t s

» » Xalqxeber.Az saytının 3 yaşı tamam olur

Xalqxeber.Az saytının 3 yaşı tamam olur

5-03-2015, 21:59 Yazar:  Aygün Baxılıb: 650 Çap et
Xalqxeber.Az saytının 3 yaşı tamam olurMartın 7-də Xalqxeber.Az saytının 3 yaşı tamam olur. İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda bu xəbər portalı ötən 3 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biri ünvanını qoruyub saxlayır. Kərbəlayi Peyman Sadıqovun rəhbərlik etdiyi sayt artıq təkcə dindar kəsimin deyil, bütövlükdə cəmiyyətin xəbər tələbatını qarşılamağa iddialı bir sayta çevrilib.
2012-ci ildə başlayanda peşəkarlardan ibarət komandası olmayan Xalqxeber.Az indi peşəkar xəbər portalları ilə bir sıradadır. Xalqxeber.Az-ın qurucusu və baş redaktoru Peyman Sadıqov deyir ki, sayt cəmiyyətdə, mediada boşluq olan dövrdə meydana çıxıb: “Hər şey elə Allahın izni ilə başladı”. Bu gün artıq 3 il keçib və biz bu ötən müddətlə bağlı təhlillər aparırdıq. Sual elə bu idi: bu, necə oldu meydana çıxdı? Yaxşı xatırlayıram, 2012-ci ilin bir repressiv ab-havası vardı. Kərbəlayi Peyman deyir ki, Xalqxeber.Az yaranan zaman ölkədə xüsusən də dindar kəsimin problemlərini gündəmə gətirən, işıqlandıran media orqanı çox az idi: “Olan xəbər resursları bir tərəfdən inanclı insanların qayğılarını, vəziyyətini tam hiss etmir, bundan əlavə olaraq gerçəkdən ölkədə olan çoxsaylı problemlərin içində inanclıların məsələsi mühüm məsələlərin biri və ya neçəncisi kimi ortaya qoyulurdu. Belə bir dönəmdə Xalqxeber.Az-ın meydana çıxması gündəmə gəldi. Yeni bir xəbər resursunu meydana çıxarmaq qərarına gəldik. Peyman Sadıqov “Xalqxeber.Az”ın sosial problemi olan insanların müraciət etdiyi bir mərkəzə çevrildiyi qənaətindədir. Baş redaktor başqa layihələrinin, internet TV yaradılması və inkişafı kimi planların olduğunu deyir: “Xalqxeber.Az bu ölkədə dəyərlərə sahib olan hər kəsin tribunasına çevrildi. Bu gün artıq on minlərlə izləyicimiz, xitab etdiyimiz insanlar var. Qısa desək, Xalqxeber.Az hər bir problemi olan insanın gün ərzində bir neçə dəfə baş vurmalı olduğu bir internet resursuna çevrilib. Digər portallardan fərqli olaraq reklam bazamız yoxdur. Biz bununla göstərdik ki, populyarlıq heç də özünü sosial şəbəkələrdə reklam etməkdən keçmir. Artıq bu gün Xalqxeber.Az-ın xəbər istehsal edən, toplayan yaradıcı kollektivi var. Halal, doğru, Allahın bəyəndiyi yolla gedirik. Bu həm də Xalqxeber.Az-da çalışan insanların bu işə bir bəndəlik vəzifəsi kimi baxmasından asılı oldu".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:35 Ombudsmanın media hesabatına jurnalistlərdən cavab gəldi Elşən Balaxanılı: “Elmira xanım nə Lamiyə işinə, nə məhkum Elşadın öldürülməsinə, nə vərəm olmayan 11 məhkumun məsələsinə reaksiya verdi” Xaqani Səfəroğlu: “Hər bir məmur jurnalistin sorğularını cavablandırmağa borcludur, əgər cavab yoxdursa...” “Mətbuat azadlığı sahəsində yaradılmış geniş
23:56 Bir gündə 6 sayt niyə bağlandı? Rəhbərlik səbəbin maddi olmadığını deyir, oxucular isə narazıdır Martın 1-dən etibarən “Teleqraf Holding” və “ APA Holding”in tərkibinə daxil olan 6 sayt ləğv edilib. Qafqazinfo.az-ın xəbərinə görə, artıq bir neçə gündür həmin şirkətlərə daxil olan “Kult.az”, “Tabloid.az”, “İsvestiya.az” və
13:55 Erməni xakerlər Azərbaycana qarşı hücuma keçdilər: Ramil Səfərova görə Bir neçə sayt dağıdılıdı. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının saytı haker hücumuna məruz qalıb. Mediaxeberleri.az xəbər verir ki, kinostudiyanın beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Səmayə Əsgərovanın APA-ya verdiyi məlumata görə, sayt bu gün axşam hücuma məruz qalıb:
22:04 Erməni futbolçu Bakıda meydana çıxdı Komandamız 1:2 hesabı ilə məğlub olub. Rusiyanın U-17 millisinin erməniəsili futbolçusu David Kazaryan Bakıda meydana çıxıb. Mediaxeberleri.az futbolxeber.az-a istinadən məlumatına görə, bu, Rusiyanın U-17 millimizə qarşı Bakıda keçirdiyi yoldaşlıq matçında baş verib. Rusiya pasportuna sahib
11:14 Elşad Miri: O aparıcı Allaha cavab verəcək – MÜSAHİBƏ “Mən də ona sual verərdim ki, vicdan nədir?” Mediaxeberleri.az ilahiyyatçı Elşad Mirinin müsahibəsini təqdim edir: -Bu yaxınlarda aparıcı Tunay Əliyeva ilə müsahibəm oldu. O, söylədi ki, Allaha və dinlərə inanmır (red.-T.Əlyeva: Allah islamdan öncə ərəblərin çoxtanrılı bir dövründə Ay allahının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az