t s

» » Ceyhun Məmmədov-“Zamanda gecikməmək”(hekayə)

Ceyhun Məmmədov-“Zamanda gecikməmək”(hekayə)

30-05-2016, 13:57 Yazar:  Ceyhun Məmmədov Baxılıb: 120 Çap et
Ceyhun Məmmədov-“Zamanda gecikməmək”(hekayə)
-Emin Quliyev zəhmət olmasa ayağa qalx. Dekanlığa universitedi tərk etməklə bağlı ərizə yazmısan. Bunun səbəbini öyrənə bilərik?
-Universitedə qəbul olanda, sənədləri gətirəndə mənə sual verməmişdilər niyə bu universitedə qəbul olmusan?! Ona görə də mənim fikrimcə universitedi niyə tərk edirsən deyə sual verilməməlidir. Həmdə universiteddən çıxmağım fərdi məsəli daşıyır. Onu açıqlamaya bilərəm. Həmdə sizin üçün bir önəmi yoxdur.
-Mən zamdekanam. Dekanın özüdə bu barədə səninlə danışacaq. Bizim üçün tələbənin seçimi önəmlidir. Ona görə də səndən cavab almaq istəyirdim. Dərsdə əlavə kitab oxuyub dekanlığa çağrılmağıva görə çıxırsan?
-Qətiyyən ona görə yox. Mən onsuzda dərsdən kənar kitab indi də oxuyuram. Yəni sizlər mənə mane ola bilmərsiz bu barədə. Dekanın dediyi sözlərdə isə bir məna tapmadığıma görə bədii kitab oxumağa davam edirəm.
-Bu barədə müzakirə etmiyəcəm səninlə. Tənəffüsdə dekanın otağına gəl...
Qəbul olarkən bu qədər əziyyət çəkməmişdim. Amma deyəsən sənədlərimi geri götürməyə görə əziyyət çəkəcəm. Amma daha önəmi yoxdur. Mən bu universiteddəki tələbə hissini artıq söndürmüşəm. Bu universiteddən çıxan kimi əsgərliyi iki il saxlatdırmalıyam. Çünki vacib bir məsələni yerinə yetirməliyəm. Beynimdəki xəyalı reallaşdıracam. Mütləq, amma mütləq bunu edəcəm. Bunları tez-tez beynimdə düşünürdüm. Zamdekan otağı tərk etdikdən 10 dəqiqə sonra zəng vuruldu. İri-iri addımlarla dekanın otağına doğru irəlliləməyə başladım. Artıq söz götürməyim deyə qapısını döydüm. Ondan sonra gələ bilərsən deyə bir səs eşitdim.
-Salam.
-Salam Emin. Xoş gəlmisən.
-Çox uzatmıyacam. Sənədlərimi götürmək istəyirəm artıq-Rahat şəkildə danışmağa başladım.
-Emin, niyə tərk eliyirsən universitedi?-İlk sual beynimə göndərildi.
-Zamdekana cavab vermişəm. O sizə demədi?
-Bayaqları burda idi. Dedi mənə hər şeyi. Ona heç nəyi izah etməmisən. İki il oxumusan bəs indi neyliyəcəksən?
-Bu fərdi fikri demək istəmirəm sizə-İddialı şəkildə cavab verdim.
-Diplomsuz keçinə biləcəksən?
-Artıq o kağız parçasına ehtiyacım yoxdur. Mənim üçün onun önəmi itib-Gülümsəyərək cavab verdim.
-Bəs dövlət işinə necə düzələcəksən?
-Hmmm... Təbii ki, şirinlik vermiyəcəm. Ofisə görüşlərə getmiyəcəm. İnternetdə elanlara baxmıyacam. CV-i düzəldib göndərmiyəcəm iş yerlərinə.
-Anlamadım. Bəs neyləcəksən?-Dekan sözümü yarımçıq saxlayıb sual verdi.
-Dövlət işinin də dəyəri itib gözümdə. Ona görə də mənə dövlət işi lazım deyil.
-Qəribəsən. Yaxşı, özün bilərsən. Sabah sənədləri verə bilərəm. Amma hələ vaxtın var yaxşı düşün bu barədə.
-Zamanda daha geri düşmək istəmirəm. Sağolun...
Artıq özümü tələbə kimi hiss etmirəm. Buna əminəm. İndi isə evə gedib isti kofe içərək sonuncu cümlələri kompyuterdə yekunlaşdırmalıyam. Yeni tapmış olduğum işə isə növbəti gündən gedəcəm. Onsuzda dövlət işi deyil, ona görə də hansısa bir sənəd hazırlamıyacam. Deməli orda 3 aylıq fəhlə işləsəm. 15azn-dən hesablayanda 30 günə 450 azn edir, 90 günə isə 1350 azn. Əla, planlarımdan birini reallaşdıra biləcəm. Lənətə gəlmiş 90 dəqiqələr axır ki, bitti mənim üçün. Bəzi müəllimlərin boş-boş danışması isə boğaza yığmışdı məni. Hələ bir müəllim var idi. Açıq aydın bildirir ki, gücnən bu otaqda dayanmışam. Məcburən vicdanını rahatlatmak üçün dərs deyir. Lənət olsun təhsilə. Onsuzda bir qəpiyə dəymir. Təhsil var burda. Yoxdur, olacağını da gözləmirəm. Savadımı lazımınca özüm artırıram. Onsuzda müəllim əslində yol göstərən kimidir. Amma ehtiyacım yoxdur o yol göstərənlərə. Onsuzda bəziləri çuxura aparır insanı. Bir-iki işimi kompyuterlə gördükdən sonra yatmağa hazırlaşırdım ki, telefonuma zəng gəldi.
