t s

» » Orta məktəb dərsliklərinin dilindən narazılıq var

Orta məktəb dərsliklərinin dilindən narazılıq var

25-05-2016, 20:01 Yazar:  Aynur Baxılıb: 308 Çap et
 Orta məktəb dərsliklərinin dilindən narazılıq varOrta məktəb dərsliklərində dilin ədəbi normalarının qorunması baxımından müəyyən problemlər var. Mediaxeberleri.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən AMEA Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.

M.Nağısoylu buna misal olaraq bildirib ki, 5-ci sinif dərslikləri akademik səviyyədə yazılıb: "Orta məktəb şagirdləri də onu başa düşmürlər. Bu sahə üzrə təcrübəli mütəxəssis olaraq, deyə bilərəm ki, orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır".

M.Nağısoylu deyib ki, Dilçilik İnstitutunun alimləri ölkənin ali məktəbləri üçün də dərsliklərin hazırlanmasında iştirak edirlər. Ancaq hesab edirəm ki, təkcə Azərbaycan vətəndaşları üçün deyil, əcnəbi vətəndaşlar olan tələbələr üçün də "Azərbaycan dili" dərsliyinin hazırlanması lazımdır.

M.Nağısoylu qeyd edib ki, küçələrdəki afişalarda və obyektlərin adlarında dilin normalarının pozulması hallarına tez-tez rast gəlinir.

Onun sözlərinə görə, bu problemin həlli istiqamətində bəzi rayonların icra başçıları ilə razılığa gəlinib və hansısa müəssisənin adının seçilməsində institutun da rəyi nəzərə alınır: "Bəzi şadlıq evləri, supermarketlər hətta bizim mentalitetə uyğun gəlməyən formada adlandırılır. Bu istiqamətdə də müəyyən maarifləndirmə işləri həyata keçirilir. Dilçilik İnstitutu belə halların qarşısını almaq üçün monitorinqlər keçirir və "Qaynar xətt" vasitəsilə onların vaxtında aşkarlanaraq qarşısının alınmasına calışır".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:19 Dünya elminə töhfə verən azərbaycanlı alim Akademik Yusif Məmmədəliyevin adını orta məktəbdə oxuyarkən kimya müəllimimdən eşitmişdim. Doğrusunu deyim ki, o vaxtdan bəri bu böyük insanı görmək arzusu ilə yaşayırdım. Mənim kimyaçı olmağımın bir səbəbi o dövrdə dövlət səviyyəsində “Kimyalaşdırma” siyasəti getdiyinə görə idisə, digər əsas
16:53 BDU rəhbərliyi akademik Tofiq Hacıyevin məzarını ziyarət edib - FOTO Mediaxeberleri.az xəbər veir ki, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, prorektorlar və filologiya fakültəsinin professor-müəllim heyəti mərhum akademik Tofiq Hacıyevin məzarını ziyarət ediblər. Mərhumun məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tofiq
11:39 Humanitar Elmlər Bölməsində maxinasiyalar - AMEA-da... AMEA-da alimlərin “akademik talan”ı Prezidentin Nəsimi adına Dilçilik İnstituna ayırdığı 2 milyon manat kimlər tərəfindən və hansı yollarla mənimsənilib? İnstitutun əməkdaşları külli miqdarda yeyinti ilə bağlı sensasion faktları yenidən açıqladılar. İnstitutda maliyyə mənimsəmələri barədə
08:09 Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür 14 ildir ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edirik Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az