t s

» » Redaktor vətəndaşlardan pul alarkən tutuldu

Redaktor vətəndaşlardan pul alarkən tutuldu

6-03-2015, 22:42 Yazar:  Aygün Baxılıb: 654 Çap et
Redaktor vətəndaşlardan pul alarkən tutulduDaxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 2015-ci il martın 4-də həyata keçirilən tədbirlərlə "Asiya" İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov paytaxtın Nizami rayonu ərazisində Masallı rayon sakini Sakit Məcidovdan hədə-qorxu ilə tələb etdiyi külli miqdarda ABŞ dollarını alarkən yaxalanıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Mediaxeberleri.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, C.Cəfərov tanışları Sevinc Məmmədsalayeva, Fatmaxanım Qasımova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olub vətəndaşlardan şantaj yolu ilə pul tələb ediblər. Onlar bu niyyətlə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birində zərərçəkənlə görüşüblər. Onda qadınlarla bir yerdə olarkən gizli çəkilmiş fotoşəkillərinin və səs yazısının olduğunu bildirən dırnaqarası baş redaktor rüsvayedici materialları kütləvi informasiya vasitələrində yayacağı hədəsi ilə 5000 manat tələb edib.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb və onlar həbs ediliblər.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

03:20 Bakıda rüsvayçı olay: qadını "sirri" ilə qorxutmaq istədilər Bakıda şantajla məşğul olan qadınlar həbs ediliblər. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, martın 2-də iki qadın Bakı şəhərində paytaxt sakini Zəminə Məmmədova (ad və soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyib, 3000 ABŞ dolları tələb edib.
17:49 Azərbaycan qadınlarını Türkiyədə fahişə edən şəxs tutuldu Qadınları cinsi istismara məruz qoyması müəyyən edilmiş Gəncə şəhər sakini həbs edilib. Daxili İşlər Nazirliyindən Mediaxeberleri.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri
17:10 Bakıda qadının zorlanması ilə bağlı rəsmi açıqlama Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Yasamal rayonunda baş verən zorlama faktı ilə bağlı açıqlama yayıb. Bu barədə Mediaxeberleri.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, fevralın 15-də saat 04 radələrində Bakı Metropolitenin “20 Yanvar”
15:35 Tovuzda fahişəxana saxlayan qadın tutuldu Əməliyyat Tovuz rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib Mediaxeberleri.az xəbər verir ki, anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Tovuz rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib. Həyata keçirilən əməliyyat
15:14 Mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan MTK-a sədri həbs edildi Azərbaycanda tikinti şirkətlərindən birinin rəhbəri həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, “RUM” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az