t s

» » Bəxtiyar o yazıya görə məni bıçaqladı" - Dəhşətli qətlin təfərrüatları

Bəxtiyar o yazıya görə məni bıçaqladı" - Dəhşətli qətlin təfərrüatları

8-03-2015, 01:25 Yazar:  Aygün Baxılıb: 598 Çap et
Bəxtiyar o yazıya görə məni bıçaqladı" - Dəhşətli qətlin təfərrüatları10-cu sinif şagirdi: “Adam bıçaqlamışam, haqqını halal et” deyib polisə getdim"

Cəlilabad rayonunda 8 saylı orta məktəbin həyətində 1996-cı il təvəllüdlü Bəxtiyar Əsədullayev gözətçi işləyən 1967-ci il təvəllüdlü Şəmsəddin Məlikovu bıçaqlayaraq qətlə yetirib. Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü ilin mayın 12-də baş verib. Bəxtiyar həmin gün saat 22:15 radələrində yaşadığı evə getmək üçün Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 8 saylı orta məktəbin yaxınlığından keçərkən həmin məktəbdə gözətçi işləyən Şəmsəddin Məlikov ilə qarşılaşıb. Həmin vaxt Şəmsəddin ona “mavilər kimi geyinmisən” deyə söz atıb. Bundan əsəsbləşən Bəxtiyar özündə olan bıçaqla Şəmsəddinə 8 bıçaq zərbəsi vurub. Şəmsəddin Məlikov aldığı bıçaq zərbələrindən xəstəxanaya yerləşdirilib. İntensiv müalicə tədbirləri aparılmasına baxmayaraq, o, mayın 22-də ölüb.

“Şəmsəddin Məlikovun homoseksual olduğunu eşitmişdim”

Bəxtiyar Əsədullayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Bəxtiyar Əsədullayev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, mayın 10-da, axşam Cəlilabad şəhərindəki kafelərin birində araq və pivə içəndən sonra əvvəl evə gəlib: “Bir qədər sonra isə gəzinti məqsədi ilə evdən çıxıb təhsil aldığım 8 saylı orta məktəbin qarşısına getdim. Məktəbin qabağında gözətçi Şəmsəddin Məlikovu gördüm. Yaxınlaşaraq ona “cinsi əlaqədə olmusan?” sualını verdim. Əvvəllər Şəmsəddin Məlikovun homoseksual olmasını eşitmişdim”.

“Maşallah, "jivoy" oğlansan”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Şəmsəddinin həqiqətən də homoseksual olmasını dəqiqləşdirməkdən ötrü ondan söz çəkməyə başlayıb: “Bir qədər söhbət edəndən sonra Şəmsəddin qolumdan tutaraq “maşallah, "jivoy" oğlansan, məktəb nəzarətsiz qalır, gəl gedək həyətə”, deyə bildirdi. Sonra da Şəmsəddinlə birlikdə məktəbin həyətinə girdim. Həyətdə Şəmsəddin əlini cinsiyyət orqanıma toxundurdu. Bu zaman Şəmsəddini kənara itələyərək evə gəldim. Ertəsi gün axşam saatlarında işlədiyim şadlıq evində olmuşam. Saat 19 radələrində işdən çıxaraq başqa bir kafeyə gedərək orada bir qədər pivə və araq içmişəm. Sonra yenidən şadlıq evinə gəlmişəm. 6 manat əmək haqqını alaraq özümə siqaret almaqdan ötrü yaxınlıqda olan “Hacı Zaur” adlı marketə girmişəm. Siqaret alan zaman marketdə cib bıçaqlarını görərək özümü kənar qəsdlərdən qorumaq üçün üç manata bir ədəd cib bıçağı aldım”.

“Görüşmək üçün məktəbin yanına gəldim”

Bəxtiyar Əsədullayevin sözlərinə görə, mayın 12-də səhər 9-da yuxudan oyanıb və iş yoldaşları Əfqan və Elvinlə birlikdə yas mərasiminə gediblər: “İş yoldaşım Əfqanın və Şəhriyarın qohumlarının yas mərasimində iştirak etdikdən sonra evə qayidaraq yatmışam. Sonra axşam saat 19 radələrində yuxudan oyanaraq evdə olan böyük qardaşım Şahlarla birlikdə çay içmişəm. Sonra küçəyə çıxaraq siqaret çəkib, yenidən evə gəlmişəm. Daha sonra əynimi dəyişərək bir gün əvvəl aldığım bıçağı da şalvarımın cibinə qoyaraq istirahət etmək məqsədi ilə “Seyrangah” parkına getdim. Hava qaralmağa başlayan vaxt piyada evə qayıdarkən 8 nömrəli məktəbin qarşısından keçən zaman Şəmsəddini gördüm. Şəmsəddin məni görən kimi “yarım saat gözlə, başqa bir adamla işim var, səninlə sonra söhbət edərəm”, - deyə bildirdi. Fikirləşdim ki, yəqin o, iki gün əvvəl olan söhbətə görə mənimlə nəsə danışmaq istəyir. Ona görə də siqaret almaqdan ötrü yaxınlıqdakı marketlərdən birinə girdim. Marketdən 2-3 ədəd siqaret alandan sonra bir qədər yolla dolandım. Təxminən yarım saatdan sonra Şəmsəddinlə görüşmək üçün məktəbin yanına gəldim”.