-Salam dostum. Mən onlarla danışdım. Mənə dedilər 1000 manata başa gələcək.
-Əla razıyam. Üç aydan sonra sənə zəng edəcəm.
-Yaxşı, bəs üç aya qədər elə-belə görüşməyəcəyik?
-Yox, çünki hər gün işləyəcəm.
-Tamam. Uğurlar sənə.
-Çox sağol-Söhbəti yekunlaşdırıb, telefonu səssizliyə qoyub, özümü yatağa atdım. Və məncə xoruldamağa başlamışdım...
Səhər gec durdum. Elə durdum ki, artıq universitedə getmək vaxtı idi. Amma bir dəqiqə dayanıb güzgü də özümə baxdım və gülməyə başladım. Axı mən daha tələbə deyildim. Çünki bu gün sənədləri götürməyə gedəcəkdim. Dərslərə girməyəcəyimə görə universitedə getməyə görə də tələsməməliyəm. Heç tələsmədən çörəyimi yedim. Biraz uzandım. İnternətdə biraz gəzdim. Sonra əynimi dəyişməyə başladım və bu zaman nifrət etdiyim saata baxdım. Artıq keşmiş tələbə yoldaşlarım birinci dərsin ikinci 45 dəqiqəsində olduqlarını düşündüm...
Universitedə çatar-çatmaz düz dekanlığa getdim. Sənədlərimi artıq hazırlayın deyə fikir bildirdim. Amma biraz gözləməli idim. Onu bilirəm ki, artıq rektor ərizəmi imzalamışdı. Ərizəni imzalayanda nə qədər sual vermişdi mənə. Hələ də suallar bircə-bircə qulağımda vızıldayır. Dekanlığın otağından çıxıb sinifə daxil oldum. Müəllimdən icazə aldım ki, beş dəqiqəlik bir danışıq edə bilərəm?! Sağolsun bu qoca müəllim icazə verdi ki, yoldaşlarımla sağollaşım. Yoldaşlar, sizə bir iki məsləhət vermək istəyirəm. Həyat əks təsirə bərabərdir. Sən onunla necə davransan oda səninlə o cür davranacaq. Universiteddə o cür qaydaya tabedir. Amma mən sıxıldım. Universitedin bir dəyəri qalmadı gözümdə. Onunla oynamaqdan bezdim. Mənə ağır zərbələr vurmamış bu universitedi tərk etmək qərarına gəldim. Çünki zamanda artıq geri düşürəm. Universiteddə itirdiyim vaxtları geri qaytarmaq üçün ağlımda ideyalar var. Onları gerçəkləşdirə bilsəm zamanda qalib gələcəm. Bilirsiz yoldaşlar zaman dəyərlidir. Amma mən ona nifrət edirəm. Çünki o insanı tələsdirir. Zamanı unuda bilməcəyivi bildiyin üçün ona çatmağa çalışırsan. Mən onu silə bilmirəm həyatımdan. Ona görə də onunla birgə qaçmağa qərar verdim. Məncə çata biləcəm ona. Nə isə. Çox vaxtınızı almıyacam. Əgər zamana qalib gəlmək istəyirsizsə onda reallaşdırmaq istədiklərinizi təxirə salmayın. Çünki mən təxirə salmadım. Bu universiteddən gedirəm. Özünüzə yaxşı baxın. Sağolun...
Sənədlərimi götürdükdən sonra universitedin qapısından elə çıxdım ki, sanki çürümüş bir zamandan yeni zamana addım atırdım. Avtobusa əyləşib evə doğru getməyə başladım. Evə çatan kimi ağlımda olan ilk şeyləri etməyi düşündüm. Öncə kompyuterdə olan işimi tamamladım. Və sonra iş paltarlarımı hazırlayıb sabahkı iş üçün müdürə zəng etdim. Hər şey əla idi. Məncə üç ay necə keçəcək heç bilməyəcəm. Bircə dənə istədiyim pulu yığım. Lənət olsun o rəngli kağız parçalarına. Pula necə də nifrət edirəm. Axı mən müddətlik xoşbəxtliyə layiq deyiləm. Mənə müddətsiz xoşbəxtlik lazımdır...
3 ay sonra...
