t s

» » Teymur Rəcəbov irəlilədi, Şəhriyar Məmmədyarov yerində qaldı

Teymur Rəcəbov irəlilədi, Şəhriyar Məmmədyarov yerində qaldı

7-03-2015, 21:01 Yazar:  Aygün Baxılıb: 610 Çap et
Teymur Rəcəbov irəlilədi, Şəhriyar Məmmədyarov yerində qaldıBeynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.

Mart ayı üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb. Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Həmyerlimiz ötən ayda olduğu kimi, yenə 13-cü yerdədi. Onun aktivində 2759 reytinq xalı var.

Gürcüstanda keçirilən Qran-pri turnirində 3-cü yeri tutan Teymur Rəcəbov isə irəliləyib. Həmyerlimiz 4 rəqibini qabaqlayaraq, 2738 xalla 20-ci yerə yüksəlib. Reytinq cədvəlinin ilk “üçlüyü”ndə dəyişiklik baş verib. Yenə Maqnus Karlsenin (Norveç, 2863) başçılıq etdiyi siyahıda Fabiano Karauna (İtaliya, 2802) ikinci olsa da, Aleksandr Qrişuk (Rusiya, 2794) 3-cü pilləni Hikaru Nakamuraya (ABŞ, 2798) təhvil verib. FİDE, həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Sürətli şahmatçıların “100-lüy”ündə 4 təmsilçimiz yer alıb. Burada Şəhriyar Məmmədyarov (2766) 13-cü, Teymur Rəcəbov 22-ci (2741), Qədir Hüseynov (2709) 40-cı, Rauf Məmmədov (2681) 59-cudu. Siyahıya 2856 xalla italiyalı Fabiano Karuana başçılıq edir. Blits növündə isə Məmmədyarovla Rəcəbov yenə 7-8-ci yerlərə şərikdi. Onların aktivində 2808 xalı var. Bu siyahıda Məmmədov 16-cı (2767), Eltaj Səfərli (2676) 74-cü, Hüseynov (2653) 92-ci pillədədi. Standart cədvəldə lider olan Karlsen (2948) burada da birincidi.

Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.ans




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:17 Dollar yenə bahalaşdı - Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 ABŞ dolları 1.0493-dən 1.0494-ə yüksəlib. Dollarla yanaşı, avronun da məzənnəsində dəyişiklik olub. Belə ki, 1 avro bir gündə 1.1720-dən
08:53 “Forbes”in “tapa bilmədiyi” azərbaycanlı milyarderlər Onları Azərbaycan xalqı çox yaxşı tanıyır; azərbaycanlı leqal zənginlər son siyahıda yenə ölkəmizi yox, Rusiya və Türkiyəni təmsil edib; gəlir bəyannaməsi haqda qanunun 10 ildir işləməməsi təsadüfmü?.. Bir neçə gün öncə ABŞ-ın biznes xəbərləri üzrə ixtisaslaşan məşhur “Forbes” jurnalı 2014-cü ilin
01:34 Millimiz yenə ruslara uduzdu - 2:4 Azərbaycan millisi bu gün rusiyalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib. Mediaxeberleri.az xəbər verir ki, "Bakcell Arena"da 17 yaşlı futbolçular arasında baş tutan matçda millimiz 2:4 hesabı ilə uduzub. Millimiz bundan əvvəl də Rusiya ilə yoldaşlıq görüşü keçirmiş və rəqibinə 1:2 hesabı ilə
09:26 Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında İdmançılarımız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Fevralın 19-da Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya,
20:20 Teymur Rəcəbov 4-cü dəfə sülh bağladı Tiflsidə kişi şahmatçıları arasında FİDE Qran-Prisinin 3-cü mərhələsi davam edir. Yarışda iştirak edən iki azərbaycanlı qrossmeyster 4-cü turda cəmi yarım xal toplaya biliblər. Dmitri Yakovenko ilə ağlarla oynaya Teymur Rəcəbov ardıcıl 4-cü partıyasını da "sülh"lə başa vurub. Şəhriyar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az