t s

» » Bu gün AVRO-2016-da 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün AVRO-2016-da 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

25-06-2016, 11:51 Yazar:  Gülnar Baxılıb: 359 Çap et
Bu gün AVRO-2016-da 1/8 final mərhələsinin ilk oyunları keçiriləcəkBu gün Avropa çempionatında 1/8 final mərhələsinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

İlk olaraq meydana İsveçrə və Polşa milliləri çıxacaqlar. A və C qrupunun ikinciləri ilk 1/4 finalçı olmaq üçün mübarizə aparacaqlar. İsveçrənin heyətlə bağlı problemi olmasa da, Polşa haqqında bunu demək olmaz. Belə ki, qapıçı Voyçex Şesni və Bartoj Kapustka bu oyunda meydana çıxmayacaqlar. “Çərçivə qoruyucusu” zədə, yarımmüdafiəçi isə cəza səbəbindən matçı kənardan izləməli olacaqlar.

Günün ikinci oyunu isə Britaniya derbisi olacaq. B qrupunu lider olaraq tamamlayan Uels ən yaxşı "üçüncü"lərdən biri olan Şimali İrlandiya ilə qarşılaşacaq. Gözlənilənlərin əksinə olaraq, olduqca əla təsir bağışlayan "əjdahalar" tarixi ilkə imza ataraq, qatıldığı ilk birincilikdə qrupdan çıxmağı bacaran Şimali İrlandiyanın Fransa səyahətini sona çatdırmaq niyyətindədi.

Gecənin son oyunu isə olduqca gərgin mübarizə vəd edir. Ölüm qrupu adlandırılan D qrupundan lider kimi çıxan Xorvatiya millisi növbəti mərhələyə qələbəsiz adlayan Portuqaliya ilə oynayacaq. Ən zəif qrup hesab olunan F qrupundan 3 heç-heçə ilə ən yaxşı üçüncü kimi çıxan pireneylilər bu dəfə sevimli nəticələrinə ümid edə bilməyəcəklər. Ronaldonun yoldaşları Xorvatiya səddini aşmaq üçün daha güclü çıxış etmək məcburiyyətindədirlər.

Avropa çempionatı

1/8 final

25 iyun

17:00. İsveçrə - Polşa

Baş hakim: Mark Klattenburq

Sent-Etyenn. “Joffrua Qişar” stadionu

20:00. Uels – Şimali İrlandiya

Baş hakim: Martin Atkinson

Paris. “Stad de Frans”

23:00. Xorvatiya - Portuqaliya

Baş hakim: Karlos Velasko Karbalyo

Lans. “Bollar-Delelis” stadionu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:24 “Avro-2016”-da play-off mərhələsinin bütün iştirakçıları məlum oldu Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin son oyunları keçirilib. Mediaxeberleri.az xəbər verir ki, “E” qrupunda birinci yerdən 1/8 final mərhələsinə vəsiqəni təmin edən İtaliya yığması İrlandiya komandası ilə qarşılaşıb və minimal hesabla məğlub olub. Matçda yeganə
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
10:03 Avropa Liqasında “pley-off”un iştirakçıları - SİYAHI Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Mediaaxeberleri.az xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutan 29 qarşılaşma ilə pley-offun iştirakçılarının tam siyahısı bəlli olub. Bütün oyunların nəticələrini təqdim edirik. Avropa Liqası III təsnifat mərhələsi Cavab
20:30 Mart ayı üçün bürclər nə vəd edir? QOÇ BÜRCÜ Ayın birinci yarısı: Yeni əlaqələr yaratmaq, sədaqətli dostlar əldə etmək üçün bu ərəfə kifayət qədər uğurlu olacaq. Həmkarlarınızla xırda soyuqluğu da başınızdan çıxarmağa çalışın. Martın 3-dən 11-nə qədər təmasda olduğunuz şəxslər ovqatınızın yüksəlməsinə xidmət edəcəklər. Amma

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az