t s

» » Ruslan İzzətli: "Məmur övladının milyonlarla dövlət pulunu talaması ədalətsizlikdir"

Ruslan İzzətli: "Məmur övladının milyonlarla dövlət pulunu talaması ədalətsizlikdir"

5-03-2015, 23:05 Yazar:  Aygün Baxılıb: 549 Çap et
Ruslan İzzətli: "Məmur övladının milyonlarla dövlət pulunu talaması  ədalətsizlikdir" Məmur övladlarının dövlət pulunu necə talan etməsi haqda informasiyalar hər gün yerli və sosial medianın gündəmindən düşmür

Mediaxeberleri.az xəbər verir ki, bunu D18 Hərəkatının başqanı Ruslan İzzətli özünün facebook hesabında qeyd edib.

Sevgili dostlar, hər gün yerli media və sosial mediada məmur övladlarının dövlət pulunun necə talan etməsi haqda informasiyalarla tanış olursuz. Belə, məmur övladlarınından biri də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin 21 yaşlı oğlu Rəşad Abdullayevdir.
Rəşad Abdullayevin " qəhrəmanlığından" Türkiyədə mənə çox danışdılar. Rəşad əfəndi dövlət pulu hesabına daha dəqiq desək, Neft pulun Rövnəq Abdullayev oğlunun Türkiyədəki kef məclislərinə, Rəşadın Türkiyədə yaratdığı AZEDER (Azərbaycan Insan Kapitalının Inkişaf Mərkəzi) adlı qurumun təbliğatına yönəldir.

Rəçad Abdullayev Türkiyədə ciddi və qeyri-ciddi fərq etməz istənilən universitetdə oxuyan azəri tələbələrə təqaüd verir. AZEDER-in tədbirlərinə maddi dəstəyi SOCAR verir. Rəşad Abdullayevi həm də Türkiyə Nazirlərinin belə görmədiyi maşın korteji müşahidə edir.

Hörmətli YAP iqtidarı, Türkiyədə reytinqə görə ən sonda olan universitetdə oxuyan bir tələbəyə təqaüd vermək, insan kapitalının inkişafıdırmı? AZEDER təqaüd verdiyi tələbəni seçəndə hansi prinsipləri əsas götürür? İllərdi Türkiyə küçələrində dolaşıb, imtahanların belə ciddi verə bilməyən bir gəncə təqaüd vermək nə qədər ağıllı bir addımdır.? Təqaüd verdiyiniz gəncləri YAP-a üzv etmək, şərt kimi siyasi proseslərə qatılmamağı göstərməklə hansı insan resursundan və normal vətəndaş inkişafından danışa bilərsiz? 21 yaşlı bir gəncin maliyyə qaynağı hardandır ki, İstanbulun ən məşhur hotellərində ziyafətlər verir? Rəhbərlik etdiyi qurumun əsas prinsiplərindən birinin Şəffaflıq olduğun deyən Rəşad Abdullayev nədən maliyyə qaynağı və fəaliyyəti haqda ciddi hesabat ortaya qoymur.?

Sevgili gənclər, bu gün sizlər Bakıda 10-15 manata fəhləlik etdiyiniz bir zamanda, bir məmur övladının milyonlarla dövlət pulun talaması nə qədər ədalətlidir.7 Siz bu idarəetməyə layiqsizmi?




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:24 Qazimizə sahib çıxaq Media nümayəndələrindən xahiş edirəm, bu qazimizə sahib çıxaq, onu millətdən və dövlətdən küsdürməyək. o bu millət və dövlət üçün sağlamlığın itirdi. Mediaxeberleri.az xəbər verir ki, bunu D18 Hərəkatının başqanı Ruslan İzzətli özünün facebook hesabında qeyd edib. Sevgili dostlar, 2014-cü ilin
17:57 Xocalı soyqırımından 23 il keçir Ruslan İzzətli: "Sosial mediada və beynəlxalq mediada Xocalı soyqırımının tanınması üçün ciddi işlər görmək lazımdır" Mediaxeberleri.az xəbər verir ki, bunu D18 Hərəkatının başqanı Ruslan İzzətli özünün facebook hesabında qeyd edib. Xocalı soyqırımından 23 il keçir. Amma, bu 23 ildə Hakimiyyətin
02:53 "Pulla " karusel" qura bilməyəcəklər" - Ruslan İzzətli "Azərbaycanın indiki durumu mənə Türkiyənin 90-cı illərin sonların xatırladır". Bunu D18 Hərəkatının başqanı Ruslan İzzətli deyib. O, bunu hakimiyyətin bacarıqsız iqtisadi siyasəti ilə əlaqələndirib: "O zaman Türkiyənin koalisiyon hakimiyyətinin bacarıqsız siyasəti nəticəsində ölkə ciddi
08:23 Ərdoğandan azərbaycanlı gəncə jest “Türkiyəmizdə fəaliyyət göstərən Osmanlı Ocaqlarının artıq Azərbaycan təmsilçiliyi də fəaliyyət göstərəcək”. Axar.az xəbər verir ki, bu barədə D18 hərəkatının lideri Ruslan İzzətli məlumat verib. Onun sözlərinə görə, ictimai birliyin fəaliyyəti çoxşaxəli olacaq: “Sevgili dostlar, Türkiyəmizdə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az