş həkim də bunu bildiyindən davamlı olaraq, onu «sancmaq»dan çəkinmir.

Bifərasət oğulun sərgüzəştləri

Hələ bir neçə gün əvvəl Fəxrəddin Quliyevin oğlunun videosunun yayıldığı barədə məlumat vermişdik. Bildirmişdik ki, borcluların çəkdiyi həmin görüntülərdə oğul Quliyevdən aldığı pulları geri qaytarması tələb olunur. Eyni zamanda, orada heç də xoş olmayan ifadələrdən istifadə olunur.

Ajiotaj.az xəəbər verir ki, JAM.AZ-ın məsələ ilə bağlı apardığı araşdırmalar zamanı bəlli olub ki, Fəxrəddin Quliyevin oğlu Fuad Quliyev atasının işlədiyi poliklinikada diş həkimi olaraq çalışırmış. O, tanıdığı qızıl alverçilərindən xeyli miqdarda qızıl götürərək, başqa qızıl satanlara sataraq, nağd pula çevirirmiş. Arada yaranan fərqlər bir tərəfə, götürdüyü qızılların pullarını da verməyən Fuad Quliyev axırda «dimdiyindən tora düşüb».

Deyilənlərə görə, poliklinkanın müdirinin oğlu həmin pulları qızılda uduzub. Və nəticədə, tək qızıl satanlara deyil, eyni zamanda qumar yoldaşlarına da külli miqdarda borclu qalıb. Əldə olunan məlumatda vurğulanır ki, ata və oğul son olaydan sonra 6 min manat zərərə düşüblər. Amma bunun ilkin rəqəm olduğu deyilir. Bütün prosesdən isə Fəxrəddin Quliyev və Fuad Quliyevə qalan 25-30 min manata aldıqları «Prado» markalı avtomobil olub. İddia edilir ki, borc sahibləri həmin maşını tələb edirlər.

Əli Məmmədovun pul yığan "konveyri"

Qeyd edək ki, Beyləqan səhiyyəsində yaşanan biabırçılıqlar bununla da bitmir. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov artıq Beyləqanda ən varlı şəxslərdən biri hesab olunur. Buna səbəb onun mütəmadi olaraq bütün şöbələrdən və həkimlərdən, hətta tibb işçilərindən pul yığması, habelə tenderlərdən ciddi vəsaitlər qazanmasıdır.

Məlumatlarda vurğulanır ki, Bakı, Bərdə və Beyləqanda bir neçə evi olan Məmmədovun, Fəxrəddin Quliyev və Leyla Ağalarovadan da hər ay haqq aldığı vurğulanır. Tender oyunlarından əldə edilən məlumatlara gəldikdə isə burada vəziyyət tamam başqadır. Baş həkim özünə bir neçə şirkət yaradaraq, Mərkəzi Xəstəxana üçün inventarlardan tutmuş, ən kiçik detala qədər hər şeyin alqı-satqısını həyata keçirir. Düzdür, o, bunu təkbaşına etmir və məsələlərdə onun əsas himayəçisi kimi, Beyqəlanın icra başçısı Vaqif Abdullayev çıxış edir.

Yazıda adları keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az