t s

» » Alı Alıyevin başı dərddə - Subsidiya qalmaqalı

Alı Alıyevin başı dərddə - Subsidiya qalmaqalı

7-03-2015, 09:09 Yazar:  Aygün Baxılıb: 583 Çap et
Alı Alıyevin başı dərddə - Subsidiya qalmaqalıAlı Alıyevin subsidiya vəsatini mənimsəməsi ilə bağlı yoxlamalar aparılır.

Bir neçə gün öncə Füzuli rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı ayrılan subsidiyaların mənimsənilməsi ilə bağlı yazı dərc etmişdik.Yazıda bir qrup fermer təsərrüfatının rəhbəri iddia edirdi ki, rayona ayrılan subidiyalar yerli İcra Hakimiyyəti tərəfindən müxtəlif şəxslərin adına sənədləşdirilərək mənimsənilib.

Mediaxeberleri.az xəbər verir ki, arqument.az-a ilginc məlumat daxil olub. Bildirilir ki, bu maxinasiylara görə Füzuli rayon İcra hakimiyyəti ciddi şəkildə yoxlanılır. Arqument.az-a verilən xəbərdə iddia olunur ki, artıq icra başçısı Alı Alıyevin də adı keçən subsidiyaların mənimsənilməsi işi ilə bağlı təftişə başlanılıb. Mənbənin sözlərinə görə, Füzuli rayonunda aparılan araşdırmalar zamanı yeyinti faktları aşkar olunarsa, bu əməliyyatda iştirakı olanlar məsuliyyətə cəlb edilə bilər.

Onu da qeyd edək ki, prezident İlham Əliyev nazirlər, komitə sədrləri və icra başçıları ilə keçirdiyi son müşavirədə subsiyiyaların mənimsənilməsinə toxunmuşdu. Əslində, bu, prezidentin nazir Heydər Əsədova və icra başçılarına dolayısı ilə xəbərlarlıq etməsi idi ki, diqqətdən qaçmadı: "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır".

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:52 Xocavəndin icra başçısı haqda ilginc iddialar... Yəqin çoxları xəbərsizdir ki, ölkənin ən çox vəzifə başında qalan məmuru Xocavənd rayonu icra başçısı Eyvaz Hüseynovdur. Bəli, məhz Eyvaz Hüseynov. Mövzu ilə bağlı ölkə mətbuatında çoxsaylı araşdırmalar aparılıb, hansı nazirin və ya nazir müavininin neçə il vəzifə başında qalması araşdırılıb, amma
11:50 Heydər Əsədovun müavininə ittiham - subsidiyaları necə mənimsəyib? Kənd təsərrüfatına ayrılan 100 milyon manat subsidiyaların məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı xeyli müddətdir ki, mətbuatda yazılar dərc olunur. Buna baxmayaraq bu barədə konkret tədbir görülmür. Ancaq ölkə başçısının sonuncu müşavirədə dedikləri problemin çox ciddi olduğunu göstərir.
19:06 Saatlı İcra Hakimiyyətində Qarabağ qazisini döydülər - sonra da həbs etdilər Saatlıda özbaşınalıq pik həddə çatıb. Artıq rayon İcra Hakimiyyəti başçısı və yerli məmurlar vətəndaşlarla həddindən artıq kobud davranmaqla yanaşı, həm də haqqını tələb edənləri həbs etdirəcəkləri ilə hədələyirlər. JAM.AZ-a az verilən məlumata görə, daha bir özbaşınalıq dünən baş verib. Belə ki,
11:25 Adı böyük yeyintidə hallandırılan Zakir Fərəcov dara düşəndə necə davranır? - İcra başçısı ilə bağlı qərar yaxındadır… Hələ keçənlərdə informasiya verərək bildirmişdik ki, Abşeron rayon icra hakimiyyətinin (RİH) başçısı Zakir Fərəcovla bağlı «yuxarılar»ın qərarı olacaq. Bildirək ki, rayon rəhbərinin keçənilki maliyyə hesabatında kəsir yaranıb ki, bu da ortaya böyük yeyinti faktını çıxarıb. Bununla bağlı DİA.AZ-ı
09:24 Saatlıda ünvanlı sosial yardım qadağası - yoxsul ailələrə arayış verilməsi yasaqlanıb Saatlı rayonunda yoxçul ailələrin ünvanlı sosial yardım almasını ciddi əngəllər törədlilir. JAM.AZ-a verilən məlumata görə, icra başçısı Siraqəddin Cabbarov tərəfindən verilmiş təlimata əsasən yardım almaq istəyənlərə arayış verilməsi yasaq edilib. Belə ki, sənədləri hazırladıqları zaman yerli

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az