t s

» » Razi Nurullayevdən “Formula 1” təklifi...

Razi Nurullayevdən “Formula 1” təklifi...

16-06-2016, 16:43 Yazar:  Sara Baxılıb: 161 Çap et
 Razi Nurullayevdən “Formula 1” təklifi...“Formula 1” yarışlarının, eləcə də digər beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsinə nəinki qarşıyam, hətta bunun üçün daha böyük səy və əmək sərf edilməsinin lehiniyəm. Turistlər də gəlsin, ölkə də tanınsın və dünyaya daha yaxşı da inteqrasiya edək. Amma, nə zaman ki, bu tədbirlər Azərbaycan vətəndaşlarına narahatlıq gətirir, onlarda qıcıq yaradır, lazımsız yerə pullar xərclənir, o zaman təmamən bu tip tədbirlərin əleyhinəyəm”.

Bu sözləri yeni AXCP-nin sədiri Razi Nurullayev deyib.


O, bidirib ki, hökumət hələ on il də bu tədbiri keçirmək öhdəliyini götürdüyünə görə, bu yarışların əleyhinə çıxmaq heç nəyi dəyişməyəcək: “Amma, bu yarışlardan yaranan uduşu artırmaq və şəhər sakinləri üçün narahatlığı aradan qaldırmaq məqsədiylə vacib addəmların atılması qaçılmazdır və mən hökuməti bu təxirəsalınmaz tədbirləri yerinə yetirməyə çağırıram. Problemlər nədir? Birincisi, yarışların şəhər mərkəzində keçirilməsi qəbuledilməzdir. Bakıda onsuz da tıxac, yol və parkovka problemi var. Artıq bir aydan çoxdur ki, şəhərin mərkəzi küçələrində baş verən yolsuzluq, kənarlara da təsir etməyə başlayıb. Yol da ən azı bir həftəlik təmamən bağlanır və sürücülərin, o cümlədən şəhər sakinlərinin həyatı çox çətinləşəcək. Demək, probkalar yaranacaq, nə qədər çox adam bilet alıb o oyunlara baxsa da, onların 1000 qatı bu oyunların onlara yaratdığı narahatlığa görə əzab-əziyyət çəkəcək.

İkincisi, bulvara giriş bağlanır. Yay ayında hamı bulvara axışır və orada bir həfətlik girişin bağlanması yüz mindən artıq adamı birbaşa təsirə məruz qoyaraq, incidəcək və oyunlara münasibətini mənfiyə dəyişəcək.

Üçüncüsü, hazırda ölkədə iqtisadi çətinlik və inflyasiya yaşanan zaman rəsmi açıqlanan 100 milyona yaxın vəsaitin yola çəkilməsi və sonra qaşınıb atılması çox böyük narazılıq və narahatlıq yaradır. Aydındır ki, bunu ilk öncə bu şəkildə düşünüb qərar verənlər yanlışlığa yol veriblər. Oyunların Azərbaycanda keçirilməsinin eyforiyasını yaşayaraq, onun doğuracağı problemləri düşünməyiblər”.

Mövcud poblemlərdən çıxış yollarından danışan AXCP sədiri, bununla bağlı hökumətə təklif irəli sürüb: “Təklif edirəm ki, gələn ildən oyunların şəhər mərkəzində keçirilməsi təcrübəsi dayandırılsın. Şəhərdən kənarda, yarışların keçirilməsi üçün yeni infrastruktur salınsın. Onsuz da, hər il yolu qaşıyaraq yeni asfalt çəkiləcək. Elə bu xərcləri göyə sovuranacan, Azərbaycanda Formula 1 yarışlarının keçirilməsi üçün daimi ünvanda bir infrastruktur yaradılarsa, qalıcı olar və ən azından pullar da indiki səviyyədəki kimi göyə sovrulmaz. Birinci Avropa Oyunları zamanı, heç olmasa tikilən və təmir olunan qaldı. Bu infrastruktur gələn il keçiriləcək İslam Həmrəylik Oyunları üçün də istifadə olunacaq.

Digər tərəfdən, kənarda yaradılan infrastrukturun bir neçə üstünlüyü var. Birincisi, Azərbaycan pilotlarının məşq etmək üçün yeri olur və onlar il boyu orada təlim keçə bilirlər. İkincisi isə, Azərbaycanda hər zaman məsələ qaldırılıb ki, “avtoş”lar üçün bir poliqon salınsın. Onlar şəhər küçələrində 07-ləri təkərləri üstünə qaldırıb kişnətməkdənsə, qoy gedib orada dördnala qaldırsınlar. Bunun üçün də həmin məkanın kənarında dairəvi “avtoş məkanı” - yolun da salınması məqbuldur. Bu cür məkanın salınması həm yeni infrastrukturun qurulması, yaşıllıq zolaqlarının genişləndirilməsi və daha bir turist məkanınnın olması anlamına gəlir. Bakıya bir aydan sonra gələn turistə deyəcəyik ki, Formula 1 bu yollarda keçirilib, amma onda təəssürat yaradacaq heç bir vizual effekt olmayacaq.
Ümid edirəm ki, hökumət, dövlət başçısı bu təklifimə reaksiya verəcək və bu ildən yarışların keçirilməsi üçün yeni infrastrukturun salınmasına başlayacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az