t s

» » Vətəndaş cəmiyyətinin islahatlardakı rolu müzakirə olunacaq

Vətəndaş cəmiyyətinin islahatlardakı rolu müzakirə olunacaq

16-06-2016, 13:26 Yazar:  Məmməd Məmmədov Baxılıb: 641 Çap et
Vətəndaş cəmiyyətinin islahatlardakı rolu müzakirə olunacaqBeynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) iyunun 22-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu" mövzusunda konfrans keçirəcək.



Mediaxeberleri.az
xəbər verir ki, Konfrans Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliynin gücəndirilməsi layihəsi çərçivəsində baş tutacaq. Konfransda QHT və media rəhbərlərinin, millət vəkillərinin, dövlət qurumlarınının və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.



Konfransda son zamanlar ölkədə həyata keçirilən islahatlara vətəndaş cəmiyyəti tərəfindən zəruri dəstəyin təmin olunmasının formaları müzakirə ediləcək. Layihənin məqsədi qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik, həmçinin Qərbin insan hüquqları institutlarının ölkəmizə qərəzli mövqeyi fonunda yerli QHT-lərin vəzifələrini müəyyənləşdirməkdir. Həmçinin Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlara vətəndaş cəmiyyətinin dəstəyini gücləndirmək, milli maraqların təminatında ictimaiyyətin rolunu artırmaq, dövlət-cəmiyyət münasibətlərinin inkişafına çalışmaq, islahatları təbliğ etmək layihənin əsas məqsədlərindəndir.



Üç ay davam edəcək layihə çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçiriləcək. Bakı, Gəncə və Quba şəhərlərində konfrans və tədbirlər təşkil olunacaq. Konfranslarda sosial, iqtisadi və siyasi islahatların əhəmiyyəti, islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu, cəmiyyətin islahatların icrasına münasibəti müzakirə olunacaq. Həmçinin Prezident Administrasiyası və Milli Məclisdə görüşlər keçiriləcək.



Layihə ilə bağlı internet aksiyalar təşkil olunacaq. Facebook sosial şəbəkəsində "İnkişaf Qrupu", eləcə də, "Ağ Yol" qrupunda, təşkilatın eyniadlı səhifəsində sosial, iqtisadi, siyasi və s, islahatların əhəmiyyətini özündə əks etdirən məlumatlar paylaşılacaq. Ayda iki dəfə olmaqla ictimai müzakirələr təşkil ediləcək. İctimai müzakirələrin aktivliyinin təmin edilməsi üçün geniş təbliğat və reklam kampaniyası təşkil ediləcək.



Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin mətbuat xidməti


Vətəndaş cəmiyyətinin islahatlardakı rolu müzakirə olunacaq
Vətəndaş cəmiyyətinin islahatlardakı rolu müzakirə olunacaq
Vətəndaş cəmiyyətinin islahatlardakı rolu müzakirə olunacaq




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
14:59 "Son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənir” - BƏYANAT Bu gün “Bakı 2015” Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası BMM-də “İnsan hüquqlarına yanaşmada ikili standartlar” mövzusunda Dəyirmi masa keçirib. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə politoloqlar, QHT sədrləri və KİV rəhbərləri iştirak edirdi. Tədbiri açan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az