t s

» » Kamal Quliyev: ''Əlimdən gələni edəcəm ki, “Neftçala” dağılsın''

Kamal Quliyev: ''Əlimdən gələni edəcəm ki, “Neftçala” dağılsın''

18-05-2016, 23:39 Yazar:  Aynur Baxılıb: 128 Çap et
 Kamal Quliyev: ''Əlimdən gələni edəcəm ki, “Neftçala” dağılsın''"I diviziona belə komanda lazım deyil. Bu komanda I diviziondan doyub. Nə qədər eyni komandalarla oynamaq olar? Guya Premyer Liqada 10 komandanın olmağı yaxşıdır? Bunlar bir-birilə qarşılaşmaqdan bezmirlər? Bölgələrdə də futbol yaratsalar, nə olar ki?"

“Neftçala” klubunun baş məşqçisi Kamal Quliyevin Qol.az saytına müsahibəsi

- Komandanız ötən il olduğu kimi bu mövsüm də I divizionun çempionu oldu. Ancaq “Neftçala”nın Premyer Liqada oynayıb-oynamayacağı sual altındadır. Bu məqam çempionluq sevincinizi korladımı?

- Əlbəttə, artıq seviniləsi bir şey yoxdur. Təəssüf ki, min cür əziyyətlə qazanılan çempionluqdan sonra gəzən söz-söhbətlər, verilən qərarlar adamı küsdürür, futboldan iyrəndirir. Hələ ki, ayın axırını gözləyirik. Müəyyən sənədlər var ki, klub rəhbərliyi onları AFFA-ya təqdim etməlidir. Bir faiz də olsa ümidimiz var.

- Konkret olaraq hansı sənədlər çatımır?

- Yeganə çatışmayan maliyyə sənədidir.

- Çempionluq kubokunun təqdimetmə mərasimində futbolçularınız mükafatlardan imtina etdi. Ramin Musayevin müdaxiləsindən sonra onlar meydançaya çıxıb, medallarını aldılar. PFL prezidenti sizinlə söhbətində nə dedi ki, futbolçular fikrini dəyişdi?

- Ramin Musayevin həmişə futbola qayğısı olub. Mən onu ildə cəmi iki dəfə görürəm. Kubokun təqdimetmə mərasimində hər şey gözlənilməz oldu. Özüm də çaşıb qalmışdım ki, belə bir şey olmamalı idi axı. Ancaq futbolçular da insandı. Onlar da indiyədək verilən boş vədlərdən doyublar. Onlar medalların əvəzinə Premyer Liqanı istəyirdilər. Mən onlarla söhbət etdim və təqdimata gətirdim. Ramin müəllim də onlara izah etdi ki, hələ heç bir qərar verilməyib, indidən həvəsdən düşməyin, biz sizin arxanızdayıq. Yalnız bu söhbət oldu.

- Ötən mövsüm də komandanız çempion olduğu halda Premyer Liqaya buraxılmadı. Bəlkə o vaxt klub rəhbərliyi ilə bu barədə müzakirə aparıb, gələn mövsüm üçün onların qarşısında şərt qoymaq lazım idi?

- Mən bunu həm klub rəhbərliyi, həm də AFFA-nın baş katibi Elxan Məmmədovla müzakirə etdim. O vaxt klubumuzu dağıtmaq istəyirdim. Elxan müəllimlə görüşümdə də bildirdim ki, bu klubun qalmağındansa dağılmağı yaxşıdır. Ancaq bəzi futbolçulara heyfim gəldi. Bizdə elə futbolçular var ki, onları Azərbaycan futbolu üçün qazana bilərik. Bundan başqa hələ uzun illər bu cür komanda yaranmayacaq. Hazır komandamız var. Bizim heç nəyimiz “Rəvan”dan əskik deyil. Onlar məndən inciməsinlər. Olmayan bir “Rəvan” Premyer Liqada çıxış etdi. Ancaq çempion olan, heyətində Premyer Liqa üçün alışıb yanan futbolçulara malik bir komandanın ağzından vurdular. Təəssüf ki, səriştəsizlik, futbolumuzun əksinə verilən qərarlar bizi bu vəziyyətə gətirdi. Öz rəhbərliyimiz də söz verdi ki, gələn mövsüm hər şey qaydasında olacaq. Lisenziya ilə bağlı xüsusi bir hüquqşunas ayrıldı. Bu işlərlə necə lazımdırsa, məşğul oldular. Ancaq yenə sonda iki maliyyə sənədimiz çatmadı. Biz Premyer Liqada oynamaq üçün əlimizdən gələni edirik. Klub rəhbərliyi bunu bizdən də çox istəyir. Bu il üç futbolçumuz Premyer Liqada çıxış etdi. İnanın, oyunlarına baxanda elə bilirdik ki, biz oynayırıq.

Bir məqamı da qeyt etmək istəyirəm. Çox təəssüf ki, media da bizə laqeyd yanaşır. Birinci divizionun çempionuna kubok, medallar təqdim edən zaman bir nəfər də olsun media nümayəndəsi yox idi.