İsti yay günləri başlamışdı artıq. Bu gün tikintidə görəcəyim son iş günü idi. Daha doğrusu mən belə təyin etmişəm. Hələ daha çox fəhləlik edə bilərdim burda amma istəmirəm. Bu gün sonuncu pulumu alacam. Və evdəki 1345 azn-nin üzərinə qoyacam. Sabah artıq istəyimin ilk addımını atacam. Bunları düşünərək patlarlarımı dəyişirdim. Sonra isə ustaya yaxınlaşdım və günün sonuncu pulunu götürdüm. Usta ilə sağollaşdım və birdə gəlməyəciyimi bildirdim.
Evə çatar-çatmaz 15 azni-də digər pulların yanına qoydum.
-Hazırdır?-Anam birdən soruşdu.
-Hə anacan. Sabah gedirəm nəşriyyata.
-Kitabıda yazıb bitirmisən?-Anam təəccüblə soruşdu.
-Üç ay bunda qabaq bitirmişəm-İçdən bir sevincin gəldiyini hiss etdim...
Hər şey hazır idi. Üç ay işlədim və pulumu yığdım. Bir aya nəşriyyat kitabımı hazır etdi. Satışa çıxarkən çox həyacanlandım. Təəccüblü anlar oldu. Sən demə kitabımı universiteddə mənə dərs demiş müəllimlərdən də alan olmuşdu. Hətta zamdekan, dekan belə kitablarımdan almış oldu. Kitabım yaxşı satılırdı. Çox razı idim. Artıq bu kitabla bağlı ikinci nəşri belə düşünürdüm. Keçmiş tələbə yoldaşlarımdan da kitabı alanlar oldu. Hətta universitedin təşkilatçıları mənim üçün tələbələrlə görüş təşkil etdilər. Mənim heç xəbərim yox idi. Bir gün qalmış mənə universitedə gəlməyi təklif etmişdilər. Səbəbini dedilər, hər şeyin hazır olduğunu bildirdilər məndə razılaşdım. 19 yaşımda ilk kitabım çoxlu sayda satılmış oldu. Əlbəttə ki, piratlarda bundan istifadə etdilər. Amma bu çox vecimə deyildi. Əsas odur kitabımdan çoxları mənəvi qida almağa başlamışdılar. Deyəsən məşhur olmuşdum. Çünki kim görürdü şəkil çəkdirmək istəyirdi. Həmişə metrodan istifadə edirdim. Hər dəfə bir neçə gənc əli ilə məni göstərib öz aralarında danışırdılar. Qızlar uzaqdan əl edirdilər. 20 yaşım olan kimi eyni kitab ikinci dəfə nəşr olundu. Bu dəfə də çox satıldı. “Zamanda gecikməmək” adlı kitabım çox sevilmişdi. Artıq düşünürdüm ki, birinci istəyimi reallaşdırmışam. Əsgərliyi isə iki il saxlatdırmışdım. Bunun bir ilini xərclədim. İndi geriyə qaldı bir il. Məncə ikinci istəyimi reallaşdırıb sonra getməliyəm əsgərliyə. İkinci istəyimə görə hazırlıqlara başlamışdım. Hər gecə kompyuter arxasında oturub çəkəcəyim ilk kinonun senaryosunu yazırdım. Növbəti ayda artıq ilk kinomu çəkəcəkdim. Və mən kinonu yayımladıqdan sonra əsgərliyə gedəcəkdim. Bu belə mənim beynimdə qalmışdı. Mən gündən-günə istəyimə çatırdım. Bəlkə də taleyim belə idi. Bəlkə də indi nə qururamsa o var idi. Ancaq hər nə isə onu bilirəm ki, insan istədiklərini reallaşdırmaq gücünə malikdir. Öncə səbr, sonra xəyal etmək və sonra istəyə doğru addımlamaq lazım idi. Məncə insan öncə xəyal etməlidir, sonra o xəyalı reallaşdırmalıdır. Çünki arzuların həyata keçirilməsi xəyaldan başlayır...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:03 Ceyhun Məmmədov-“Obsessiv kompulsiv”(hekayə) Bir otaq, tək pəncərə. Bu otaqda mənim bədənim, amma bədənim bir dənədisə o demək deyil təkəm. Qarşımda güzgü ya mən ona baxıram ya da o mənə baxmış olur. Qapı, 15 gündən çoxdur ki, heç açılmır. Pəncərə, çoxdandır ki, içəri günəş şüaları daxil olmur. Səbəbi çox sadədir. Qara pərdələr qaranlığımın
13:54 Ceyhun Məmmədov-Karikaturaçı(hekayə) Mənim adım Turqut, sadəcə Turqut. Adımı qısaldan olmayıb, çünki mənim heç dostum yoxdur. İnsanlardan qaçmağı sevirəm, tək-tənha, cəmiyyətdən uzaq da qalmaq mənə daha xoş təəssürat bəxş edir. Ancaq hələ cəmiyyətdən tam uzaq deyiləm. Ona görə ki, tələbəyəm. Amma heç bəyənmədim mən tələbəlik illərini.
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az