t s

» » Xəzər 80 faiz razılaşdırıldı (VİDEO)

Xəzər 80 faiz razılaşdırıldı (VİDEO)

6-03-2015, 00:39 Yazar:  Aygün Baxılıb: 262 Çap et
Xəzər 80 faiz razılaşdırıldı (VİDEO)Xarici işlər nazirinin müavini Xələf Xələfov açıqlama verdi

Xəzərin hüquqi statusunun müəyyənləşməsi üçün atılan daha bir addım demək olar ki, nəticəsiz oldu. Çünki artıq 20 ilə yaxındır ki, statusun müəyyənləşməsi üçün Xəzəryanı ölkələr ortaq məxrəcə gələ bilmirlər.

ANS TV-nin məlumatına görə, Xəzərin statusunun müəyyənləşdirilməsi üçün bir araya gələn Xəzəryanı ölkələrin nümayəndələri 39-cu iclasa bu gün yekun vurdular. Həştərxan sammitindən sonra işçi qrupunun ilk iclası Bakıda keçirildi. İki gündür aparılan danışıqlar zamanı bir sıra vacib prinsipial məsələlər həllini tapıb. Xarici işlər nazirinin müavini Xələf Xələfovun sözlərinə görə, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın 80 faizə qədəri razılaşdırılıb.

“Xəzərin statusuna dair məsələlər 90-cı illərdən fərqli olaraq, bu gün yüksək səviyyəyə çatıb. Və əldə olunan razılaşmalar onu deməyə imkan verir ki, biz yaxın zamanda statusla bağlı məsələləri bütün Xəzəryanı dövlətlər arasında razılaşdırıb başa çatdırmağa nail olacağıq”.

Danışıqlar masasına əyləşənlər Xəzərin statusu ilə bağlı müzakirələrin hazırkı mərhələsini yekun qərara bir addım kimi qiymətləndirirlər.

İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyir ki, Konvensiya layihəsinin 6 maddəsi üzrə razılığa gəlmişik: “Xəzər üzrə hüquqi rejimin təmin olunması ilə yanaşı, Azərbaycanla ikitərəfli münasibətlər sahəsində də müzakirələr apardıq. Regionda xeyli münaqişə və böhranlar var. Biz imkan verməyəcəyik ki, sülh və əmin-amanlıq dənizi olan Xəzərə bu münaqişələr girə bilsin”.

Xəzərin statusu ilə bağlı növbəti iclas yaxın zamanlarda Tehranda baş tutacaq.







www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 Heydər Əsədovun müavininə ittiham - subsidiyaları necə mənimsəyib? Kənd təsərrüfatına ayrılan 100 milyon manat subsidiyaların məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı xeyli müddətdir ki, mətbuatda yazılar dərc olunur. Buna baxmayaraq bu barədə konkret tədbir görülmür. Ancaq ölkə başçısının sonuncu müşavirədə dedikləri problemin çox ciddi olduğunu göstərir.
23:26 Azay Quliyev Vyanada Avropanı qınadı Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası işini davam etdirir. Mediaxeberleri.az xəbər verir ki, “Trend”-in məlumatına görə, dünən sessiyada müzakirələrin mövzusu Ukrayna və onun ətrafında baş verən böhranla bağlı məsələ olub. Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA
01:10 Azay Quliyev: "Dövlətlərin ərazi bütövlüyü və suverenliyi güc tətbiq etmədən həllini tapmalıdır" Vyanada ATƏT-in Parlament Assambleyasının 14-cü qış sessiyası çərçivəsində Ukraynadakı mövcud böhran vəziyyətinə həsr olunan xüsusi debat keçirilib. ATƏT-in böhran üzrə məsul rəsmilərinin, eləcə də səfirlər Heydi Taqliavininin və Ertoğrul Apakanın cari vəziyyətə dair məruzələri dinlənilib.
10:32 Qondarma rejim “hökuməti”nin səhifəsi ilə bağlı addım atılıb "Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub". Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisi qeyd edib ki,
19:24 Putin Qarabağı bizə qaytarır (FOTO) Hazırda münaqişənin qısa müddətdə həll olunması üzrə işlər gedir Rusiya qısa müddətdə Dağlıq Qarabağ münaqişəsini həll etmək barədə düşünür. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitənin sədrinin 1-ci müavini Vladimir

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az