t s

» » 8 Mart - Beynəlxalq Qadınlar günü Ağstafada qeyd olundu

8 Mart - Beynəlxalq Qadınlar günü Ağstafada qeyd olundu

7-03-2015, 23:31 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 736 Çap et
8 Mart - Beynəlxalq Qadınlar günü Ağstafada qeyd olunduAğstafa şəhər “Yazıçılar evi”ndə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə bayram tədbiri keçirildi.

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınların iştirakı ilə keçirilən tədbiri Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq onların timsalında bütün rayon qadınlarını təbrik etdi, ən xoş arzularını çatdırdı. Qeyd olundu ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. O cümlədən Ağstafada da rayonun ictimai-siyasi həyatında qadınlar böyük və mühüm rola malikdirlər. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.

Ağstafa rayonunda əhalinin 50,9 faizini qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Son bir neçə il ərzində rayonun təkcə təhsil müəssisələrində çalışan qadınlardan 3 nəfər əməkdar müəllim adına, 4 nəfər “Tərəqqi” medalına layiq görülmüşdur.

Tədbirdə Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun ictimai həyatında fəal iştirak edən qadınlara rayon İcra hakimiyyətinin “Fəxri Fərman”larını və qiymətli hədiyyələr təqdim etdi.

Tədbirdə çıxış edən qadınlar hər zaman Azərbaycan qadınına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirildi.


8 Mart - Beynəlxalq Qadınlar günü Ağstafada qeyd olundu
8 Mart - Beynəlxalq Qadınlar günü Ağstafada qeyd olundu
8 Mart - Beynəlxalq Qadınlar günü Ağstafada qeyd olundu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:20 Ruslan İzzətlidən xanımlarımıza bayram təbriki Təhsil və səhiyyə ocaqlarında millətimizə yorulmadan hizmət edən xanımlarımızı təbrik edirəm. Övladının sabahı üçün bütün çətinliklərə dayanaraq çalışan xanımlarımızı təbrik edirəm. Mediaxeberleri.az xəbər verir ki, bunu D18 Hərəkatının başqanı Ruslan İzzətli özünün facebook hesabında qeyd edib.
00:03 İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib Azərbaycan prezidenti İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. APA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir: “Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və yüksək
09:01 “Dialoqa qatılmayanlar öz nüfuzlarına xələl gətirirlər” – AÇIQLAMA Rauf Əliyev: “Siyasi partiyalar arasında keçirilən görüşlərin böyük əhəmiyyəti var” “Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla iqtidar və müxalifət partiyalarının nümayəndələri arasında başlanmış dialoq cəmiyyət arasında böyük
20:44 Ağsaqqallar Şurasının illik yığıncağı keçirildi Respublika Ağsaqqallar Şurası Məclisinin illik yığıncağı keçirilib. Mediaxeberleri.az-ın məlumatına görə, tədbirdə Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib. Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az