t s

» » Nəqliyyat vasitələrinin texniki baxış qaydalarında dəyişiklik çaşqınlıq yaradır

Nəqliyyat vasitələrinin texniki baxış qaydalarında dəyişiklik çaşqınlıq yaradır

8-05-2016, 22:15 Yazar:  Sara Baxılıb: 360 Çap et
 Nəqliyyat vasitələrinin texniki baxış qaydalarında dəyişiklik çaşqınlıq yaradırNazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edib. Yeni dəyişikliyə görə, nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs), onlara məxsus nəqliyyat vasitələrini texniki baxış talonunda müəyyən edilən vaxtdan gec olmayaraq, dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludurlar.

Əsasnaməyə əsasən nəqliyyat vasitələrinə dövlət texniki baxışı nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, "Dövlət rüsumu haqqında" qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzlər, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi] və nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə), təqdim edildikdən sonra həyata keçirilib.

Dəyişikliyə əsasən isə bu sənədlərdən biri ilə bağlı tələb dəyişib. Artıq nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı deyil, ümumiyyətlə texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi tələb olunacaq.

Texniki baxış zamanı nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə) təqdim olunduqda nəqliyyat vasitəsinə texniki baxış keçirilir.

İndiyə qədər nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində aparıblar. Dəyişikliyə əsasən isə bundan sonra nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində aparacaqlar.

Son dəyişiklik bəzi avtomobil sahibləri və sürücülər arasında çaşqınlıq yaradıb.

Mediaxeberleri.az xəbər verir ki, bu məsələlərlə bağlı Trend-ə açıqlama verən ekspert Ərşad Hüseynov bu prosesdə yeniliyin olmadığını bildirir. Ə.Hüseynov bildirib ki, sürücü və avtomobil sahibləri dəyişiklikdən narahat olmamalıdırlar: "Dəyişikliyin praktiki əhəmiyyəti yoxdur. Bu, sırf texniki prosesdir. Dəyişiklikdən əvvəl sənəddə "təminatlı texniki xidmət sahələrindən arayış alına bilər" sözləri qeyd edilmişdi ki, yeni dəyişikliyə görə bu ifadə sənəddən çıxarılıb. Nəqliyyat vasitəsi texniki baxışa gedərkən əgər nasazlıq yaranarsa, bu nasazlıq aradan qaldırılaraq təkrar texniki baxış keçirilməlidir. Nasazlığı sürücü texniki xidmət sahəsinə getmədən özü aradan qaldıra bilər. Məsələn, nəqliyyat vasitəsi texniki baxışa təqdim olunarkən, həmin nəqliyyat vasitəsinin təkəri normativlərə cavab vermir. Sürücü nəqliyyat vasitəsinin təkərlərini dəyişdirir və onu yenidən texniki baxışa təqdim edir. Bunun üçün hansısa təmir sahəsinə getməyə əsas yoxdur. Amma sənəddə nəzərdə tutulmuşdu ki, sürücü bunun üçün texniki xidmət sahəsinə müraciət edərsə, həmin xidmət sahəsinin təmir barədə təqdim etdiyi arayış texniki baxışa təqdim olunmalıdır. Arayış texniki baxış məntəqəsinə təqdim edilsə də, həmin məntəqədə nəqliyyat vasitəsinə yenidən baxış keçirilir. Yəni, bu arayışın olub-olmaması əhəmiyyət daşımır. Əvvəlki sənəddə "təminatlı texniki xidmət sahələrindən arayış alına bilər" sözü artıq işlədilmişdi. Azərbaycanda təminatla bağlı kifayət qədər qanunverici aktlar var. Amma sənəddə anlaşılmazlıq var idi. Belə çıxırdı ki, guya Azərbaycanda təminatlı xidmət də var, təminatsız xidmət də. Ona görə də, sənəddə dəyişiklik edildi və bu lazımsız ifadə çıxarıldı".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:15 Dövlət başçısı İlham Əliyev 10 sərəncam imzaladı Prezident İlham Əliyev “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin
18:20 Könüllü sığortanın məcbruri tətbiqi - Avtomobil sığortasının problemləri Dünyanın bir çox ölkələrdə terrorizmin bir növü də avtomobillərin üzərinə benzin tökülərək yandırılmasıdır. Bu kimi hallar Türkiyədə daha çox vüsət alıb. Son bir ayda İstanbulda 20-dən çox avtomobil “kundaklanıb”. Hətta bəzilərinin içində sərnişinlər də olub. Xarici ölkələrin təcrübəsində bu kimi
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
17:10 Sürücülərə xəbərdarlıq: bu maşınların texniki baxışına cəmi 6 gün qaldı... Məlum olduğu kimi, hər il yanvarın 1-dən nəqliyyat vasitələrinə texniki baxış dövrü başlayır. Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar – 30 aprel aralığında “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az