t s

» » Tural İrfan - Haqqa -ədalətə əməl olunmur...

Tural İrfan - Haqqa -ədalətə əməl olunmur...

15-06-2016, 16:08 Yazar:  Gülnar Baxılıb: 538 Çap et
Tural İrfan - Haqqa -ədalətə əməl olunmur...















Mediaxeberleri.az olaraq bu müqəddəs günlərdə, öz dini şeirləri ilə məşhur olan elimizin ağsaqqalı Zəki İslamla dəyərli gənc istedadımız Tural İrfanın deyişməsini Sizlərə təqdim etməyi təqdirə-şayan hesab etdik.

TURAL İRFAN:

Zəki İslam,niyə döndü bu dövran,
İnsanlıq dünyadan zara gəlibdi ?
Haqqa -ədalətə əməl olunmur,
Gözəl zəmanəmiz qara gəlibdi?


ZƏKİ İSLAM:

Ay şair qardaşım,ay Tural İrfan,
Sorğuların vardan-vara gəlibdi.
Haqdan yapışıbsan,haq şairisən,
Fikirlərin zordan zora gəlibdi.


TURAL İRFAN:

Sən Haqq şairisən,haqdı kəlamın,
Özü hanı,adı qalıb İslamın...
"Əleykə"sin eşitmirik salamın,
Adam biləmmir ki,hara gəlibdi
.


ZƏKİ İSLAM:

Hər iki dünyanın şahı-sultanı,
Məhəmməd,Əlidi zöhrü-zamanı.
Salam yerindədi,sahib gümanı,
Səbir bizim üçün çara gəlibdi..
.


TURAL İRFAN:

Şair-sənətkara hörmət azalıb,
Yəqin Qiyamətə yollar qısalıb,
Tural İrfan dərd əlindən sozalıb,
Elə bil bir ovdu,tora gəlibdi.


ZƏKİ İSLAM:

Şair olan Haqdan üzməz əlini,
İslamiyyət şəkər eylər dilini,
On dord Məsumları,Heydər-Əlini,
Zəki İslam çağrıb,vara gəlibdi
.


08.09.2013 cü il




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
11:04 Uğursuz eşqin aqibəti, tarixin daş yadigarı…Qənirə Paşayeva Lahoru seyr etmək və sonra da sakit bir guşəyə çəkilib təəssüratlarını kağıza köçürmək təkcə bir səfər boyunca görüb-anlaya bildiklərini bir araya gətirmək deyil ki! Gərəkdi 1588-ci ilin dekabrında bu şəhərdə müsəlman müqəddəsi Həzrət Mian Mir Ci tərəfindən əsası qoyulan harmandir Sahib daşını əldə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az