t s

» » "Barselona"nın lider olmağına az qaldı

"Barselona"nın lider olmağına az qaldı

8-03-2015, 10:53 Yazar:  Aygün Baxılıb: 633 Çap et
"Barselona"nın lider olmağına az qaldıBu gün İspaniya La Liqasının 26-cı turu çərçivəsində "Atletik" doğma meydanda çempionatın lideri "Real"ı qəbul edib.

Trend-in məlumatına görə, matça Bilbao təmsilçiləri aktiv başlayıblar: 27-ci dəqiqədə Arits Aduris baskları önə keçirib - 1:0.

Madridlilərin çoxsaylı cəhdləri nəticəsiz qalıb: oyunda başqa qol qeydə alınmayıb.

Əvəzində, oyun vərəqələrin bolluğu ilə yadda qalıb. Ev sahiblərinin heyətində Arits Aduris, Xabier Etxeita, Karlos Qurpegi, qonaqların heyətində isə Toni Kroos, İlyarramendi, İsko və Marselo qarşılarında sarı vərəqə görüblər.

Beləliklə, sabah "Nou Kamp"da "Rayo Valekano"nu qəbul edəcək "Barselona"nın lider olmaq şansı böyükdür. Hazırda liderdən iki xal geri qalan kataloniyalılar sabah qələbə qazanacaqları təqdirdə birinciliyi ələ keçirəcəklər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:03 Millinin futbolçusu məktəbli qızla intim əlaqəyə görə tutuldu İngiltərənin "Sanderlend" klubunun futbolçusu Adam Conson bu gün həddi-büluğa çatmamış qızla intim əlaqə şübhəsi ilə həbs edilib. Musavat.com xəbər verir ki, məlumatı "The Sun" yayıb. " The Daily Mail" isə xəbər verir ki, Adam Conson Durham şəhərinin polis şöbəsində dindirilir. Polis əməkdaşkarı
21:37 "Qarabağ" uduzdu, "İnter" qalib gəldi Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Turun bütün oyunları bu günə nəzərdə tutulub. Günün ilk oyun paytaxtda baş tutub. Burada “İnter” “Simurq”u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Digər oyunda “Neftçi” “Sumqayıt”ın qonağı olub. Matç Bakı klubunun minimal
01:31 "Beşiktaş" ingilisləri evə əliboş göndərdi - "Qara qartal"ın zəfəri! Avropa Liqasında 1/16 finalın cavab oyunlarına start verilib. Rusiya paytaxtı Moskvada "Dinamo" "Anderlext"i, Peterburqda isə "Zenit" PSV-ni qəbul edib. Hər iki oyunda Rusiya təmsilçiləri qələbə qazanaraq 1/8 finala yüksəliblər. Türkiyə klublarından "Beşiktaş" evdə "Liverpul"la qarşılaşıb.
12:15 Robert Prosineçki: “Qarabağ” Azərbaycanın “Real” və “Barselona”sıdır “Azərbaycan himninin bir hissəsini öyrənməyə çalışacağam”. Azərbaycanın futbol yığmasının baş məşqçisi Robert Prosineçki “Sual zərbələri” rubrikasında azarkeşlərin 10 sualına cavab verib. Mediaxeberleri.az xəbər verir ki, suallar AFFA-nın “Facebook” sosial şəbəkəsindəki səhifəsində verilib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az