t s

» » Ağstafada Sənaye Parkının təməli qoyulub

Ağstafada Sənaye Parkının təməli qoyulub

30-06-2016, 00:36 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 801 Çap et
Ağstafada Sənaye Parkının təməli qoyulubAzərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması və iş adamları tərəfindən regionlarda biznes layihələrinin icrası və yeni iş yerlərinin açılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda görülən məqsədyönlü tədbirlər sayəsində “Karvan-L” şirkətinin istehsal və emal müəssisələrini birləşdirən sənaye parkının təməl qoyma mərasimi keçirildi.

Mediaxeberleri.az
xəbər verir ki, mərasimdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, rayon ağsaqqalları və ziyalıları, yerli iş adamları və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbirdə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk öncə rayon sakinlərini belə böyük layihənin icrasının başlanması münasibəti ilə təbrik etdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq inşa olunan Ağstafa sənaye parkında kənd təsərrüfatı məhsulları tullantılarının emalı və üzvü kimyəvi məhsulların istehsalı müəssisəsi, 5-ci nəsil texnoloji idarəetməyə əsaslanan istixana kompleksi, inşaat materialları (dəmir dam örtükləri, plastik və şüşə materialları) istehsalı müəssisəsi, plastik tullantıların təkrar emalı müəssisəsi və 200 ha ərazisi olan üzüm, ərik, xurma və digər meyvə bağları, soyuducu anbar kompleksi və hazır məhsulun satışı xidməti mərkəzi olacaqdır. Bu layihənin icra edilməsi nəticəsində 300 nəfər yeni işlə təmin ediləcək, mövsümü işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir. Bakı-Qazax avtomobil yolunun kənarında inşa edilən sənaye parkının ərazisində böyük abadlıq və yaşıllıq işləri aparılacaq və gələcəkdə yeni otel infrastrukturunun yaradılması da həyata keçiriləcəkdir. Qeyd olundu ki, bu layihə ilə yanaşı rayonda taxıl və un məmulatları kombinatının tikintisi işləri də başlanmışdır. Həmçinin rayonda yeni xalçaçılıq müəssisəsinin yaradılması istiqamətində təşkilati tədbirlər həyat keçirilir.

Layihənin icraçısı olan “Karvan-L” şirkətinin rəhbəri Əbülfəz Qafarov ölkəmizdə iş adamlarına göstərilən dövlət qayğısından danışaraq qeyd etdi ki, “Karvan-L”Eko MMC sənaye parkı layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlarda sənaye məhəllələrinin yaradılması və iş adamlarının bölgələrdə biznes layihələrinin icrası barədə tapşırığına uyğun olaraq həyat keçirilir. Bu layihənin ərsəyə gəlməsində Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin əməyini minnətdarlıqla qeyd edən natiq bildirdi ki, sənaye parkında nəzərdə tutulan bir neçə müəssisənin yaxın iki ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Bu müəssisələrin istifadəyə verilməsi ilə yüzlərlə ailə daimi işlə təmin olunacaq, sənaye sahəsi ilə yanaşı aqrar sektorun da inkişafına təkan olacaqdır. Burada istehsal olunan məhsullar həm yerli bazara çıxarılacaq, həm də ixrac üçün nəzərdə tutulur.

Tədbirdə çıxış edən digər natiqlər də sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması sahəsində ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasəti dəstəklədiklərini bildirdilər. Qeyd olundu ki, “Karvan-L” Eko MMC sənaye parkı sovetlər dövründən keçən müddət ərzində rayonda icra olunan ən böyük layihədir. Çıxışlarda əminlik ifadə edildi ki, ilk layihənin icra olunması rayonda yeni iş yerlərinin yaradılması istiqamətində yeni biznes layihələrinin də təqdim edilməsinə təkan olacaqdır.

Sonda Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev tikinti işlərinin başlanmasını ifadə edən gilizi təmələ buraxdı.


Ağstafada Sənaye Parkının təməli qoyulub
Ağstafada Sənaye Parkının təməli qoyulub
Ağstafada Sənaye Parkının təməli qoyulub
Ağstafada Sənaye Parkının təməli qoyulub
Ağstafada Sənaye Parkının təməli qoyulub




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:22 AĞSTAFADA YENİ SƏNAYE PARKI SALINIR Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması və iş adamları tərəfindən regionlarda biznes layihələrinin
17:12 AXCP-nin anti-böhran təklifləri - II HİSSƏ Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkənin düşdüyün böhran vəziyyətindən çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayıb. Cebhe.info təkliflər paketinin ikinci hissəsini təqdim edir. İkinci hissə İnnovasiyalar, Texnologiylar və İxtiraçılıq İnstitutu Azərbaycanda mövcud onlarla innovasiya
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
08:38 Goranboyun icra başçısı Nizaməddin Quliyev bir ildə 18 milyon manatı nəyə sərf edib? Keçən həftə redaksiyaya daxil olan şikayət məktubuna əsasən “Bizim Yol” qəzetinin araşdırmasında Goranboy rayon İcra Hakimiyyətinə bir ildə ayrılan büdcə vəsaitlərinin əsas hissəsinin tenderdə tək təşkilata verildiyi ortaya çıxmışdı. Gözdən uzaq regionlara ayrılan pulların hansı sahələrə və necə
13:32 Goranboyun icra başçısı 18 milyon manatı hara xərcləyib? İlginc faktlar - ARAŞDIRMA Goranboy rəhbərliyi bir ildə 18 milyon manatı nəyə sərf edib? Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər tendersiz xərclənib, rayonda 5 il ərzində eyni işlər təkrar-təkrar “görülüb” Keçən həftə redaksiyaya daxil olan şikayət məktubuna əsasən "Bizim Yol" qəzetinin araşdırmasında Goranboy rayon

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az