- Bu məsələdə medianı qınamaq düzgün deyil. Kubokun təqdimetmə mərasimində iştirak etmək üçün Mingəçevirə səfər təşkil olunmalı idi.

- Bəli, deməli, bizə I divizion lazım deyil. Belə olmaqdansa bu çempionatı dağıtmaq lazımdır. Tahir Süleymanov “Xəzər TV”də çox səmimi fikirlər səsləndirdi. Deyir hansı lisenziyadan danışırsız? 1992-1993 mövsümündə Premyer Liqada 18 komanda çıxış edirdi, I divizionda isə 22. O cür dözülməz şəraitdə komandalar mübarizə aparırdı. Onda lisenziya var idi? Biz demirik ki, Premyer Liqaya çıxan kimi Avroliqaya gedəcəyik. Daxili çempionatda iştirak etmək üçün mütləq klublara güzəşt etmək lazımdır. Beş sənədindən üçü yoxdursa, güzəşt edin də. AZAL, “Rəvan” və “Xəzər Lənkəran” bu mövsüm ərzində məncə, 500 min manatdan az pul xərcləyib. Ancaq bizim klub ildə 500 min manatdan çox pul xərcləyir. Biz bu pulu Premyer Liqada xərcləyə bilmərik? Mən niyə ildə iki dəfə təlim-məşq toplanışı keçirirəm? Komandamız durduğu yerdə çempion olmur. Hamısı yaradılan şəraitin, maliyyə dəstəyinin hesabınadır. Biz artıq I divizion üçün lazım deyilik. Nəinki biz, “Qaradağ Lökbatan” da bizim qədər pul xərcləyir. Şərait yaratsınlar ki, bu komandalar da irəli getsin. Belə olsa, mütləq bu komandalardan Azərbaycan futboluna töhvə verən futbolçular olacaq. Niyə də olmasın? Kamal Quliyev Ağsunun Bico kəndindən oxumağa gəlmişdi. Əgər ucqar bir kənddən futbolçu çıxırsa, niyə digər regionlarımızda da futbolçu axtarmayaq?

- “Neftçala”nın çempion olub yenidən I divizionda iştirak etməsi həm klub, həm də sizin üçün geriyə addım sayılır. Komandanız yenidən Premyer Liqaya buraxılmasa, hansı addımı atacaqsınız?

- Mən açıq deyirəm. Əgər komandamız Premyer Liqaya buraxılmasa, hamının iç üzünü açacam. Ruzini verən Allahdır. Kamal Quliyev futbolda olmaya da bilər. Təki futbolumuz düz yolda olsun. Heç kimdən çəkinəcəyim yoxdur, heç kimin yanında başım aşağı deyil. Gizlətmirəm, klub rəhbərliyi ilə də görüşüb, onların yanında olan nüfuzumdan istifadə edərək əlimdən gələni edəcəm ki, komanda dağılsın. Çünki I diviziona belə komanda lazım deyil. Bu komanda I diviziondan doyub. Nə qədər eyni komandalarla oynamaq olar? Guya Premyer Liqada 10 komandanın olmağı yaxşıdır? Bunlar bir-birilə qarşılaşmaqdan bezmirlər? Bölgələrdə də futbol yaratsalar, nə olar ki?

- Bəs, Neftçala camaatının komandanın üzləşdiyi problemə reaksiyası necədir?

- Ən yaralı yerimizə toxundunuz. Neftçalada kimi dindirirsən, deyir Premyer Liqada oynayın, stadiona gələk. Yenə tələbələr sağ olsun. Onlar bizi Bakıda da dəstəkləyir, rayonlara da gedirlər. Ancaq mən bu iki ildə Neftçalada çayxanalara da gedirdim ki, insanları stadiona dəvət edim. Deyirəm sizə qurban olum, axı bu komanda mənim dədəmin deyil. Bu komanda sizin adınızdır. Gəlin, bu yazıq futbolçuları qıraqdan alqışlayın. Bəli, bu gün komandada neftçalalı futbolçu yoxdur. Cəmi bir nəfərdi. Amma Neftçalanın futbol ənənələri olub. Heç olmasa gəlib dəstək olmaq lazımdır. Mən çox təəssüflənirəm ki, yerli icra hakimiyyəti də kluba laqeyd yanaşır. Biz hər yerdə futbol oynamışıq. Rayonda futbol olanda icra hakimiyyətinin başçısı gəlib oyuna baxar, camaat da ona baxıb stadionlara gələr. Bu dəfə çempionluq kubokunu alanda nə rayonun millət vəkili, nə də icra hakimiyətindən kimisə gördüm. Klubun problemini tək bizim rəhbərliyimiz həll etməməlidir. Bununla rayon sakinlərindən tutmuş millət vəkilinə qədər hər kəs maraqlanmalıdır. Bizə kubok təqdim olunanda üzümü azsaylı azarkeşlərimizə tutub dedim ki, Neftçalaya futbol lazım deyil. Hamısı da deyir ki, Premyer Liqada oynasanız, gələrik. Düzünü demək lazımdır. Kimi aldadırıq. Sonda futbolumuz ziyan çəkəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az