t s

» » Avro-2016 (U-17): Azərbaycan millisi ilk xalını qazandı

Avro-2016 (U-17): Azərbaycan millisi ilk xalını qazandı

8-05-2016, 22:53 Yazar:  Anar Baxılıb: 365 Çap et
 Avro-2016 (U-17): Azərbaycan millisi ilk xalını qazandıBu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının qrup mərhələsində növbəti oyununu keçirib. Şuşa şəhərinin işğal günü ilə əlaqədar yığmamızın üzvləri meydana qara sarğı ilə çıxıblar.

Mediaxeberleri.az-ın məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komandanın rəqibi Belçika yığması olub.

Matçın ilk hissəsində komandalar fərqlənməyə çalışsalar da, onların bu istəkləri nəticə verməyib. İlk yarı qolsuz bərabərliklə başa çatıb. İkinci hissədə komandalar daha çox aktivlik göstərib. Matçın 59-cu dəqiqəsində rəqibin hücumu zamanı qapıçı Məmməd Hüseynov zədələnərək Kamran İbrahimov ilə olunub. Bundan sonra Belçika yığması müdafiənin səhvindən istifadə edərək hesabı açıb. Adrien Bonqiovanni adını tabloya yazdırıb - 1:0. Cəmi 6 dəqiqə sonra - matçın 78-ci dəqiqəsində Murad Mahmudov hesaba tarazlıq gətirib. Bundan sonra oyun daha da gərginləşib. Matçın artırma dəqiqələrində Lois Opendə qapı dirəyini hədəf alıb.

Qrupun digər oyununda Portuqaliya yığması Şotlandiyanı qəbul edib. Görüş portuqalların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Nəticədə Portuqaliya yığması 6 xalla birinci pillədə möhkəmlənib. Belçika 4 xalla ikinci, Azərbaycan isə 1 xalla 3-cü pillədə qərarlaşıb. Aktivində xal olmayan Şotlandiya yığması isə sonuncudur.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində sonuncu oyununu mayın 11-də Şotlandiya yığmasına qarşı keçirəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
08:53 Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə ...”Şuşanı, Laçını qoyub qaçdılar” -deyərək 1988-ci ildən bəri o yurdlarda döyüşənləri, dinc insanları, qoca, savadsız kişiləri, qoyun otaranları günahlandırmaq çox asandı. 23 il bundan əvvəlki qarmaqarışıq ictimai-siyasi və hərbi olaylar burulğanının içindən keçən insanlar bəzi gerçəkləri
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az