t s

» » Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verildi

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verildi

7-05-2016, 15:29 Yazar:  Günel Baxılıb: 238 Çap et
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verildi 6 mərtəbəli 54 mənzilli yaşayış binası və 5 ədəd fərdi yaşayış evi istifadəyə verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Beyləqan rayonunda 54 mənzilli yaşayış binasını və 6 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərininvə şəhid ailələrinin istifadəsinə verdi.

Bu barədə Mediaxeberleri.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Beyləqan rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış binası və 5 ədəd fərdi yaşayış evi respublikamızın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin istifadəsinə verilib. Onlardan 38 nəfəri Qarabağ müharibəsi əlilləri, 22-si isə şəhid ailələridir.

Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində daha bir qrup müharibə əlili və şəhid ailəsinin mənzillə təmin edilməsinin ulu öndərimiz tərəfindən əsası qoyulan sosial proqramların yüksək səviyyədə davam etdirilməsinin bir təcəssümü olduğunu vurğulayıb:

“Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasında həmişə xalqın maraq və mənafelərinin yüksək səviyyədə təminatı, əhalinin sosial rifah halının yüksəldilməsi dayanıb. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi edən, həmçinin rifah göstəricilərinin, sosial təminat səviyyəsinin mütəmadi yüksəldiyi bir respublikaya çevrilmişdi. 1993-cü ilin iyununda xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev o zaman ölkənin müstəqilliyi üçün yaranmış ciddi təhlükələrin qarşısının alınması, müstəqil dövlətin qurulması və inkişaf yoluna səfərbər olunması ilə bərabər, sosial tənəzzüldən sosial sabitliyə, sosial müdafiə sisteminin inkişafına doğru ciddi dönüşün yaranmasını da uğurla təmin edib".

Ulu öndər tərəfindən görülən tədbirlər nəticəsində 1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, orta aylıq nominal əmək haqqının 6 dəfədən çox artdığını qeyd edən nazir 1997-2005-ci illərdə büdcədən xərclənən vəsaitlərin orta hesabla 50 faizdən çoxunun məhz əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə yönəldiyini bildirib.

S.Müslümov Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişafının vacib əsaslarını yaradan ümummillli lider Heydər Əliyevin eyni zamanda sosial cəhətdən həssas qruplarla bağlı mühüm sosial proqramlara başlanmasını da təmin etdiyini diqqətə çatdırıb:

“Belə proqramlardan biri kimi, 1997-ci ildən əlil və şəhid ailələrinin dövlət büdcəsi hesabına inşa edilmiş mənzillərlə təminatına başlanılıb. Ulu öndərimizin sosial inkişaf kursunun 2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi əlil və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası işlərinin də ildən-ilə güclənməsinə şərait yaradıb”.

Nazir bildirib ki, dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, ötən il və cari ilin keçən dövründə 445 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzillər verilib:

“Ümumilikdə, bu vaxta qədər 5,4 minə yaxın şəxsin mənzillə təminatı həyata keçirilib ki, həmin insanların 4905 nəfəri və ya 91 faizi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, qalanları isə Böyük Vətən müharibəsi əlilləri, Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar və gözdən əlillərdir”.

S.Müslümov müharibə əlilləri və şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatının da mütəmadi olaraq gücləndirildiyini, cari ilin yanvarında dövlət başçısının müvafiq fərman və sərəncamları ilə bu sosial ödənişlərin növbəti dəfə artırıldığını, həmin insanların digər sahələrdə güzəşt və imtiyazlara malik olduqularını, habelə ötən dövrdə 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsin avtomobillə təmin edildiyini bildirib:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin etibarlı sosial müdafiəsinə xüsusi diqqət və qayğısı sosial cəhətdən həssas qruplardan olan insanların həyat səviyyəsinin yaxşılaşmasına istiqamətlənən tədbirlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əsaslı təminat yaradır”.

Yeni mənzillərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini bu münasibətlə təbrik edən nazir onlara xoş arzularını ifadə edib.

Yeni mənzillərin sahibləri olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər bir sahədə daim Prezident qayğısını hiss etdiklərini vurğulayıb, sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan razılıqla söz açıblar.

Onlar sosial təminatlarının gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərə, habelə yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az