“Törətdiyim əməldən peşmanam”

Təqsirləndirilən şəxsin sözlərinə görə, məktəbin yan tərəfində Şəmsəddinin əlində uzun bir ağac parçası ilə dayandığını görüb: “Şəmsəddin həmin ağacdan məktəbin həyətində olan çöl itlərini qovmaq üçün istifadə etdiyini dedi. O, “sənin paltarlarından mavilər geyinir” deyərək məni təhqir edərək, üstümə gəldi. Şəmsəddin əlindəki uzun ağacla başıma vurmaq istədi. Bu səbəbdən üstümdə olan bıçağı çıxararaq Şəmsəddinə zərbələr vurmağa başladım. Zərbələrdən sonra Şəmsəddin kürəyi üstə əl-üz yuyanın yanına yıxıldı. Yerə yıxılandan sonra da bıçaqla Şəmsəddinə bir neçə dəfə zərbə vurmuşam. Həmin vaxt Şəmsəddin “Mübariz” deyərək köməyə adam çağırdı. Addım səsləri eşidərək oradan qaçdım. Sonra üstümdə olan mobil telefonla qardaşım Şahlara zəng edərək adam vurduğumu bildirdim. Daha sonra telefonu söndürdüm. Bir qədər sonra isə telefonu açaraq halallıq almaq üçün dostum Elvinə zəng etdim. Ona da “adam bıçaqlamışam, haqqını mənə halal et” sözlərini dedim. Yenidən telefonu söndürəndən sonra Cəlilabad rayon polis şöbəsinə gələrək könüllü təslim oldum. Hadisəni törətdiyim bıçağı polisə təqdim etdim. Törətdiyim əməldən peşmanam”.

“Ciddi cəza istəyirəm”

Zərərçəkmiş şəxsin hüquqi varisi Fərqanə Məlikova bildirib ki, həyat yoldaşı Şəmsəddin mayın 12-də, saat təxminən 22:05 dəqiqədə gözətçi işlədiyi 8 saylı məktəbdən evə zəng edərək yuyunmaq üçün su qoymağı tapşırsa da, evə gəlməyib: “Şəmsəddinin mobil telefon nömrəsinə dəfələrlə zəng etsək də o, zənglərə cavab vermədi. Gecə saat 23:40 radələrində təkrar Şəmsəddinin telefonuna zəng edəndə başqa bir adam telefona cavab verərək, polis əməkdaşı olduğunu və Şəmsəddinin bıçaqlanaraq xəstəxanaya aparıldığını bildirdi. Bundan sonra xəstəxanaya getdik. Sonradan məlum oldu ki, Şəmsəddini onun işlədiyi məktəbin 10-cu sinif şagirdi Əsədullayev Bəxtiyar Salamat oğlu bıçaqlayıb. Şəmsəddin ertəsi gün narkozdan ayıldı. Bəxtiyarın onu bıçaqladığını bildirsə də, səbəbini demədi. Mayın 21-də Şəmsəddinin səhhəti pisləşdiyi üçün xəstəxananın göndərişi əsasında onu təcili tibbi yardım maşını ilə Bakıya apardıq. Bakıda həkimlər həyat yoldaşıma 2-3 saat vaxt qoydu. Həkimlər bildirdilər ki, bu qədər xəsarətlə onun yaşamaq ehtimalı yoxdur. Bundan sonra Şəmsəddinin xəstəxanada qalmasının mənasız olduğunu görərək onu geri qaytardıq. May ayının 22-nə keçən gecə saat təxminən 01 radələrində yenidən onu Cəlilabad mərkəzi xəstəxanasına apardıq. Ərim həmin vaxt xəstəxanada öldü. Bəxtiyar Əsədullayevə qanunda nəzərdə tutulan ciddi cəza təyin edilməsini istəyirəm”.

