t s

» » Abbas Abbasov Bakı qadağası qaldı, işi məhkəmədə-xəbər

Abbas Abbasov Bakı qadağası qaldı, işi məhkəmədə-xəbər

6-03-2015, 08:36 Yazar:  Aygün Baxılıb: 525 Çap et
Abbas Abbasov Bakı qadağası qaldı, işi məhkəmədə-xəbərSabiq vitse-primyerə iki paytaxtdan zərbə; Dünya Güləş Federasiyası adından AYO-nın açılış mərasimində iştirak etmək istəyən A.Abbasova deyilib ki, adı ali qonaqların siyahısında yoxdur; onun fəaliyyətindən Azərbaycan prezidentinə şikayət olundu; Moskvada isə məhkəməyə verildi
Fevralın 20-də qurultay keçirərək Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti-"AzerRos"un parçalanmasını rəsmiləşdirən sabiq vitse-primyer Abbas Abbasov barədə yeni məlumatlar yayılıb. “Yeni Müsavat”ın mənbəsinin xəbərinə görə, uzun müddətdir hakimiyyətlə əlaqələrini bərpa etməyə, dövlət başçısı ilə görüşmək üçün cəhdlər edən A.Abbasova ötən ay birmənalı “yox” cavabı verilib.

İyun ayında Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana gəlməyi çox arzulayan sabiq vitse-primyer yenə rədd cavabı alıb.

Məlumdur ki, A.Abbasov Dünya Güləş Federasiyasında “Güləşin dostları” təşkilatının rəhbəridir. O, məhz bu yarışlara gəlməyi hakimiyyətlə barışıq üçün son şans hesab edirdi. A.Abbasova deyilib ki, onun adı əvvəldən açılış mərasimində iştirak edəcək ali qonaqların siyahısına daxil edilməyib.

Bu qərardan çox məyus olan A.Abbasov son qurultaydakı çıxışında mərhum prezident Heydər Əliyev haqda xoş sözlər danışsa da, indiki dövlət rəhbərinin adını bir dəfə belə xatırlatmayıb. O, yalnız indiki hakimiyyəti dəstəklədiyini deməklə kifayətlənib, könüllü olaraq vəzifədən getdiyini, yerini gənclərə verməklə “nümunə göstərdiyini” söyləyib.

Qeyd edək ki, baş nazirin sabiq birinci müavininin oğlu da bir müddət əvvəl atasının məhz Bakıya Avropa Oyunlarında gələcəyinə ümidli olduğunu demişdi. A.Abbasovun özü isə hələ çox əvvəl “bir də tabutda” Bakıya qayıdacağını söyləyərək “ona da əgər icazə versələr” əlavəsini etmişdi.



“Milyarderlər İttifaqı” fiaskosundan sonra aralarında soyuqluq yaranan, “Bakıya girişi qadağan olunan” məşhur kinorejissor Rüstəm İbrahimbəyovla A.Abbasovun yenidən birgə görünməsinin səbəbi də ortaya çıxmış sayılmalıdır. A.Abbasovun bəlkə də qayıtdılar ümidi də puç olub.

Hakimiyyətin A.Abbasovla bağlı qeyri-rəsmi qadağanı qaldırmamasını təsdiq edən daha bir xəbər də var. İki gün əvvəl Moskvada “Aleksandr House” mərkəzində “AzerRos”da yaranmış vəziyyətlə bağlı tədbirdə A.Abbasovdan prezident İlham Əliyevə şikayət ünvanlanıb.
Tədbirdə “AzerRos”un Federal Şurasının üzvləri, 30-dan çox regional və yerli milli-mədəni muxtariyyətlərin rəhbərləri, Azərbaycan ictimai təşkilatlarının başçıları, gənclər, həmçinin Rusiya Ədliyyə Nazirliyinin və media nümayəndələri iştirak ediblər.



