t s

» » Çunayev rəqibini 19 saniyəyə diz çökdürdü – VİDEO

Çunayev rəqibini 19 saniyəyə diz çökdürdü – VİDEO

6-05-2016, 17:48 Yazar:  Gülnar Baxılıb: 371 Çap et
Çunayev rəqibini 19 saniyəyə diz çökdürdü – VİDEOO, 1/8 finala yüksəlib.

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya Təsnifat Turniri keçirilir.

Mediaxeberleri.az
xəbər verir ki, yarışlarda finala yüksələn hər bir güləşçi, həm də Olimpiadaya vəsiqəni təmin edəcək.

İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparır. Bu gün Azərbaycan təmsilçilərindən Rəsul Çunayev və Şalva Qadabadze yarışacaq.

66 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev 1/16 finalda xorvatiyalı Dominik Etlingerlə üz-üzə gəlib. Rəqibini 19 saniyədə məğlub edən “Bakı 2015” I Avropa Oyunlarının qalibi və dünya çempionumuz 1/8 finala yüksəlib. O, bu mərhələdə belaruslu Pavel Liaxa qalib gəlib (9:7). Çunayev 1/4-də polşalı David Kareçinski ilə güləşəcək.

Digər təmsilçisimiz Şalva Qadabadze mübarizəyə 1/8 finaldan qoşulacaq. 98 kq çəki dərəcəsində yarışan Qadabadze ilk görüşündə avstriyalı Daniel Qastla üz-üzə gələcək.

Güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:23 Cüdoçumuz erməni ilə üz-üzə Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı start götürür. ANS-in məlumatına görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə tatamiyə 3 idmançımız çıxacaq. Kişilər arasında 60 kq çəkidə ilk mərhələdən azad olan Orxan Səfərov
09:39 Güləşçimiz ermənini 51 saniyəyə diz çökdürdü - VİDEO Cəbrayıl Həsənov Rio Olimpiadasına vəsiqəni təmin edib. Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Mediaxeberleri.az xəbər verir ki, yarışların ikinci günündə yığmamızın daha 2 üzvü Olimpiya vəsiqəsi uğrunda
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:55 Toğrul Əsgərov erməniyə qalib gəldi Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a daxil olan məlumata görə, bu günə qədər
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az