t s

» » 15 yaşında ərə verilən Nərminənin dəhşətli qisası – ŞOK TƏFƏRRÜAT

15 yaşında ərə verilən Nərminənin dəhşətli qisası – ŞOK TƏFƏRRÜAT

5-03-2015, 22:27 Yazar:  Aygün Baxılıb: 1615 Çap et
15 yaşında ərə verilən Nərminənin dəhşətli qisası – ŞOK TƏFƏRRÜATMasallı rayonunda 1998-ci il təvəllüdlü Nərminə Şıxıyeva bibisi oğlu, 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevə 17 bıçaq zərbəsi vurmaqla ona ağır bədən xəsarətləri yetirib. Hadisə rayonun Ərəb kəndinə baş verib.

Nərminə Şıxıyeva 2012-ci ilin oktyabr ayında 16 yaşına çatmadığı halda dayısı oğlu Zirəddin Şıxıyev ilə ailə qurub. 17 yaşlı qız ailə qurduqdan sonra əri tərəfindən döyülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Şikayət əsasında məlum olub ki, Nərminə Şıxıyeva ailə quran zaman 16 yaşına çatmayıb. Bu səbəbdən onunla 16 yaşı tamam olmayan şəxs kimi cinsi əlaqədə olmasına dair Zirəddin Şıxıyev barəsində cinayət işi başlanıb.

Döyülmə və seksual cinayət

Mediaxeberleri.az xəbər verir ki, istintaq orqanı Zirəddin Şıxıyev Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham edilib və cinayət işi üzrə Masallı Rayon Məhkəməsində istintaq araşdırması başlayıb.

2004-cü ilin aprelin 30-da cinayət işinə Masallı Rayon Məhkəməsində baxılmağa başlayıb. Həmin gün araşdırmalardan sonra Zirəddin Şıxıyev təqsirli bilinib və 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Xalasından qısas almaq istədi

Məhkəmə istintaqı gedən müddətdə Nərminə ilə ərinin münasibətləri normallaşıb. Bu səbəbdən də o, ərindən şikayətçi olmayıb. Lakin Nərminənin xalası Hüsniyyə Vəliyeva Zirəddin Şıxıyevin əleyhinə ifadə verib. Məhkəmə onun ifadəsi əsasında Zirəddin Şıxıyevi təqsirli bilib.

Nərminə Şıxıyeva ərinin əlyhinə ifadə verən xalası Hüsniyyədən qisas almaq qərarına gəlib. O, bu məqsədlə xalasını öldürmək istəyib. Məhkəmə başa çatandan sonra Nərminə Masallı şəhərində “Köhnə bazar” adlanan satış yerindən plastik dəstəkli mətbəx bıçağı alıb və xalasının yaşadığı Masallı rayonunun Ərəb kəndindəki evinə gəlib.

Xalasını öldürmək planını dəyişdi

O, xalasının kəndin kənarında yerləşən əkin sahəsində olduğunu öyrənib və kənddən təxminən bir kilometr aralıda olan həmin yerə gəlib. Nərminə Hüsniyyə Vəliyevanın əkin sahəsində əri ilə birlikdə işlədiyini görüb və onu öldürmək niyyətini həyata keçirə bilməyəcəyini başa düşüb.

Nərminə xalasını öldürməkdən vaz keçsə də, qisas almaq niyyətini həyata keçirmək üçün planından imtina etməyib. O, xalasının kiçik oğlu - 2005-ci il təvəllüdlü Vəliyev Həsən Mahir oğlunu qəsdən öldürmək qərarına gəlib.

Azyaşlıya qarşı amansızlıq

Bu məqsədlə Nərminə azyaşlı xalası oğlunu evə aparmaq adı ilə aldadaraq əkin sahəsinin yaxınlığında yerləşən su kanalının yanına gətirib. Nərminə orada yaşının az olması səbəbindən fiziki cəhətdən zəif olan Həsəni yerə yıxıb. Azyaşlı Həsən həmin vaxt xalası qızına müqavimət belə göstərə bilməyib.

9 bıçaq zərbəsi Nərminə donunun kəmərini xalası oğlunun boğazına dolayaraq onun boğazını sıxıb. O, daha sonra azyaşlı uşağa 9 bıçaq zərbəsi vurub. Xalası oğlunu ölümcül yaralayan Nərminə daha sonra oranı tərk edən zaman azyaşlını itələyərək kanala atıb. Onun bu hərəkətlərini kənd sakinləri görüblər və bu barədə azyaşlının valideynlərinə məlumat veriblər.

