Şəhid Amil Tanırverdiyev Ağstafada dəfn olundu - FOTOLAR
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində 19 sentyabr 2023-cü ildə başladığı lokal xarakterli antiterror tədbirlərində döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Tanırverdiyev Amil Elşən oğlu Qəhrəmancasına Şəhid olub. Mediaxeberleri.Az xəbər verie ki, bu gün Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz Tanırverdiyev Amil Elşən oğlu doğulduğu Ağstafa rayonunun Poylu kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, DİN-nin əməkdaşları, tibb işçiləri, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəsmi nümayəndələri, ziyalılar, media nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər. "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri dəfn mərasimində iştirak edərək Şəhidin ailəsinə, doğmalarına "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun və İctimai Birliyin üzvlərinin adından baş sağlığı çatdırıblar. Allah rəhmət eləsin.