t s

» » “Avro-2016”-da play-off mərhələsinin bütün iştirakçıları məlum oldu

“Avro-2016”-da play-off mərhələsinin bütün iştirakçıları məlum oldu

23-06-2016, 02:24 Yazar:  Gülnar Baxılıb: 669 Çap et
“Avro-2016”-da play-off mərhələsinin bütün iştirakçıları məlum olduFransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin son oyunları keçirilib.

Mediaxeberleri.az
xəbər verir ki, “E” qrupunda birinci yerdən 1/8 final mərhələsinə vəsiqəni təmin edən İtaliya yığması İrlandiya komandası ilə qarşılaşıb və minimal hesabla məğlub olub. Matçda yeganə qolu 84-cü dəqiqədə Robert Breydi vurub.

Paralel keçirilən oyunda Belçika yığması İsveç millisinə eyni hesabla qalib gəlib. Bu qarşılaşmada da yeganə qol 84-cü dəqiqədə vurulub. Belçika komandasının heyətində Raca Nainqqolan fərqlənib.

Beləliklə, Avropa çempionatının play-off mərhələsinə İsveçrə, Uels, Xorvatiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, İngiltərə, İslandiya, İspaniya, Slovakiya, Portuqaliya, Polşa, Şimali İrlandiya, Belçika və İslandiya yığmaları vəsiqə qazanıblar.

1/8 final mərhələsində İsveçrə-Polşa, Xorvatiya-Portuqaliya, Almaniya-Slovakiya, Uels-Şimali İrlandiya, Macarıstan-Belçika, İtaliya-İspaniya, Fransa-İrlandiya və İngiltərə-İslandiya matçları baş tutacaq.

“Avro-2016”-nın play-off mərhələsi iyunun 25-də start götürəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:46 Azərbaycan futbol üzrə AÇ-na gələcək əcnəbilər üçün viza rejimini sadələşdirdi Azərbaycan prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.
09:15 “Avro-2016”nın püşkü atıldı Fransanın paytaxtı Parisdə futbol üzrə Avropa-2016 çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, seçmə mərhələni adlamış ölkələr 6 qrup üzrə bölünüb: "A" qrupu: Fransa, Rumıniya, Albaniya, İsveçrə "B" qrupu: İngiltərə, Rusiya, Uels, Slovakiya
10:03 Avropa Liqasında “pley-off”un iştirakçıları - SİYAHI Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Mediaaxeberleri.az xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutan 29 qarşılaşma ilə pley-offun iştirakçılarının tam siyahısı bəlli olub. Bütün oyunların nəticələrini təqdim edirik. Avropa Liqası III təsnifat mərhələsi Cavab

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az