t s

» » Türkiyəli referi Cüneyt Çakır Avro-2016-da ilk oyununa təyinat alıb

Türkiyəli referi Cüneyt Çakır Avro-2016-da ilk oyununa təyinat alıb

11-06-2016, 23:25 Yazar:  Günel Baxılıb: 402 Çap et
 Türkiyəli referi Cüneyt Çakır Avro-2016-da ilk oyununa təyinat alıbFutbol üzrə Avropa çempionatında beşinci oyun gününün təyinatları açıqlanıb. [/b[b]]Mediaxeberleri.az-ın məlumatına görə, iyunun 14-də keçiriləcək iki qarşılaşmadan biri türkiyəli hakimlər briqadasına tapşırılıb.

Bu Sent-Etyendəki "Jofrua Gişar" stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlanacaq F qrupunun Portuqaliya - İslandiya qarşılaşmasıdır. Baş hakim Cüneyt Çakıra Bahattin Duranla Tarık Onqun yan xətt, Hüseyin Göçeklə Barış Şimşek əlavə köməkçi-hakimlər qismində yardımçı olacaqlar. İspaniyalı Karlos Del Serro dördüncü hakim, Xuan Yuste Ximenes ehtiyat köməkçi-hakim funksiyasını yerinə yetirəcək. Çexiyalı Daqmar Damkova hakim-inspektor, gürcüstanlı Nodar Axalkatsi UEFA nümayəndəsidir.

Qrupun ilk qarşılaşması isə saat 20:00-da Bordo şəhər stadionunda start götürəcək. Avstriya və Macarıstan yığmaları arasındakı matçı fransalı referi Kleman Turpen idarə edəcək. Ona həmyerlilərindən Frederik Kano və Nikola Dano yan xətt, Benua Bastyen və Fredi Fotrel əlavə köməkçi-hakim qismində yardımçı olacaq. Dördüncü hakim Xesus Gil Manzano, ehtiyat köməkçi-hakim Roberto Alonso Fernandes (hər ikisi İspaniya) təyin edilib. İngiltərəli Devid Elleray hakim-inspektor, belaruslu Svetlana Xrınkeviç UEFA nümayəndəsidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:27 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “MÖVLANƏDƏN BARIŞ VƏ SEVGİ DAMLALARI” ADLI LAYİHƏ HƏYATA KEÇİRİLİR Türkiyə Cumhuriyyəti Baş nazirliyində Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar Nazirliyi tərəfindən “Mövlana Mədəni Müdaxilə” proqramı çərçivəsində maliyyələşdirilən Afyonkarahisar İcra Hakimiyyəti tərəfindən koordinasiya edilən, Azərbaycan Respublikası Gəncə Dövlət Universiteti,
21:46 Azərbaycan futbol üzrə AÇ-na gələcək əcnəbilər üçün viza rejimini sadələşdirdi Azərbaycan prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.
09:00 "AVRO-2016"nın hakimləri: Cüneyt Çakır... Gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək baş hakimlər açıqlanıb. Mediaxeberleri.az UEFA-nın rəsmi saytına xəbər verir ki, turnirin 51 oyunuda 18 referi iş başında olacaq. Siyahıda türkiyəli FIFA referisi Cüneyt Çakır da yer alıb. Martin
10:03 Avropa Liqasında “pley-off”un iştirakçıları - SİYAHI Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Mediaaxeberleri.az xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutan 29 qarşılaşma ilə pley-offun iştirakçılarının tam siyahısı bəlli olub. Bütün oyunların nəticələrini təqdim edirik. Avropa Liqası III təsnifat mərhələsi Cavab

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az