t s

» » 8 Mart: Bayram, yoxsa qanlı faciənin tarixi

8 Mart: Bayram, yoxsa qanlı faciənin tarixi

8-03-2015, 01:06 Yazar:  Aygün Baxılıb: 927 Çap et
8 Mart: Bayram, yoxsa qanlı faciənin tarixiQadınlara qarşı törədilən zorakılıq dünyada ən çox yayılan, ən az cəzalandırılan cinayətdir

Bu gün 8 Mart Beynəlxalq Qadınlar bayramıdır. 8 Mart əslində fəhlə qadınların daha yaxşı iş şəraiti tələbi ilə başlatdığı hüquqi mübarizənin başlanğıc tarixi olsa da, bu gün bütün dünya qadınları bunu bayram kimi qeyd edir.


8 Martın tarixi barədə müxtəlif mənbələrdə fərqli məlumatlar olsa da, ən çox rast gəlinəni budur:

1857-ci ilin 8 mart günü ABŞ-ın Nyu York şəhərində 40 000 toxucu fəhlə daha yaxşı iş şəraiti tələbi ilə tekstil fabrikində tətil edib. Polisin hücum etməsi, fəhlələrin fabrikə doldurularaq qapının bağlanması və meydana gələn yanğında fəhlələrin fabrik qarşısında qurulmuş barrikadalardan qaça bilməməsi nəticəsində əksəriyyəti qadın olan 129 fəhlə ölüb. Fəhlələrin dəfn mərasimində 10 000-dən çox insan iştirak edib.

1910-cu il 26 – 27 avqust tarixdə, 1857-ci il hadisələrindən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadın, hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif edib və bu təklifi qəbul edilib.

1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və sülh" adlı nümayiş keçiriblər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlanıb.

Müxtəlif illərdə bəzi ölkələrdə qeyd edilməsi qadağan olunan 8 mart tarixi 1960-cı ildən sonra ABŞ-da qeyd edilərək dünyanın da gündəminə gəlməyə başlayıb.

1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşüb. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 Martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirilib. İki il sonra 1977-ci ildə isə BMT-nin Baş Assambleyasında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilib.

8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Qeyd edək ki, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Statistikaya görə:

Qadınlara qarşı zorakılıq dünyada ən çox yayılan, ən az cəzalandırılan cinayətdir.

Dünyada təxminən 113 milyonla 200 milyon arası qadın demoqrafik olaraq “yox” görünür. Bunun səbəbi, dünyaya qız gəldikləri üçün öldürülmələri və ya kişilərlə bərabər hüquqlara sahib olmamalarıdır.

Fahişəliyə məcbur edilən və ya bu məqsədlə satılan qadınların sayı illik 700 000 ilə 4 milyon arasındadır.

Qadın ticarəti şəbəkələrinin cinsi istismardan qazandığı pulun məbləği illik təxminən 12 milyard dollardır.

Dünyada 15 ilə 45 yaş arası qadınlar xərçəng, malyariya, avtomobil qəzaları və müharibələrdən daha çox kişi zorakılığının qurbanı olaraq ölməkdə və ya şikəst qalmaqdadır.

Azı hər üç qadından biri döyülüb, zorlamaya məruz qalıb və ya həyatı boyu fərqli bir istismara məruz qalıb. Ümumiyyətlə isə qadın ailə üzvlərindən biri və ya hər hansı bir tanışının zorakılığına məruz qalır.

Sistemli zorlamadan dünyadakı bir çox insidentlərdə terror silahı kimi istifadə olunur. Ruanda soyqırımı vaxtı (1994) təxminən 250 000 ilə 500 000 arası qadın zorlamaya məruz qalıb.

Sonda bütün Azərbaycan qadınlarını Mediaxeberleri.az adından təbrik edirik. Onlara daima öz hüquqlarını müdafiə etməyi, cəmiyyətin aktiv üzvü olmağı arzulayırıq!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:31 8 Mart - Beynəlxalq Qadınlar günü Ağstafada qeyd olundu Ağstafa şəhər “Yazıçılar evi”ndə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə bayram tədbiri keçirildi. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınların iştirakı ilə keçirilən tədbiri Ağstafa rayon İcra
21:20 Ruslan İzzətlidən xanımlarımıza bayram təbriki Təhsil və səhiyyə ocaqlarında millətimizə yorulmadan hizmət edən xanımlarımızı təbrik edirəm. Övladının sabahı üçün bütün çətinliklərə dayanaraq çalışan xanımlarımızı təbrik edirəm. Mediaxeberleri.az xəbər verir ki, bunu D18 Hərəkatının başqanı Ruslan İzzətli özünün facebook hesabında qeyd edib.
17:33 Azərbaycanda doğulan qızların sayı azalıb Dövlət Statistika Komitəsi məlumat yaydı. 2015-ci ilin fevral ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2%-ni və ya 4 milyon 820,2 min nəfərini qadınlar təşkil edib. Bu barədə Mediaxeberleri.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qadınların 57,1%-i nəsilvermə qabiliyyətinə
00:03 İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib Azərbaycan prezidenti İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. APA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir: “Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və yüksək
20:40 Gəlin baldızını döyüb dəlixanaya salmaq istədi Qardaşının həyat yoldaşı tərəfindən mütəmadi olaraq döyülən qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evinə yerləşdirilib. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, Bakıya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az