t s

» » “Bakı Metropoliteni”nin kadr komissiyası tərəfindən ilk imtahan keçirilib

“Bakı Metropoliteni”nin kadr komissiyası tərəfindən ilk imtahan keçirilib

17-02-2015, 00:15 Yazar:  Aygün Baxılıb: 640 Çap et
“Bakı Metropoliteni”nin kadr komissiyası tərəfindən ilk imtahan keçirilib“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kadr komissiyası tərəfindən ilk imtahan keçirilib. İmtahanda vəzifə və peşə dəyişikliyi ilə bağlı Hərəkət Xidmətinin 28 nəfər əməkdaşı iştirak edib. Test imtahanından müvəffəqiyyətlə keçən işçilər müsabiqənin ikinci mərhələsinə buraxılacaqlar.

Mediaxeberleri.az xəbər verir ki, metropolitendən AzərTAc-a bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamı əsasında Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin prioritetlərinə daxil olan əsas məsələlərdən biri insan resurslarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsidir. Kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, işçilərin təklif və rəylərinə baxılması və digər müvafiq işlərin təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ilin yanvar ayında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində kadr komissiyası yaradılıb. Cəmiyyətdə kadrların yerləşdirilməsində, vəzifə irəliləyişində əsas prinsiplər namizədin ixtisasına uyğun bilik səviyyəsi, təyin olunacaq vəzifə və ya peşəyə uyğun əmək stajı, peşə bacarığıdır.

Komissiya namizədlərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, karyera yüksəlişinə layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq əsasında müsabiqə keçirilməsini təmin edir. Müsabiqə iki mərhələli olmaqla, test imtahanından və müsahibədən ibarətdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:10 Beşinci muğam televiziya müsabiqəsi başlayıb Fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən beşinci muğam televiziya müsabiqəsi başlayıb. Mediaxeberleri.az AzərTAc-a
22:46 Nazirlikdən İntiqam Əliyevlə bağlı - Açıqlama Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İntiqam Əliyevin səhhətində problemlərin olması ilə bağlı ictimaiyyətdə fikirlər yayılıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, bu məsələyə nazirliyin Tibb baş idarəsinin rəisi Rəfail
22:33 Prezident İlham Əliyev üç Sərəncam imzaladı Azərbaycan Prezidenti İlham Əliyev “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib. Qanunda edilən dəyişikliklərə əsasən, yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı
20:44 Ağsaqqallar Şurasının illik yığıncağı keçirildi Respublika Ağsaqqallar Şurası Məclisinin illik yığıncağı keçirilib. Mediaxeberleri.az-ın məlumatına görə, tədbirdə Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib. Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah
12:52 Afiq Əliyev Azərbaycana taxta vurub pul “yuyurmuş”... - Meşə korrupsionerinin işi Rusiyanın Prikamsk vilayətində azərbaycanlı biznesmen, Azərbaycana meşə materiallarının göndərilməsi ilə məşğul olan Afiq Əliyevin və ortağının işi məhkəməyə göndərilib. Virtualaz.org saytıxəbər verir ki, “Kommersant” qəzeti bu cinayət işi haqda yazır. Məqalədə bildirilir ki, biznesmen ƏDV

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az