Homoseksuallıqda ittiham olunan kişinin ölümündən əvvəlik etirafları

İstintaq orqanı xəstəxanada ağır vəziyyətdə müalicə alan Şəmsəddin Məlikovun ifadəsini də ala bilib. Ölümündən əvvəl istintaqçılara ifadə verən Şəmsəddin Məlikov bildirib ki, mayın 12-də, saat təxminən 21:30 radələrində 10-11 ildir işlədiyi Cəlilabad şəhər, 8 saylı orta məktəbin binasının sol yan tərəfində əl-üz yuyanın yanında dayanıb: “Həmin vaxt məktəbin şagirdi Bəxtiyarın mənə tərəf gəldiyini gördüm. Ondan bu vaxt məktəbin həyətinə nə üçün gəldiyini soruşdum. Bəxtiyar isə mənə heç nə demədən əlində bıçaq tutaraq üstümə hücum etdi və bıçaqla qarın boşluğuma, böyürlərimə bir neçə zərbə vurdu. Zərbələrin təsirindən kürəyi üstə yerə yıxıldım. Yerə yıxılandan sonra da Bəxtiyar üstümə hücum edərək yenə də bir neçə dəfə zərbələr vurdu. Qışqıraraq köməyə adam çağırdım. Bu vaxt Bəxtiyar məndən aralanaraq qaçdı. Birtəhər ayağa qalxıb əl-üz yuyanın arxasından keçən uşaq xəstəxanası tərəfə gedən yola çıxdım. Yola çıxandan sonra Səmədov İlkin İslam oğlu mənə kömək etdi. Bundan sonra huşumu tamam itirmişəm. Bəxtiyar Əsədullayevlə aramızda əvvəllər hər hansı narazçılıq və ya başqa münasibət olmayıb. Onunla hadisədən bir neçə gün əvvəl təklikdə hər hansı məzmunda söhbət etməmişəm. Hadisə baş verən zaman ətrafda kimsə olmayıb, bıçaqlanan vaxt qışqıraraq köməyə adam çağırmışam. Habelə Bəxtiyar bıçaqdan başqa digər hər hansı alətlə vurmayıb. Hadisə vaxtı həmçinin mənim, eləcə də Bəxtiyarın əlində ağac parçası olmayıb”.

Şəmsəddin Məlikov ölümündən əvvəl verdiyi ifadəsində göstərib ki, məktəbin divarlarına kimlərsə boya ilə “İmam Hüseyn”, “İmam Əli”, “qızlar, hicab geyinin” və s. müxtəlif məzmunlarda yazılar yazıb: “Məktəb rəhbərliyi də məndən divarların yazılmasının qarşısını almağı tələb edib. Bunun üçün məktəbdə oxuyan oğlan uşaqlarının yanında həmin yazıları kim yazıbsa, onların ünvanına nalayiq ifadələr işlətmişəm. Amma həmin yazıları kimin yazdığını da bilməmişəm. Ola bilsin ki, yazıları yazanlardan biri də bəlkə Bəxtiyar olub. Yazı yazanları nalayiq söyüşlərlə söydüyüm üçün Bəxtiyar da məni bıçaqlayıb. Bəxtiyarın məni bıçaqlaması üçün başqa hər hansı səbəb göstərə bilmirəm”.

Məhkəmənin hökmü ilə Bəxtiyar Əsədullayev 14 il müddətinə azadıqdan məhrum edilib. Hökmdən narazı qalan Bəxtiyar Əsədullayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Bəxtiyar Əsədullayevin şikayəti təmin edilməyib.

Hacı Zeynalov




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:51 Göyçayda yaşlı ər-arvadın dəhşətli qətli – TƏFƏRRÜAT “Çay kənarında oturub sosiskanı yeyərək arağı içdik”. Ötən ilin martın 1-də Göyçay şəhərində 1933-cü il təvəllüdlü Ağasəf Quliyevin və arvadı Afaqın üzərlərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə tapılıb. Mediaxeberleri.az publika.az-a istinadən xəbər verir ki, polis və
20:25 Sevgilisindən rədd cavabı alan 13 yaşlı qız özünü 3-cü mərtəbədən atdı Cəlilabadda məktəbli qız özünü təhsil aldığı məktəbin 3 cü mərtəbəsində yerə atıb. Mediaxeberleri.az xəbər verir ki, anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, intihara cəhd edən qızın vəziyyəti ağır olaraq qalır. Hadisə bu gün Səhər saatlarında rayonun 7 saylı məktəbində baş verib.
17:42 Cəlilabadda orta məktəblərin birində intihara cəhd olub Cəlilabad şəhərində intihara cəhd hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 25-də Cəlilabad şəhər 7 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı Ə.Ə. özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Qız müəllimləri tərəfindən dərhal Cəlilabad
20:13 4000 manat borca görə qadına iyrənc təklif – ŞOK TƏFƏRRÜAT Ucar rayon sakini, 1963-cü il təvəllüdlü Mirbala Fərzəliyev qonşusu Samirə Qafarovanı (ad şərti verilib-H.Z.) onunla cinsi əlaqədə olması üçün şantaj edib. Samirə Qafarovanın əri Bəxtiyarın Mirbala Fərzəliyevə borcu olub. Mirbala 15 yanvar 2013-cü il tarixdə notarial qaydada Bəxtiyar Qafarova 6000
01:11 81 yaşlı qadının əxlaqsızlıq suçuyla qətli - Şok təfərrüat İsmayıllı rayon sakini, 1975-ci il təvəllüdlü Elbrus Cəbiyev 81 yaşlı qadını qətlə yetirməkdə ittiham olunub. Sərxoş olan Elbrus qonşusu, 1933-cü il təvəllüdlü Rəbiyyə Talıbovanın evinə gəlib. Hadisə ötən il iyulun 1-də, saat 17 radələrində baş verib. İsmayıllı şəhəri, Qəşəm Aslanov küçəsi, 51

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az