t s

» » Bu gün 200-ə yaxın məhbus azadlığa buraxılıb

Bu gün 200-ə yaxın məhbus azadlığa buraxılıb

15-06-2016, 16:40 Yazar:  Aynur Baxılıb: 406 Çap et
 Bu gün 200-ə yaxın məhbus azadlığa buraxılıbHeydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi amnistiya aktının icrası nəticəsində bu gün 200 nəfərə yaxın məhkum penitensiar müəssisələrdən azadlığa buraxılıb.

Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov bildirib.

Rəis müavini bildirib ki, 28 May - Respublika Günü münasibətilə qəbul edilən amnistiya aktı 15 iyundan etibarən 4 ay müddətində icra olunacaq:

"Artıq penitensiar müəssisələrdə aktın icrasına başlanıb. Amnistiya aktı 4 ay müddətində icra olunacaq və ümumilikdə 10 min məhbusa şamil ediləcək. Həmin məhbuslardan 3500 nəfər cəzasının çəkilməmiş hissəsindən azad ediləcək".

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında amnistiya aktı qəbul edilib.

Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

İyunun 15-dən etibarən amnistiya aktının icrasına başlanılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:00 Azərbaycanda amnistiya aktının icrasına başlanılır Amnistiya aktı 10 min nəfər məhbusu əhatə edəcək. Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya Aktının icrasına başlanılıb. Mediaxeberleri.az-ın məlumatına görə, bu il mayın 20-də Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban
09:59 Parlament “Mehriban amnistiyası”nı təsdiqlədi – azadlığa minlərlə qapı açıldı Mehriban Əliyevanın təşəbbüsü olan akt ağır cinayət törətməyən 10 min nəfəri əhatə edəcək; amnistiya həbsdəki siyasilərə tətbiq olunacaqmı... Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mayın 17-də irəli sürdüyü amnistiya təşəbbüsü mayın 20-də parlament
15:25 Milli Məclis Amnistiya aktını qəbul etdi – YENİLƏNİB 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi proqnozlaşdırılır. Bu gün Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az