t s

» » Xetaq Qazyumov qızıl medalı belə qazandı - VİDEO

Xetaq Qazyumov qızıl medalı belə qazandı - VİDEO

7-03-2015, 10:12 Yazar:  Aygün Baxılıb: 804 Çap et
Xetaq Qazyumov qızıl medalı belə qazandı - VİDEOBelarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edir.

Turnirin ilk günündə 57, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb.

97 kq çəki dərəcəsində finalda yığma komandamızın iki üzvü qarşılaşacaq. Olimpiya Oyunlarının ikiqat bürünc medalçısı Xetaq Qazyumov ardıcıl olaraq Ukrayna təmsilçisi Hleb Kutey, Slovakiya idmançısı Jozef Jaloviar, Moldovadan Nikolay Çeban, yarımfinalda isə gürcü Omar Qusoşvilini məğlub edib. Bütün rəqiblərinə xal vermədən qalib gələn Xetaq finalda yığma komandamızın digər üzvü Şərif Şərifovla qarşılaşıb.

Olimpiya çempionu Şərif Şərifov finala qədər Qazaxstanlı Mamed İbrahimov, ABŞ təmsilçisi David Zabriske, Ukrayna güləşçiləri Avropa çempionu Pavlo Oleynik və London Olimpiadasının gümüş medalçısı Valeriy Andreytsevi mübarizədən kənarlaşdırıb.

Gərgin keçən və maraqla izlənilən final qarşılaşması Xetaq Qazyumovun 5:0 üstünlüyü ilə tamamlanıb. Bu nəticə ilə, Xetaq Qazyumov qızıl, Şərif Şərifov isə gümüş medal qazanıb.

65 kq
1/16 final - Hacı Əliyev - Furkat Fərmanov (UZB)
1/8 final - Hacı Əliyev - Mixail Sava (MDA) 12:4
1/4 final - Aleksandr Kontoev (BLR) - Hacı Əliyev 6:4

74 kq
1/16 final - Medina Aogysta (GBS) - Kənan Əliyev 0:10
1/32 final - İlyas Satibaldin (KAZ) - Cəbrayıl Həsənov
1/16 final - Cəbrayıl Həsənov - Nurlan Bekjanov (KAZ) 7:1
1/8 final - Rəşid Kurbanov (UZB) - Kənan Əliyev 9:1
1/8 final - Cəbrayıl Həsənov - Bolat Sakayev (KAZ) 11:1
1/4 final - Cəbrayıl Həsənov - Ali Şabanov (BLR) 1:5

97 kq
1/16 final - Xetaq Qazyumov - Hleb Kutey (UKR) 6:0
1/16 final - Mamed İbrahimov (KAZ) - Şərif Şərifov 0:10
1/8 final - Şərif Şərifov - David Zabriske (USA)
1/8 final - Jozef Jaloviar (SVK) - Xetaq Qazyumov 0:8
1/4 final - Xetaq Qazyumov - Nikolay Çeban (MDA) 8:0
1/4 final - Şərif Şərifov - Pavlo Oleynik (UKR) 7:4
1/2 final - Omar Qusoşvili (GEO) - Xetaq Qazyumov 0:4
1/2 final - Valeriy Andeytsev (UKR) - Şərif Şərifov 2:6
FİNAL - Xetaq Qazyumov - Şərif Şərifov 5:0






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:59 Azərbaycan kubokunda 1/4 final - NƏTİCƏLƏR Martın 4-də futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Mediaxeberleri.az saytı xəbər verir ki, nəticələr aşağıdakı kimi olub: Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar “Qəbələ” – “Simurq” - 0:3 “Qarabağ” – “Bakı” - 3:0 “Neftçi” – AZAL - 0:0 “İnter” – “Xəzər
08:56 Sərbəst güləşçilərimiz Minskdə mübarizə aparacaqlar Martın 6-7-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran-pri turniri keçiriləcək. Turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcək. Mediaxeberleri.az AZƏRTAC-a istinadən
18:55 Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı - SİYAHI İlk oyunlar martın 12-də keçiriləcək. Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Mediaxeberleri.az xəbər verir ki,UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 16 komanda 8 cütlük təşkil edib. 1/8 finalın ilk oyunları martın 12-də, cavab
14:25 Boksçumuzdan qələbə Bu gün qadın boksçularımızdan 3-ü rinqə çıxacaq. Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Mediaxeberleri.z xəbər verir ki, yarışda 34 ölkənin 240 idmançısı qələbə uğrunda mübarizə aparır. Yarışın ilk günündə rinqə çıxan boksçularımızdan
11:02 İlham Zəkiyev dünya kubokunu qazandı (VİDEO) Paralimpiaçımız cüdoçular arasında dünya kuboku yarışlarının qalibi olub Macarıstanın Eger şəhərində paralimpiyaçı cüdoçular arasında dünya kuboku yarışlarında iştirak edən ikiqat paralimpiya çempionu, İlham Zəkiyev bütün rəqiblərini üstələyərək yarışın qızıl medalını qazanıb. Mediaxeberleri.az

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az