t s

» » Səhiyyə Nazirliyi bəzi dərman şirkətlərinə xəbərdarlıq edib

Səhiyyə Nazirliyi bəzi dərman şirkətlərinə xəbərdarlıq edib

16-06-2016, 13:00 Yazar:  Sara Baxılıb: 279 Çap et
 Səhiyyə Nazirliyi bəzi dərman şirkətlərinə xəbərdarlıq edibAparılan araşdırmalar nəticəsində son on gün ərzində 110 addan çox dərman vasitəsinin ölkəyə idxalı zamanı içlik vərəqəsi və ya qablaşdırma ilə bağlı uyğunsuzluqların olduğu aşkar edilib.
Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Analitik Ekspertiza Mərkəzində keçirilən iclas zamanı bildirilib.

İclasda qeyd olunub ki, sözügedən nöqsanlar əsasən dərman vasitəsinin qablaşdırmasının dövlət qeydiyyatından keçən formaya, içlik vərəqəsinin isə Səhiyyə Nazirliyinin təsdiqlədiyi formaya uyğunsuzluğu, bəzi hallarda içlik vərəqəsində əks olunan məlumatların Azərbaycan dilində deyil, digər dillərdə olması ilə əlaqədar olub.

İclasda Mərkəzin direktoru Murad Süleymanov deyib ki, qurum tərəfindən qanunvericiliyə görə içlik vərəqəsində göstərilməli olan məlumatların ardıcıllığı nəzərə alınaraq içlik vərəqəsinin nümunəsinin hazırlandığını və iyunun 13-dən istifadəyə verildiyini, həmçinin müzakirə olunan məsələlərlə bağlı şirkətlərə xəbərdarlıq məktubu göndərilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:39 Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı - FƏRMAN Yeni qaydalar təsdiqlənib. Prezident İlham Əliyev Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Mediaxeberleri.az[b][/b]-ın məlumatına görə, fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
11:40 Dərman milyonları kimin cibinə axır? - VİDEOLAR “Mənim narahatçılığım dərman preparatlarının qiymətləri ilə bağlı idi. Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi
00:07 Oqtay Şirəliyevin yerində olmayan kadrları... - Onların arasında Əli İnsanovun "kassiri" də var... Məlum olduğu kimi, ölkəmizdə son illərdə çoxsaylı müasir, Avropa standartlarına uyğun, zəngin maddi-texniki bazaya malik, yüksək səviyyəli avadanlıqlarla təmin olunmuş müalicə müəssisələri açılıb. Görülən işlər ona görədir ki, xəstələr əziyyət və əlavə xərc çəkib müalicə üçün xarici dövlətlərə üz

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az