Həsən Vəliyev valideynləri tərəfindən vaxtında Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilərək həyatı xilas edilib. İki maddəli cinayət işi Nərminə Şıxıyeva bu əməli ilə Cinayət Məcəlləsinin 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Nərminə Şıxıyeva 5 il 7 ay15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nərminə Şıxıyeva apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini və şərti cəzaya məhkum olunmasını istəyib. Və ya təyin edilmiş cəzanın azyaşlı uşağı 8 yaşına çatana kimi təxirə salınması barədə qərar qəbul edilməsini xahiş edib.

Azyaşlı gəlini cinayət törətməyə nə vadar edib?

Apelyasiya şikayəti onunla əsaslandırıb ki, onun 16 yaşı var. 14 yaşında dayısı oğlu ilə ailə qurub. Bir neçə aydan sonra əri onu döydüyünə görə Cinayət Məcəlləsinin 128 və 152-ci maddələri ilə təqsirli bilinib və 1 il 9 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

O, xalası Vəliyeva Hüsniyyə Beytulla qızının evinə gedib və xalası onu həkimə aparıb. Həkim polis çağırıb.O, polisə azyaşlı olduğunu, ərə getdikdən sonra dayısı oğlu tərəfindən döyüldüyünü, dayısı oğlu ilə vətəndaş nikahında olmaqla hamilə olduğunu bildirib.

Nərminə uşaq olsa da dayısı oğlundan şikayət edərək onu tutdurmaq istəməyib. Əri tutulanda o qədər həyacanlı və əsəbi olub ki, nə etdiyini bilməyib, elə bilib ki, kiməsə xətər yetirsə onu tutaraq ərinin yanına aparacaqlar. Bu səbəbdən də o, xalası oğluna qarşı bu cinayəti edib. 10 aylıq körpə anasız böyüyəcək Nərminə elə cinayəti edərkən peşman olub və uşağı buraxaraq qaçıb. Hətta peşimançılıq hissini elə tutulan kimi ifadə edib. O, Apelyasiya şikayətində qeyd edib ki, istintaq orqanı tərəfindən onun əməlinin 120.2.3-cü maddə ilə tövsif edilməsi düzgün deyil. Ona görə ki, ərinə qarşı cinayət işi xalası oğlunun deyil, həkimin məlumatı əsasında başlanılıb.

Qeyd edilib ki, Nərminənin xalasına qarşı kini olub. Bu da xalasının onun barəsində söz-söhbət gəzdirməyi olub. Azyaşlı gəlin apelyasiya şikayətində qeyd edib ki, onun 10 aylıq südəmər uşağı var. Cinayət törədərkən uşaq 3 aylıq olub və südəmərdir.

Nərminə Şıxıyevanın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Nərminə Şıxıyevanın apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:45 Gənc oğlan xalası qızını zorlamaq istədi Suraxanı rayonunda qonaq ev sahibinin azyaşlı qızını bıçaqlayıb. Mediaxeberleri.az xəbər verir ki, Zirə qəsəbəsində yaşayan 24 yaşlı Nəcəfov Seymur Məmməd oğlu Suraxanı rayonu Xanlar Ələkbərov küçəsində yaşayan xalasının evinə qonaq gəlib. 14 yaşlı xalası qızının evdə tək olduğunu görən Seymur
17:40 Abşeron sakini azyaşlı oğlunun qətlində təqsirləndirilir Həyat yoldaşı isə ərinin spirtli içki aludəçisi olduğunu bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Eldəniz Məmmədovun (1974-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası
23:51 Pəyədə əxlaqsızlıq – ŞOK TƏFƏRRÜAT Ağdaş rayonun Maşad qəsəbəsində 12 yaşlı Samirə (cinayət işində adı hallanan zərərçəkmişin və onun yaxın qohumlarının adları şərti verilib) qonşusu, 1957-ci il təvəllüdlü Azər Məmmədov tərəfindən zorlanıb. Belə ki, qızının hamilə olmasından şübhələnən ana onu həkimə aparıb. Həkim 12 yaşlı qızın 4
14:12 Lamiyə Quliyeva azadlığa buraxıldı - Foto Bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsindəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmə prosesi davam etdirilib. Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə məhkəmə protesti

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az