t s

» » Mərkəzi Bank: Verilən kreditlərin 50%-ə yaxını istehlak kreditləridir

Mərkəzi Bank: Verilən kreditlərin 50%-ə yaxını istehlak kreditləridir

5-03-2015, 21:28 Yazar:  Aygün Baxılıb: 687 Çap et
Mərkəzi Bank: Verilən kreditlərin 50%-ə yaxını istehlak kreditləridir“Əsas sahələr üzrə azalma müşahidə olunur”.

Azərbaycanda kredit təşkilatlarının sənaye sektoruna verdiyi kreditlərin məbləği 2 milyard manatı ötüb.

Mediaxeberleri.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2015-ci il fevralın 1-nə olan məlumata görə, sənaye və istehsal sektoruna verilən kreditlər 2 milyard 7 milyon 100 min manata çatıb. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 65,8 min manat çoxdur. Sənaye sektoruna verilən kreditlərin cəmi kreditlərdə (18 milyard 579,8 milyon manat) xüsusi çəkisi 10,8% təşkil edir.

Müvafiq olaraq, kənd təsərrüfatı və emal sahəsinə 842,5 milyon manat (cəmi kreditlərdə xüsusi çəkisi son bir ayda 0,1% azalaraq (2015-ci ilin yanvar ayının 2014-cü ilin dekabr ayı ilə müqayisədə) 4,5% təşkil edib. Kredit təşkilatlarının ticarət və xidmət sektoruna verdiyi kreditlər 2 milyard 648,3 milyon manat olub, son bir ayda isə cəmi kreditlərdə bu sektorun payı isə 0,2% azalaraq 14,3 təşkil edib. İnşaat və əmlak sektoruna 2 milyard 548,1 milyon manat kredit qoyulub, bir ayda isə cəmi kreditlərdə bu sektorun payı 0,1% azalaraq, 13,7% təşkil edib.

Nəqliyyat və rabitə sektoruna 726,5 milyon manat kredit verilib, son bir ayda cəmi kreditlərdə bu sektorun xüsusi çəkisi 0,1% azalaraq 3,9% təşkil edib. Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə 235,7 milyon manat kredit verilib. Bu sektorda isə 0,2% artım müşahidə olunub.

Ev təsərrüfatına verilən kreditlər isə yenə də kredit təşkilatları tərəfindən verilən ən prioritet sahələr olaraq qalıb. Belə ki, bu sahəyə verilən kreditlərin həcmi 7 milyard 724,1 milyon manat olub, cəmi kreditlərdə payı isə 44% təşkil edib.

Qeyd edək ki, digər sahələr kimi istehlak kreditlərinə verilən məbləğin həcmində də azalma müşahidə olunub. Belə ki, 2015-ci ilin yanvar ayını 2014-cü ilin dekabrı ilə müqayisə etdikdə 7,7 milyon manat azalmanın olduğunu görmək olar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:36 Problemli kreditlərin həcmi 1 milyard manatı ötdü 2015-ci ilin fevralın 1-nə olan məlumata görə, problemli kreditlərin həcmi 1 milyard 30,9 milyon manat olub. Bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 215,8 milyon manat və ya 26,5% çoxdur. Bu barədə Mediaxeberleri.az-a Mərkəzi Bankdan məlumat verilib. Qeyd edək ki, 2015-ci ilin yanvar ayının
16:07 2 milyondan çox azərbaycanlının banklara borcu var Mərkəzləşdirilmiş Kredit Reyestri yanvar ayının göstəricilərini açıqladı. Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci il fevralın 1-nə olan məlumatına görə, Azərbaycanda 2 milyon 342 min 233 nəfər kredit götürən şəxs (borc alan) var. Bu isə ümumi əhalinin 26%-ni təşkil edir.
22:56 Sığorta şirkətləri 50 milyon qazanıb 2015-ci ilin yanvar ayına olan məlumata görə, sığorta şirkətləri könüllü sığortalar üzrə cəmi 50 milyon 883 min 723,88 manat qazanıb. Könüllü sığorta ümumi sığortanın 80,9%-ni təşkil edir. Bu barədə Mediaxeberleri.az-a Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib. Məlumata görə, 7 milyon
17:14 Azərbaycan bir aya 1 milyard dollarlıq neft satıb DGK məlumat yaydı. Azərbaycan 2015-ci ilin ilk bir ayı ərzində 1 milyard 65 milyon dollarlıq xam neft ixrac edib. Bu barədə Mediaxeberleri.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Komitənin məlumatına görə, bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 34,2% və ya 552,67 milyon dollar
23:49 Rabitə sektorunun gəlirləri 14% artıb Komitə ötən ayın göstəricilərini açıqladı. İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artaraq 133,6 milyon manat təşkil edib. Bu barədə Mediaxeberleri.az-a Dövlət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az