“AzerRos”un fəxri prezidenti Söyün Sadıqov deyib ki, intriqalar təşkilatı münaqişələrə və məhv olmaq həddinə gətirib. O, “AzerRos”da 15 il ərzində birgə fəaliyyət göstərdiyi Mehriban Sadıxovanı, Cəmil Sadıxbəyovu, Vaqif Adıgözəlovu, o cümlədən Şirvan Kərimovu, Rüstəm Arifcanovu, Natiq Ağamirovu və Tamilla Şıxməmmədovanı tədbirə dəvət etdiyini deyib: “Onlar SMS yazaraq Abbas Abbasovun onlara buraya gəlməyi qadağan etdiyini bildirdilər”. S.Sadıqov qarşı tərəfin münaqişənin arxasında Azərbaycanın Rusiyadakı səfirliyinin dayandığı barədə iddiaları yalanlayıb və deyib: “”AzerRos" ciblik təşkilat deyil, heç kəs onu “özəlləşdirmək” ixtiyarına sahib deyil. O bütün Rusiya azərbaycanlılarına məxsusdur". (moderetor.az).

O qeyd edib ki, Vladimir Putin və İlham Əliyev səmərəli dostluq münasibətlərinin möhkəmlənməsi naminə fəaliyyət göstərən bir dövrdə "Abbas Abbasov və onun kimilər öz destruktiv fəaliyyəti ilə bu münasibətlərə ziyan vururlar".

Çıxış edənlərin çoxu A.Abbasovun “AzerRos”u şəxsi mirasına çevirərək, bütün bunları Rusiya vətəndaşlığı olmadan qeyri-qanuni şəkildə etdiyini vurğulayıblar.

“Abbasov vaxtı ilə Azərbaycanı tərk edib, indi isə bizləri burada - Rusiyada bölməyə çalışır. Keçmiş Azərbaycan məmurunun bizi idarə etməyə nə haqqı var? O kənara çəkilməlidir. Bizlər- Rusiya vətəndaşları isə azərbaycanlıların barışıq içində yaşamağa qadir olduqlarını sübut etməliyik” deyə, toplantındakı çıxışlarda vurğulanıb.



Məlum olub ki, “AzerRos” prezidenti vəzifəsini icra edən Tahir Hacıyev adından A.Abbasov məhkəməyə də verilib. Görüş iştirakçıları sonda Azərbaycan prezidentinə müraciət qəbul ediblər. Müraciətdə xüsusi olaraq vurğulanıb ki, Abbas Abbasovun özünü “AzerRos”un özbaşına şəkildə Bakıdan təyin olunmuş nümayəndəsi kimi təqdim etməsi Azərbaycan hökumətini nüfuzdan salmaq məqsədini daşıyan təxribatdır. Azərbaycanlılar İlham Əliyevdən “AzərRos”dakı münaqişənin həlli üçün kömək istəyiblər.

Xəbər xidməti




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:15 Mehriban Əliyeva “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında “Ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir”. Martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri
15:52 İlham Əliyev güləşçilərlə görüşdü Prezident ölkədə idmanın inkişafından danışdı. Prezident İlham Əliyev fevralın 23-də yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Mediaxeberleri.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı, Milli
09:14 Abbas Abbasovun adı ağır cinayət əməlində hallanır “AzerRos”un prezidenti vəzifəsini müvəqqəti icra edən Tahir Hacıyevə məxsus anbarları kim yandırıb? Fevralın 17-dən 18-nə keçən gecə Azərbaycan diasporunun nüfuzlu nümayəndəsi, FMMM “AzerRos”un prezidenti vəzifəsini müvəqqəti icra edən Tahir Hacıyevə məxsus anbarlar və orada olan mallar yandırılıb.
16:49 Abbas Abbasovun qeyri-millətlərdən olan tərəfdarları etirazçılara hücum ediblər - FOTO Bu gün Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un bir qrup üzvü toplantı keçirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Millətlər Evində keçirilən toplantıda “AzərRos”un fəxri prezidenti postu ləğv edilib. Ağsaqqallar Şurasının sədri
09:02 Abbas Abbasov Azərbaycan xalqını aşağıladı Erməniyönlü sayta müsahibəsində “Alver qanımızdadır” deyən RATİ-nin odioz üzvü “AzerRos”u əldə saxlamaq üçün son həmləyə hazırlaşır; Azərbaycanın Rusiyadakı səfirinin müavinindən Abbasovun ünvanına sərt ittihamlar gəldi Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti - “AzerRos” ətrafında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az